“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasında mövsüm bitdi

23/12/2024
  1. Misli
Image
Artıq iki ildir ki, “Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü uğurla başa çatıb. Fevral ayında start götürən liqa 10 ay boyunca intellektual mübarizə ilə dolu maraqlı turnirlərə ev sahibliyi edib. Ümumilikdə, 22 turnirdə 20-dən artıq müəllifin hazırladığı suallar səsləndirilib. Maraqlı və rəqabətli mövsümün sonunda Peşəkar İntellekt Liqasının qalibi “Bersek” komandası olub. Bu komanda bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub. İkinci yerə “Dərələyəz”, üçüncü yerə isə “Malcon Y” komandası layiq görülüb. “Qış Kuboku”nda isə l yerə “Vendetta” komandası, ll və lll yerlərə isə müvafiq olaraq “Revolver” və “Oğuz” komandaları sahib çıxıblar. Qaliblər “Misli” və təşkilatçılar tərəfindən kubok, medal, diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar. Liqada top 10 müəllif “Misli”dən xüsusi hədiyyələr qazanıb. Layihənin əsas məqsədi ana dilli intellektual hərəkatın inkişafına dəstək vermək, gənclərin asudə vaxtını səmərəli təşkil etmək və gələcəkdə intellektual potensiallı kadrların yetişdirilməsinə töhfə verməkdən ibarətdir. Qeyd edək ki, Peşəkar İntellekt Liqası “Misli”nin sponsorluğu və “Consensus İntellektual Mərkəzi”nin təşkilatçılığı ilə həyata keçirilib. Layihənin növbəti ildə də davam etdirilməsi planlaşdırılır.
Paylaş:
Subscribe Card Image
Ən son yeniliklərə abunə ol

Oxşar mövzular

Məsuliyyətli oyun

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik. 
 

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər