Çərəz siyasəti

1. Ümumi anlayış

  • 1.1. Veb və mobil saytlarımızdan, həmçinin mobil tətbiqlərimizdən istifadə edərkən “kukilər” vasitəsilə istifadəçilərin fərdi məlumatları tərəfimizdən toplanır.

  • 1.2. Bu siyasət kukilərin nə olduğunu, istifadə olunan, dəyişdirilən, silinən kuki növlərini açıqlamaq məqsədi ilə hazırlanmışdır.

2. Kuki nədir?

  • 2.1. Kukilər veb, mobil sayt, mobil tətbiqlərdən istifadə zamanı elektron cihazın yaddaşına yüklənən və həmin saytlara, mobil tətbiqlərə yenidən daxil olarkən sizin haqqınızda məlumatları xatırlamaqda kömək edən mətn fayllarıdır.

  • 2.2. Məlumatların saxlanması və müəyyənləşdiricisi kimi kukilər və bənzər texnologiyalardan istifadə oluna bilər. Bu siyasətdə bu məqsədli bütün texnologiyalar “Kuki”-lər olaraq adlandırılacaq.

3. Kukilərdən istifadənin məqsədləri.

  • 3.1. İstifadəçi hesabını və məlumatlarını qorumaq;

  • 3.2. Veb saytın sevilən və populyar xüsusiyyətlərini müəyyənləşdirmək;

  • 3.3. Veb sayta olan giriş saylarını müəyyənləşdirmək;

  • 3.4. Xidmətlərimizin təhlükəsizliyini qorumaq;

  • 3.5. İstifadəçi təcrübəsini inkişaf etdirmək;

  • 3.6. Veb saytın istifadəçilər üçün daha əlverişli olmasına çalışmaq;

  • 3.7. Veb saytın istifadəçilərin istək, ehtiyaclarına uyğun formalaşdırılmasını təşkil etmək və onlayn reklam fəaliyyətləri göstərmək.

4. Kukilərin növləri.

  • 4.1. Zəruri kukilər – Bu fayllar veb, mobil saytımızdan, mobil tətbiqimizdən və xidmətlərimizdən ümumi istifadəni təşkil edir. Zəruri kukilər olmadığı halda sayt və mobil tətbiqimizdən tam, maneəsiz şəkildə istifadə mümkün deyil. Zəruri kuki növləri:

    • 4.1.1. Sessiya kukiləri – Xidmətlər üçün edilmiş müraciətləri qorumağa xidmət edir.

    • 4.1.2. Yük balansı kukiləri – Server yükünü yüngülləşdirməklə yük balanısını qorumaq məqsədinə xidmət edir.

    • 4.1.3. İstifadəçi kukiləri – İstifadəçilərin sadəcə özlərinə aid məlumatları gördüyündən əmin olmaq məqsədinə xidmət edir.

    • 4.1.4. Təhlükəsizlik kukiləri – Təhlükəsizlik məqsədləri ilə istifadə olunur.

  • 4.2. Funksional kukilər – Bu fayllar istifadəçinin onlayn mühitdə seçimləri (dil və lokal digər seçimlər) və davranışları haqqında fərdi məlumatları toplamaqla saytı istifadəçi üçün fərdiləşdirməyə xidmət edir. Funksional kuki növləri:

    • 4.2.1. Dil kukiləri – Bu fayllar istifadəçinin seçdiyi dili saxlamaq və onun qarşısında doğru seçimləri çıxarmaq üçün istifadə olunur.

    • 4.2.2. Yer kukiləri – IP ünvanı vasitəsilə istifadəçinin olduğu yeri təxmini müəyyənləşdirməklə onun olduğu regiona uyğun xidmətləri təklif etmək üçün istifadə olunur.

    • 4.2.3. Mobil telefon kukiləri – İstifadəçinin istifadə etdiyi elektron cihazın mobil telefon olub-olmadığını müəyyənləşdirmək üçün istifadə olunur.

    • 4.2.4. Referans saytı kukiləri – İstifadəçinin seçimlərini daha düzgün başa düşmək üçün istifadə olunur.

    • 4.2.5. Son fəaliyyət kukiləri – İstifadəçinin sayta son daxil olduğu tarixi, son daxil olduğu tarixdən etibarən nələrin dəyişdiyini müəyyənləşdirmək üçün istifadə olunur.

    • 4.2.6. Ən son baxılan video kukiləri – İstifadəçi seçimlərini daha yaxşı qavraya bilmək üçün son izlənən video materialın başlığını və izlənmə tarixini öyrənmək üçün istifadə olunur.

    • 4.2.7. Anlıq kukilər – Səsli və video kontentlər üçün istifadə olunur.

    • 4.2.8. Səhifə tarixçəsi kukiləri – İstifadəçinin daxil olduğu veb saytların sırasını izləmək məqsədi ilə istifadə olunur.

  • 4.3. Sosial Media kukiləri – Bu fayllar sosial media istifadəçilərini izləməklə bazar araşdırması, marketin analizi, xidmətlərin inkişaf etdirilməsi məqsədinə xidmət edir. Sosial Media kuki növləri:

    • 4.3.1. Facebook kukiləri – Bu fayllar bazar araşdırması və xidmətlərin inkişaf etdirilməsi məqsədilə Facebook istifadəçilərini izləmək məqsədilə istifadə olunur.

    • 4.3.2. Twitter kukiləri - Bu fayllar bazar araşdırması və xidmətlərin inkişaf etdirilməsi məqsədilə Twitter istifadəçilərini izləmək məqsədilə istifadə olunur.

  • 4.4. Analitik kukilər – Bu fayllar istifadəçilərin saytdan istifadə haqqında məlumatları əldə edir və saytın işləmə mexanizminin inkişafı məqsədilə istifadə edilir. Analitik kukilər ümumi qaydada isfidaçilərin saytda ən çox daxil olduğu səhifələri, qarşılaşdıqları çətinlikləri, reklamların yararlılığını müəyyənləşdirir. Analitik kuki növləri:

    • 4.4.1. Google Analytics və Adobe Amniture kukiləri – Bu fayllar yığılmış statistik məlumatları toplayaraq saytın daha yaxşı idarə olunması məqsədilə istifadə olunur.

  • 4.5. Marketinq kukiləri – Bu fayllar marketinq və reklam fəaliyyətləri çərçivəsində istifadə olunur. Marketinq kuki növləri:

    • 4.5.1. Reklam kukiləri – Reklam və hədəfləmə üçün istifadə olunur.

    • 4.5.2. Bazar araşdırması kukiləri – Bazar araşdırması üçün istifadə olunur.

    • 4.5.3. Kampaniya kukiləri – Kampaniyaların səmərəliliyini və təsirini müəyyənləşdirmək üçün istifadə olunur.

    • 4.5.4. Sui-istifadənin müəyyənləşdirilməsi kukiləri – Kliklərdən sui-istifadənin qarşısının alınması məqsədilə istifadə olunur.

5. Kukilərin idarə olunması

  • 5.1. Bir çox internet axtarış vasitəsi, istifadəçilərin kukiləri qəbul edəcəyi ehtimalı ilə saytdan istifadəni iradə ifadəsi hesab edərək kukiləri istifadəçilərin elektron cihazına yerləşdirir. Bizim veb, mobil saytımızdan, mobil tətbiqimizdən istifadə zamanı da həmin qayda nəzərdə tutulur və sayta daxil olarkən kukilərin istifadə edildiyi barədə istifadəçilərə bildiriş göndərilir.

  • 5.2. Mövcud və gələcəkdə yüklənəcək kuki fayllarının elektron cihazınızdan silmək, yüklənməsinin qarşısını almaq istəyən istifadəçilər brauzer parametrlərində dəyişiklik edərək kukiləri silə və ya bloklaya bilərlər.

  • 5.3. İstifadəçilər istifadə etdiyimiz kuki fayllarının bloklanması və silinməsinin istifadəçi təcrübəsi baxımından xidmətlərimizə bəzi təsirləri olacağını bilməlidirlər.

  • 5.4. İstifadəçilər daha əvvəl yüklənmiş kuki fayllarını elektron cihazlarından silsələr belə, brauzer parametrləri vasitəsilə kukiləri bloklamadığı təqdirdə saytımıza yenidən daxil olarsa və ya e-mail vasitəsilə göndərilən hər hansı linkə giriş edərsə, kuki faylları həmin elektron cihaza yenidən yerləşdiriləcək.

  • 5.5. Bu məzmunda seçimlər istifadə olunan brauzerə nəzərən fərqli ola bilər. Buna görə də fərqli brauzerlərdə kuki fayllarının bloklanması üsulları haqqında ümumi məlumat almaq üçün aşağıdakı linkə daxil olun: https://www.aboutcookies.org/

  • 5.6. Kukilərlə əlaqəli seçimlər, parametr dəyişiklikləri istifadəçi eyni olsa belə hər bir elektron cihazda ayrı-ayrılıqda edilməlidir.

6. Bizimlə əlaqə və müraciət

Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən, istifadəçilər bizə müraciət edərək öz məlumatları haqqında məlumat əldə etmək hüququna sahibdirlər.




Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər