Məsuliyyətli oyun
Məsuliyyətli oyun çağırışı
Azərbaycanın şans oyunlarının rəsmi təşkilatçısı olaraq xoş və əyləncəli xidmətlər təqdim edərkən sosial məsuliyyətlərimizin fərqindəyik. “Azərlotereya” ASC-nin məsuliyyətli oyun prinsiplərinə uyğunluğunu təmin etmək məqsədilə aşağıdakı “Məsuliyyətli oyun!” çağırışını tərtib etdik. Məsuliyyətli oyundan zövq almaq üçün aşağıdakı davranış qaydalarına əməl etməyi tövsiyə edirik.
Ürəyincə əylən
Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.
Xəbərin olsun
Şans oyunlarımızda bəxtini sınamazdan əvvəl şərt, qayda və əmsallar haqqında məlumat topla. Faydalı məlumatlarla daha intizamlı və məsuliyyətli oynaya bilərsən.
Təmkinli ol, qalib ol
Özün üçün oyun və zaman limiti təyin et və ona sadiq qalmağa çalış. Daha çox oyun daha çox qazanma şansı deyil. Fasilə verməkdə fayda var.
18+ yaş məhdudiyyəti
Yalnız 18 yaşı tamam olmuş şəxslər idman mərc və lotereya oyunlarımızda iştirak edə bilər.
Məsləhətlər
- Şans oyunları həm əyləncəli, həm də qazanclı ola bilər, ancaq hər dəfə qalib olmaya bilərsən.
- Oyunda əsas məqsəd varlanmaq deyil, əylənmək olmalıdır.
- Oyun anında diqqətli və təmkinli ol, depressiyaya düşdüyün zaman oynama.
- Alkoqol istifadə etmisənsə, oynama.
- Uduzanda üzülməyəsən deyə büdcəni aşmayacaq və borc almağa səbəb olmayacaq məbləğlərdə oyna.
- Oyuna xərclədiyin məbləği qaytarmaq üçün daha çox oynamağa çalışma.
- Ehtiyacların üçün ayırdığın məbləğləri oyunlara xərcləmə.
- Şans oyunlarını mənəvi və ya fiziki ağrılarla mübarizə yolu kimi qəbul etmə
Məsuliyyətli mərc etməyiniz və nəticələrlə tanış ola bilməyiniz üçün anket hazırlamışıq.
Anket üçün klikləyinKömək İstəyin
*2070 "Məsuliyyətli oyun!" Çağrı Mərkəzimizə zəng etməkdən çəkinməyin.
Psixoloji Dəstək
Psixoloji yardım üçün Azərbaycan Respublikası Psixi Sağlamlıq Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə: Psixoloji Xidmətlər - Psixologiya Elmi-Tədqiqat İnstitutu (psixologiyainstitutu.az)
+994 12 566 24 09
"Azərlotereya"nın İdarə Heyəti Avropa Lotereyaları və Toto Assosasiyasının "Məsuliyyətli Oyun" standartlarının "Azərlotereya"nın bütün fəaliyyət istiqamətləri üzrə tətbiq edilməsinə və lazımi adaptasiyaların icra edilməsinə dair strateji hədəflərin icra edilməsinə görə məsuliyyət daşıyır.
“Azərlotereya” ASC 2022-ci ildə Dünya Lotereya Assosiasiyasına (WLA) üzv olduğu üçün WLA:SCS-2020 və ISO 27001-2013 informasiya təhlükəsizliyi standartları əsasında təhlükəsizlik nəzarət sistemləri və informasiya təhlükəsizliyi istiqamətində yazılı və elektron məlumatların və eləcə də mərkəzi oyun sistemlərində yerləşən informasiyanın bütünlüyünün, tamlığının və gizliliyinin qorunması istiqamətində məsuliyyət daşıyır. İnformasiya təhlükəsizliyinin tam təmin edilməsi “Azərlotereya”nın əsas strateji hədəfləri siyahısındadır.