İştirak müqaviləsi

“İştirak müqaviləsini oxudum və qəbul edirəm” xanasına işarə qoymaqla azerlotereya.com saytında qeydiyyatdan keçməzdən əvvəl, İştirak Müqaviləsini diqqətlə oxuyun.

azerlotereya.com saytında lotereya oynamaqla, Siz bu Müqavilənin bütün şərtlərinə razılığınızı bildirir və qeyd edilən şərtlərə riayət etməyi öhdənizə götürürsünüz.

azerlotereya.com saytında əməliyyatların aparılması zamanı təsdiqlənmiş əməliyyatlar və bu Müqavilə mübahisələrin həlli zamanı sübut hesab olunur.

Maddə 1 – TƏRƏFLƏR:

Bu İştirak Müqaviləsi (“Müqavilə”) yerləşdiyi ünvan AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153, “Port Baku Tower South” binası, 5-ci mərtəbə olan Azərlotereya ASC ilə, şəxsi məlumatları “İştirakçı Məlumatları” hissəsində göstərilən şəxsin (“İştirakçı”) arasında aşağıdakı şərtlər əsasında tərtib olunmuşdur.

Maddə 2 – ANLAYIŞLAR

Aşağıdakı terminlər bu Müqavilədə aşağıdakı mənalarda istifadə edilmişdir:

Azərlotereya ASC (bundan sonra mətndə - ”azerlotereya.com”): Azərbaycan Respublikasında lotereya və idman mərc oyunlarının təşkili ve keçirilməsi üçün qanunvericiliklə akkreditasiya olunmuş hüquqi şəxsdir;

azerlotereya.com: lotereyaların təşkil edildiyi və keçirildiyi Virtual Mühitin adıdır;

Virtual mühit: Oyunların operatoru olan Azərlotereya ASC-nin, oyunların oynanılması üçün azerlotereya.com domen adı altında yaratdığı telekommunikasiya şəbəkələri, informasiya sistemləri və şəbəkələri, informasiya-telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkələri, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri və digər texnologiyalara əsaslanan, operatorun əmtəə nişanı altında mərkəzi oyun sistemlerine bağlı olaraq fəaliyyət göstərən platformadır;

İştirakçı: 18 yaşına çatmış, könüllü şəkildə oyunlarda iştirak etmək üçün Virtual Mühitdə şəxsi kabinet yaradaraq oyunlarda iştirak edən və bununla bağlı azerlotereya.comın xidmətlərdən faydalanan bu Müqaviləni qəbul etmiş fiziki şəxsdir.­

Şəxsi kabinet: hər bir iştirakçının fərdi məlumatlarının, habelə virtual mühitdə sərəncamında olan pul vəsaitinin dövriyyəsi, aldığı biletlərin dəyəri, əldə etdiyi uduşlar (mükafatlar), eləcə də iştirakçının azerlotereya.com ilə bağladığı müqaviləyə uyğun digər məlumatlarının əks olunduğu, təhlükəsizliyinin azerlotereya.com tərəfindən təmin edildiyi, elektron pul kisəsi funksionallığı (“pay” funksiyası) olmayan, virtual mühitin tərkib hissəsi olan, iştirakçının istifadəsinə verilən elektron səhifədir.

Virtual balans: İştirakçının şəxsi kabinetində qeydiyyatı aparılan və İştirakçı tərəfindən lotereya ilə bağlı sərəncamında olan pul vəsaitinin dövriyyəsi, aldığı biletlərin dəyəri, əldə etdiyi uduşlar (mükafatlar) və çıxardığı vəsaitlər barədə məlumatların elektron ekvivalentidir.

İştirakçının Nömrəsi: azerlotereya.com tərəfindən İştirakçılara verilən və oyunlarda iştirak müddətində istifadə ediləcək və İştirakçıya məxsus olan sabit 8 rəqəmli nömrədir.

Şifrə: İştirakçının Nömrəsi ilə birlikdə istifadə etdiyi və İştirakçının sistem tərəfindən tanınmasını təmin edən və bütün oyun vasitələri ilə azerlotereya.com-ın virtual mühitinə girişdə istifadə edilən, İştirakçı tərəfindən dəyişdirilə bilən və təhlükəsizliyinin İştirakçı tərəfindən qorunduğu 8 simvollu koddur.

Bilet: azerlotereya.comda oynanılan lotereyada iştirak hüququ verən və uduşlu olduğu halda, əvvəlcədən bəyan edilən meyarlar əsasında hesablanan pul mükafatını almaq hüququ verən elektron kod, İştirakçının seçdikləri oyun növünə görə oyun əsnasında yaratdıqları kuponun və ya satın aldıqları lotereya biletinin virtual mühitdəki məzmunu.

Oyun: azerlotereya.com virtual mühitində təşkil edilən və keçirilən tirajlı, elektron və virtual lotereyalar.

Elektron kod: lotereya terminalları vasitəsi ilə çap olunan kağız daşıyıcıda və ya iştirakçının virtual mühitdəki şəxsi kabinetində əks olunan və iştirakçının oynadığı konkret lotereya oyununa dair təsadüfi seçilən rəqəm(lər) və ya ştrix koddur.

İştirak hüququ: azerlotereya.com tərəfindən təqdim edilən İştirakçının azerlotereya.com oyunlarında iştirak imkanıdır;

Uduş: lotereya şərtlərinə əsasən uduşlu hesab edilən biletin sahibinə ödənilməli olan pul vəsaiti və ya verilməli olan digər əmlak (o cümlədən, əşyalar və qeyri-maddi əmlakdır.

Mərkəzi Oyun Sistemi: bütün məlumatların toplanıldığı, işlənildiyi və ümumiləşdirildiyi, yüksək məlumat işləmə imkanına malik avadanlıqlardan ibarət olan informasiya sistemi(lər)idir.

Oyun depoziti: İştirakçıların oyunlarda iştirakı üçün nəzərdə tutulan məbləğ.

Ödəmə üsulları: Kredit ve Debet Kart, Ödəniş terminalları, İnternet bankçılığı, ATM, elektron pul kisəsi kimi İştirakçınin oyun depoziti köçürmək üçün istifadə etdiyi ödəniş vasitələri.

Pul çıxarma vasitələri: Kredit ve Debet Kartlar, bank hesabı və ya bank sistemində istifadə edilən digər ödəniş vasitələri (cash by code).

Oyun vasitələri: azerlotereya.com adı altında oyunların oynandığı GSM (mobil tətbiqlər), SMS, ITV (İnteraktiv TV), IVR (Səsli cavab sistemləri), Müştəri Xidmətləri, Köşk və İnternet (www.azerlotereya.com) infrastruktur platforması və oxşarları.

Virtual Mühitdə Bilet Satış Təsdiqi: İştirakçların azerlotereya.com-da aldıqları elektron bilet qarşılığında tələb etdikləri təqdirdə onun şəxsi kabinetində öz əksini tapan və/və ya e-poçt və ya sms və ya oxşar yollarla göndərilən elektron sənəd.

Menyu: azerlotereya.com internet səhifəsindən daxil olunan, İştirakçıların azerlotereya.com virtual mühitində şəxsi kabinetdə reallaşdırdıqları pul köçürmələrinin hesab hərəkətlərinə baxa bildiyi, oynadıqları oyunların məlumatlarını və uduşları izləyə bildikləri və digər əməliyyatları icra edə bildikləri fərdi sahə.

Bank: Bank lisenziyası əsasında Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bank.

Razılaşmalı bank: Bank lisenziyası əsasında Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən və azerlotereya.com ilə bağladıqları müqavilə əsasında azerlotereya.com sistemlərinə qoşulan bank.

SMS: Qısa Mesaj Xidməti.

Müştəri Xidmətləri: İştirakçıların yazılı və ya şifahi ünsiyyət qura biləcəkləri, məlumat və məsləhət ala biləcəkləri Azerlotereya.comın müvafiq xidmət bölməsi.

 

 

MADDƏ 3 – MÜQAVİLƏNİN MƏQSƏD VƏ MÖVZUSU:

Bu Müqavilə İştirakçının azerlotereya.com tərəfindən təqdim ediləcək oyun və xidmətlərdən faydalanmasını təmin etmək və onu əsas oyun şərtləri ilə tanış etmək məqsədilə tərtib edilmişdir və oyunlar üzrə sövdələşmə çərçivəsində tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.

MADDƏ 4 – OYUNLARDA İŞTİRAK MEYARLARI:

4.1. Oyunlarda iştirak etmək istəyən şəxslər aşağıdakı meyarlara cavab verməlidirlər:

a) 18 yaşı tamam olmaq;

b) Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan şəxs olmaq;

c) Bu Müqaviləni qəbul etmək və onun şərtlərinə riayət etmək;

d) Oyunların qaydalarını bilmək və bu qaydaları qəbul etmək.

4.2 Bu Müqavilə şərtlərini qəbul etmək şərti ilə İştirakçı ola bilər. azerlotereya.com-da şəxsi kabinet yaratmış İştirakçı, Müqaviləni oxumuş və şərtlərini qəbul etmiş sayılır. azerlotereya.com İştirakçıdan şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya pasport) tələb edə bilər.

4.3 İştirakçı onun 18 yaşının tamam olduğunu təsdiqləyən şəxsiyyəti təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi və ya pasport) şəxsi kabinetinə yükləməyi öhdəsinə götürür və buna görə, habelə özü haqqında bildirdiyi fərdi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.

4.4. Bu Müqaviləni imzalamaqla iştirakçılar aşağıdakı məsuliyyətli oyun prinsiplərindən xəbərdar olduqlarını və həmin prinsipləri qəbul etdiklərini bəyan etmiş olurlar:

4.4.1. Oyunlar gəlir mənbəyi deyil, əyləncədir;

4.4.2. Oynamazdan öncə oyun iştirakçısı oyun şərtləri ilə tanış olmuşdur;

4.4.3. İştirakçı ölçülü oynayır, oyunlarda özünün əyləncə büdcəsi çərçivəsində iştirak edir;

4.4.4. İştirakçının 18 yaşı tamam olmuşdur.

4.5. İştirakçı meyarlarına cavab verən şəxslər müstəqil hərəkət etmə ixtiyarında olduqlarını, fəaliyyət qabiliyyətli olduqlarını və hərəkətlərinə görə məsuliyyət daşıdıqlarını, oyunların ehtimala əsaslandığını bildiklərini, məsuliyyətli oyun prinsiplərini bildiklərini əvvəlcədən bəyan edirlər.

4.6. İştirakçı meyarlarına cavab verən fiziki şəxslər şəxsi kabinet açmaq üçün tələb olunan zəruri məlumatları (“İştirakçı məlumatları”) qeydiyyat zamanı daxil etməlidirlər. Şəxsi kabinet bu müqavilə imzalandıqdan sonra ən qısa müddətdə aktivləşdirilir Oyunlar ancaq Şəxsi kabinet aktivləşdirildikdən sonra oynanıla bilər.

4.7. İştirakçı bu Müqavilənin 4-cü maddəsində ifadə edilən bütün meyarlara cavab verdikdə və meyarlara uyğunsuzluğunu bəlli edən faktların meydana gəlməyəcəyi təqdirdə onun oyunlarda iştirak imkanı davam edəcəkdir.

MADDƏ 5– ŞƏXSİ KABİNETİN İDARƏ EDİLMƏSİ:

5.1 Hər bir İştirakçı yalnız bir şəxsi kabinetə sahib ola bilər.

Şəxsi kabinetdən yalnız bu Müqavilə ilə müəyyən olunan oyunların oynanılması məqsədilə istifadə edilə bilər. İştirakçı azerlotereya.com tərəfindən təqdim edilən xidmətləri və/və ya şəxsi kabinetini heç bir şəkildə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi, ictimai intizamı pozan, ümumi qəbul olunmuş əxlaqa zidd, başqalarını narahat etmək, xidməti başqalarına satmaq məqsədi ilə və/və ya hər hansı bir kommersiya məqsədilə, öz bank hesabından başqalarının hesablarına köçürmə etmək üçün və/və ya bu Müqavilə əsasında icazə verilən Oyunların oynanması məqsədi xaricində, başqa bir gəlir əldə etmək məqsədləri üçün istifadə edə bilməz.

5.2. İştirakçı ona verilmiş iştirakçı nömrəsini və şifrəni hər hansı bir üçüncü şəxs tərəfindən istifadə edilməsi nəticəsində baş verənlərə görə özünün cavabdeh olduğunu, bu əməliyyatlar özü tərəfindən icra edilmədiyi halda azerlotereya.coma qarşı pretenziya və iddia irəli sürməyəcəyini, bu kimi qaydalara zidd istifadə edən şəxslərin kim olduqlarını araşdırmaq və müəyyən etməyə görə azerlotereya.com-un öhdəlik daşımadığını qəbul və təsdiq edir. İştirakçı nömrəsini və şifrəni hər hansı bir üçüncü şəxs tərəfindən istifadə edildiyini bilən İştirakçı, bu vəziyyəti dərhal azerlotereya.com-a bildirməlidir. azerlotereya.com şəxsi kabinetin İştirakçıdan başqa digər şəxslər tərəfindən də və ya üçüncü şəxs və ya şəxslər, o cümlədən 18 yaşına çatmayan şəxs və ya şəxslər tərəfindən istifadə edildiyini, İştirakçı nömrəsi və Şifrənin üçüncü şəxslərə verildiyini, İştirakçının birdən çox şəxsi kabinet açdığını aşkarladığı və ya əsaslı şübhələri olduğu hallarda həmin İştirakçının iştirak hüququna xitam verərək şəxsi kabinetə girişini bağlaya bilər. Əgər İştirakçı nömrəsi və şifrənin İştirakçı tərəfindən qəsdən üçüncü şəxsə verilməməsi aşkar edilərsə, İştirakçı Müştəri Xidmətlərinə müraciət edərək yeni İştirakçı nömrəsi və şifrə ilə yeni şəxsi kabinet yarada bilər. Bu hal baş verərsə, İştirakçı Azerlotereya.coma qarşı pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

5.3. İştirakçının təsdiq etdiyi və ya təsdiq  etməyə cəhd etdiyi şəxsi kabinetin başqa iştirakçının adına keçirilməsi və həmin iştirakçıya dair sənədlər əsasında təkrar təsdiq edilməsinə yol verilmir.

MADDƏ 6- İŞTİRAKÇIYA AİD FƏRDİ MƏLUMATLAR:

6.1. İştirakçının şəxsi kabinet yaratdığı zaman daxil etdiyi fərdi eyniləşdirmə məlumatları (o cümlədən, ad , soyad, FİN kod, şəxsiyyəti təsdiq edən sənədin surəti, mobil telefon nömrəsi və email) yanlış olarsa və ya bu fərdi məlumatlarda dəyişiklik olarsa, İştirakçı 10 (on) iş günü ərzində həmin məlumatların yeniləmək öhdəliyini daşıyır. İştirakçı həmin məlumatları şəxsiyyəti təsdiq edən sənədin surəti ilə birlikdə azerlotereya.com-a təqdim edir. azerlotereya.com tərəfindən lazımi dəyişikliyin edilməsi üçün İştirakçının təhlükəsizlik yoxlamasından problemsiz keçməsi və ya fərdi məlumatlarını lazım olduqda təsdiqləməsi vacibdir.

6.2.İştirakçı özünün təqdim etdiyi və azerlotereya.com-un məlumat bazasında təhlükəsizliyi mühafizə olunan fərdi məlumatların (ad, ünvan, yaş, e-poçt ünvanı, şəxsiyyət vəsiqəsinin və ya pasportun nömrəsi, mobil və əlaqə nömrəsi və s.), oynadığı lotereyalar üzrə bilet məlumatlarının və uduş məbləğlərinin azerlotereya.com tərəfindən elmi və statistik tədqiqatlar, İştirakçıya göstərilən xidmətin yaxşılaşdırılması və üstünlük verilən xidmətlərin müəyyən edilməsi üçün müxtəlif marketinq və sosioloji sorğuların və marketinq və/və ya satış kampaniyalarının keçirilməsi, ünvanlı reklam materiallarının tərtib edilməsi məqsədi ilə istifadə edilməsinə, o cümlədən eyni məqsədlərlə istifadə üçün üçüncü şəxslərə verilməsi, habelə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanununun 14-cü maddəsinin şərtləri nəzərə alınmaqla transsərhəd ötürülməsinə razılıq verir.

6.3. İştirakçının azerlotereya.com-a göndərdiyi email, faks və məktublarda İştirakçıların istifadə etdiyi şifrəyə dair məlumatların başqa şəxslərə dair fərdi məlumatların, maliyyə məlumatlarının və sair məlumatların gizli saxlanılması üçün azerlotereya.com ağlabatan texniki tədbirləri görür, lakin həmin məlumatların kiber-hücum və sair qanunsuz üsullarla başqaları tərəfindən ələ keçirilməsi, oğurlanması halında azerlotereya.com heç bir məsuliyyət daşımır. İştirakçı bu məlumatların gizli saxlanılmasına görə özü cavabdehdir.

6.4. İştirakçı Müştəri Xidmətləri ilə yazışma və telefon danışığı qeydlərinin Azerlotereya.com tərəfindən saxlandığını bildiyini və bu qeydlərin saxlanmasına və transsərhəd ötürülməsinə razılıq verdiyini qəbul edir.

MADDƏ 7- İŞTİRAKÇI NÖMRƏSİ VƏ ŞİFRƏ:

7.1 azerlotereya.com İştirakçı meyarlarına cavab verən şəxslərin İştirakçı Nömrəsi ilə Şifrəsini onların bildirildiyi mobil telefona və/və ya email ünvanına göndərir. azerlotereya.com İştirakçı tərəfindən səhv verilmiş məlumatlara görə məsuliyyət daşımır.

7.2 azerlotereya.com öz sistemlərində dəyişikliklər edə və/və ya hər hansı bir səbəblə Iştirakçıya verəcəyi İştirakçı Nömrəsini və/və ya Şifrəni dəyişdirə bilər. İştirakçı, azerlotereya.com tərəfindən zəruri hesab edilən bu tip dəyişikliklərin uyğun olduğunu əvvəlcədən qəbul, bəyan və təsdiq edir.

7.3 azerlotereya.com-da İştirak müddəti ərzində İştirakçı tərəfindən istifadə ediləcək İştirakçı Nömrəsi və Şifrənin qorunma məsuliyyəti və və onun üçüncü şəxslərə verilməməsi və Şifrənin istifadəsinə dair istənilən məsuliyyət İştirakçıya aid olacaqdır. azerlotereya.com, İştirakçıya məxsus İştirakçı Nömrəsi və Şifrəyə sahib üçüncü şəxslər tərəfindən oynanan oyunları etibarlı sayacaqdır. Lakin bu halda, uduşlar oyunun oynanmış olduğu şəxsi kabinetə köçürüləcək və/və ya biletlər oynanmış olduğu şəxsi kabinetin sahibinə şəxsiyyəti təsdiq edən sənədin nömrəsini daxil edən şəxsiyyət vəsiqəsi və ya pasportun əslinin təqdim olunması halında veriləcəkdir.

MADDƏ 8- İŞTİRAK HÜQUQUNA XİTAM VERİLMƏSİ:

8.1. Əgər İştirakçının bu Müqaviləyə və ya qanunvericiliyə zidd fəaliyyəti (18 yaşına çatmaması, onlayn dələduzluq, o cümlədən cinayət, o cümlədən zərərli virus və kompüter proqramlarının yayılması və kibercinayət törədilməsi, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi, birdən çox şəxsi kabinetin açılması, İştirakçı Nömrəsi və şifrəni üçüncü şəxslərə verməsi, özünə aid fərdi məlumatları düzgün göstərməməsi, digər iştirakçıları təhqir etməsi, azerlotereya.com-un işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayması, pornoqrafik materialları yayması, şəxsi kabinetdən kommersiya məqsədləri ilə istifadə etməsi və sair) aşkar edilərsə, azerlotereya.com səbəblərdən asılı olaraq, həmin İştirakçının oyun nəticəsini ləğv edə və/və ya emailinə və ya mobil nömrəsinə müvafiq xəbərdarlıq göndərilməklə şəxsi kabinetə girişini müəyyən müddətə və ya daimi bağlaya və onun iştirak hüququna xitam verə bilər. İştirakçının bu Müqaviləyə və ya qanunvericiliyə zidd fəaliyyəti nəticəsində azerlotereya.com-a maddi ziyan vurularsa, İştirakçı bu ziyana görə məsuliyyət daşıyır və azerlotereya.com həmin ziyan məbləğini İştirakçının Virtual balansında olan məbləğdən akseptsiz qaydada silə bilər. Bu cür silinmə ziyanı tam kompensasiya etməzsə, qalan məbləğ İştirakçı tərəfindən azerlotereya.coma ödənilməlidir. Bu halda İştirakçı azerlotereya.com-a qarşı hər hansı pretenziya və ya iddia irəli sürməyəcəkdir, kompensasiya tələb etməyəcəyəni əvvəlcədən bəyan və qəbul edir.

8.2. İştirakçı azerlotereya.com-da şəxsi kabinetin bağlanması (“dondurulması”) funksiyasını aktiv etməklə şəxsi kabinetini müddət göstərmədən və ya müəyyən müddətə bağlaya (“dondura”) bilər. İştirakçı şəxsi kabinetini müddət göstərmədən bağlamaq imkanından istifadə edərsə, şəxsi kabineti təkrar aktivləşdirmək üçün Müştəri Xidmətlərinə müraciət etməlidir.

8.3. azerlotereya.com zəruri hesab etdikdə İştirakçının iştirak hüququnu heç bir səbəb göstərmədən ləğv edə bilər. İştirakçı onun oyun nəticəsinin, İştirak hüququnun ləğv edilməsi və şəxsi kabinetə girişin bağlanması ilə əlaqədar heç bir ziyan və ya zərər görə və/və ya hansı ad altında olursa olsun heç bir kompensasiya tələb etməyəcəyini əvvəlcədən bəyan və qəbul edir. Ləğv edilən İştirakçının fərdi məlumatları azerlotereya.com-un müəyyən edəcəyi müddət ərzində azerlotereya.comın məlumat bazasında saxlanılır. İştirak hüququnun ləğvi halında ləğv edilmə tarixinə İştirakçının Virtual hesabında olan məbləğlər bank vasitəsilə ödənilə və ya araşdırmalar sona çatanadək azerlotereya.comin depozitində saxlanıla bilər. Bütün bu tədbirlərin görüldüyü halda, İştirakçı bu tədbirlərin görülə biləcəyindən xəbərdar olduğunu, pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və və heç bir kompensasiya tələb etməyəcəyini əvvəlcədən bəyan və qəbul edir.

8.4. İştirak hüququna xitam verilməsi və şəxsi kabinetə girişin bağlanılması halında azerlotereya.com tərəfindən aşağıdakı tədbirlər görülə bilər:

8.4.1. Qanunvericiliyin və bu Müqavilənin tələbləri qəsdən pozulduqda və/vəya İştirakçı azerlotereya.coma ziyan vurduqda iştirak hüququna xitam verilməsi və şəxsi kabinetə girişin bağlanması halında şəxsi kabinetdə bağlanma tarixinə olan məbləğlər İştirakçıya ödənilməyəcəkdir. azerlotereya.com İştirakçıya bildirilən şəkildə Virtual balansdakı məbləğləri akspetsiz silə bilər. Bu hal baş verərsə, İştirakçı azerlotereya.coma qarşı pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

8.4.2. İştirakçının vəfatı səbəbi ilə İştirak hüququna xitam verildiyi və şəxsi kabinetə girişin bağlandığı təqdirdə şəxsi kabinetdə bağlanma tarixinə olan məbləğlər İştirakçının Hesabına köçürülə bilər və ya vərəsələr tərəfindən varislik haqqında müvafiq sənədlərin təqdim edilməsi ilə müvafiq tələb irəli sürülənə qədər azerlotereya.com-un depozitində saxlanıla bilər.

8.4.3. Bu Müqavilənin 8.4.1. və 8.4.2.-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda İştirakçının şəxsi kabinetinə giriş bağlanarsa, o cümlədən İştirakçının öz seçimi əsasında müddət göstərilmədən bağlanarsa (“dondurularsa”), bağlanma tarixinə şəxsi kabinetdə olan məbləğlər şəxsi kabinet bağlanmazdan öncə İştirakçı tərəfindən nağdsız qaydada götürülə bilər.

8.4.4. 8.4-cü maddədə qeyd edilmiş əməliyyatların həyata keçirilməsi ilə bağlı azerlotereya.com-un ödədiyi bank komissiyaları və əməliyyat xərcləri İştirakçıdan tutula bilər.

8.5. İştirakçı azerlotereya.com-un qayda və tələblərinə şərtsiz riayət etməlidir. İştirakçı Azerlotereya.comda olan oyunlar ilə əlaqədar qayda və tələblərdə etdiyi dəyişikliklərə dair heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini qəbul və bəyan edir.

MADDƏ 9- PUL KÖÇÜRMƏLƏRİ:

9.1. İştirakçıların oyun vasitələrində oyun oynamağa başlaması üçün ödəmə üsulları ilə ilə azerlotereya.com-da Virtual balansına pul köçürülməlidir.

 

9.2. Bank köçürməsi yolu ilə Virtual balansa pul köçürülərkən bank tərəfindən tutulan komissiya məbləğləri və sair məbləğlər İştirakçı tərəfindən ödənilir.

 

9.3. İştirakçı tərəfindən Virtual balansa qoyulub oyunlarda iştirak üçün istifadə edilməyən məbləğlərin geri çıxarılması azerlotereya.com tərəfindən məhdudlaşdırıla bilər, habelə bu Müqavilə və qanunla tətbiq edilən hallar istisna olmaqla geri çıxarılarkən həmin məbləğlərdən azerlotereya.comın əməliyyat və bank xərclərini kompensasiya edən komissiya haqları tutula bilər və çıxarılan məbləğlərə limitlər tətbiq edilə bilər.

 

9.4. İştirakçılar Virtual balansa pul köçürülməsi və köçürdükləri məbləğlərə görə özləri məsuliyyət daşıyırlar. Ödəmə təlimatlarının İştirakçı tərəfindən tam və lazımi qaydada icra edilməmiş olması və ya gec icra edilməsi, habelə bankların və ya ödəniş terminallarının şəbəkələrində baş vermiş texniki problemlər nəticəsində məbləğlərin Virtual balansda gecikmə ilə əks etdirilməsi nəticəsində yarana biləcək zərərə görə, habelə İştirakçı tərəfindən edilən səhv əməliyyatlara görə azerlotereya.com heç bir məsuliyyət daşımır.

 

9.5. İştirakçının Virtual balansına səhvən ödəniş edildikdə, azerlotereya.com səhvən ödənilən məbləği İştirakçının Virtual balansından akseptsiz silərək digər İştirakçının Virtual balansına və ya ödəniş İştirakçı olmayan şəxs tərəfindən edilmişdirsə, həmin şəxsin bank hesabına köçürə bilər. Virtual balansına səhvən ödəniş edilən İştirakçı, ödənişi edən şəxs ilə ödəniş edilən İştirakçı Nömrəsinin bir-birinə uyğun olmaması halında edilən bu qaytarma əməliyyatına şərtsiz razılıq verir və bu əməliyyatla bağlı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

9.6. İştirakçının onun Virtual balansına edilmiş səhv ödənişdən istifadə hüququ (o cümlədən, nağdsız qaydada köçürmək)  yoxdur və belə istifadə baş verdikdə, azerlotereya.com səhv ödəniş məbləğini və ya azerlotereya.com müvafiq səhv ödənişi artıq tənzimləmişsə, azerlotereya.coma vurulmuş zərərin məbləğini ondan tələb edə bilər. İştirakçı bu qayda ilə bağlı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

9.7. azerlotereya.com yanlış İştirakçı nömrəsinə edilən səhv ödəmələri qaytarmağa məcbur deyil, lakin bunu zəruri hesab etdikdə və bu hüquqi və/və ya texniki cəhətdən mümkün olduqda səhvən ödəniş edilən İştirakçının Virtual balansından müvafiq məbləği akseptsiz silərək digər İştirakçının Virtual balansına və ya ödəniş İştirakçı olmayan bir şəxs tərəfindən edilmişsə həmin şəxsin bank hesabına köçürə bilər. İştirakçı ödənişin səhv edildiyini sübut etməlidir. Ödənişin edildiyi iştirakçı nömrəsi ilə ödənişin səhv edildiyini iddia edən iştirakçının iştirakçı nömrəsi arasında bir rəqəm fərq olarsa, belə ödəniş səhv ödəniş kimi qəbul edilə bilər. Səhv ödənişlə əlaqədar əməliyyat həyata keçirilməsi və ya keçirilməməsi ilə bağlı İştirakçı azerlotereya.coma qarşı pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

 

9.8. İştirakçıların Razılaşmalı bankların təqdim etdiyi ödəmə üsulları vasitəsilə köçürdüyü ödənişlərin və ya kart köçürmələrinin Banklardan/ödəniş terminallarından və/və ya texniki səbəblərdən İştirakçının Virtual balansına gec keçməsinə və ya keçməməsinə görə azerlotereya.com məsuliyyət daşımır. Lakin azerlotereya.com İştirakçının müraciətini nəzərə alaraq araşdırma apara bilər.

9.9. Ödəmə üsulları, şərtləri və qaydaları azerlotereya.com tərəfindən dəyişdirilə bilər. İştirakçı ödəmə üsullarının azerlotereya.com tərəfindən dəyişdirilməsi halında bağlı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini qəbul və bəyan edir..

9.10. Virtual balansa pul yükləmə və ya balansdan pul çıxarma əməliyyatları üçün alınan bank komissiyaları İştirakçı tərəfindən ödənilir. azerlotereya.com öz səlahiyyətləri çərçivəsində bank komissiyası ilə bağlı güzəştlər edə bilər. Belə güzəştlər İştirakçıya verilən daimi hüquq kimi qəbul edilməməlidir.


MADDƏ 10. OYUNLARA TƏTBİQ EDİLƏN ÜMUMİ ŞƏRTLƏR:

10.1. azerlotereya.com, bu Müqavilədə müəyyən olunmuş oyun vasitələrini istənilən vaxt dəyişdirə bilər, ləğv edə bilər və ya bu oyun vasitələrinə yenilərini əlavə edə bilər.

10.2. Azerlotereya.com səbəbini izah etmədən iştirakçılar üçün limit(lər) müəyyən edə bilər. İştirakçılar Oyun Vasitələrində oyunlarda azerlotereya.com tərəfindən limit müəyyən olunması halında, müəyyən olunmuş bu limitləri əvvəlcədən qəbul etmiş sayılırlar. azerlotereya.com bu limitləri dəyişdirmək hüququna malikdir.

10.3. Oyunlarda İştirakçı tərəfindən oyun ilə bağlı daxil edilən məlumatlar azerlotereya.com tərəfindən düzgün hesab edilərək istifadə olunacaqdır. Oyun ilə bağlı seçimlərin müəyyən olunmasına görə ancaq İştirakçı məsuliyyət daşıyır.

10.4. İştirakçı oyunlarda iştirak etdiyini göstərən tək və etibarlı elektorn sənəd İştirakçının menyuda gördüyü etibarlı (imtina etmədiyi) elektron kod olaraq təsdiqlənən biletdir. İştirakçının işarələdiyi, lakin Mərkəzi Oyun Sistemində elektron kod ilə təsdiqlənməyən heç bir bilet etibarlı bilet sayılmır.

10.5. azerlotereya.com-un virtual mühitinə qoşulmaq pulsuzdur. oyun vasitələrinə qoşulma haqqı (İnternet, televiziya, mobil telefon vasitəsilə göstərilən xidmətlər üzrə ödənişlər və əlavə istifadə ödənişləri) isə İştirakçıya aiddir. SMS vasitəsilə ediləcək əməliyyatlar ödənişli ola bilər, habelə əməliyyat tipinə görə müxtəlif xidmət haqları tətbiq edilə bilər. SMS-in qiyməti müvafiq mobil operator tərəfindən müəyyən edilir. Operatorların tariflərindəki dəyişikliklərə görə Azerlotereya.com məsuliyyət daşımır. azerlotereya.com da SMS vasitəsilə göstərilən xidmətlər üçün xidmət haqlarını təyin etmək və dəyişdirmək hüququna malikdir. İştirakçı xidmət haqlarının dəyişdirilməsi səbəbi ilə azerlotereya.com-a qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

10.6. azerlotereya.com Müştəri Xidmətləri vasitəsilə ediləcək əməliyyatlarda hər bir araşdırma üçün xidmət haqqı tətbiq edə bilər. azerlotereya.com tətbiq edilən xidmət haqqını dəyişdirmək hüququna malikdir. azerlotereya.com xidmət haqlarına dair məlumatları İştirakçının şəxsi kabinetində yerləşdirməklə ona bildirəcəkdir.

10.9. Oyunların nəticələri İştirakçı tərəfindən heç bir şəkildə ləğv edilə bilməz və dəyişdirilə bilməz. İştirakçı xüsusi texniki üsullardan istifadə edərək bu biletləri ləğv edərsə və ya oyun nəticələrini dəyişərsə, belə qanunsuz müdaxilə bu Müqavilədə nəzərdə tutulmuş tədbirlərin görülməsinə və Cinayət Məcəlləsinin 273-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranmasına səbəb olacaqdır.

MADDƏ 11 - ƏLAVƏ XİDMƏTLƏR:

11.1. Bu Müqavilənin qəbulu ilə, Virtual mühitin istifadə şərtləri də qəbul edilmiş sayılır.

11.2. azerlotereya.com iştirakçılara bonuslar və kampaniyalar, o cümlədən fərdi bonus və kampaniyalar təqdim edə bilər və onları istədiyi vaxt dayandıra bilər.

11.3. Kampaniya (o cümlədən bonus kampaniyaları) və/və ya reklamlardan əldə ediləcək bonus və/və ya xallar yalnız oyun vasitələrində oyun oynamaq və ya azerlotereya.com tərəfindən nəzərdə tutulan digər xidmətlərdən faydalanmaq üçün istifadə edilə bilər.

11.4. Azerlotereya.com kampaniya və reklamlarda və ya digər fəaliyyətlərdə İştirakçıların oyun oynama və davranış araşdırmalarını nəzərə alaraq müxtəlif təkliflər vermək, tətbiq etdiyi proqramlarda bu araşdırmaları müəyyən etdiyi vaxtlarda reallaşdırmaq və/və ya onlara dəyişiklik etmək hüququna malikdir.

11.5. azerlotereya.com reklam və sair məlumatları iştirakçının daxil etdiyi email ünvanına, mobil nömrəyə, şəxsi kabinetinə bildiriş olaraq göndərə bilər.

MADDƏ 12 – UDUŞLAR VƏ ÖDƏMƏLƏR:

12.1 Oyunlar üçün Bilet məlumatları oyunla əlaqəli qeydlərin aparıldığı Mərkəzi Oyun Sistemindəki məlumatlarla mütləq eyni olmalıdır. Bilet məlumatları ilə Mərkəzi Oyun Sistemindəki məlumatlar arasında ziddiyyət olduqda, Mərkəzi Oyun Sistemindəki məlumatların düzgün olduğu qəbul ediləcəkdir.

12.2. Oyun iştirakçısının qazandığı uduş məbləğləri Mərkəzi Oyun Sistemi tərəfindən qiymətləndirilərək qanunvericiliklə nəzərdə tutulan vergi və digər tutulmalardan sonra İştirakçının Virtual balansına köçürülür.

 

12.3. İştirakçı tərəfindən uduş qazanıldığında, habelə bonuslardan istifadə zamanı kampaniya şərtlərinə cavab verən uduş qazanıldıqda bu uduş məbləği əlavə bir əməliyyatın həyata keçirilməsinə ehtiyac olmadan ən gec 24 (iyirmi dörd) saat ərzində Azerlotereya.com tərəfindən İştirakçınin Virtual balansına köçürülür. Texniki çətinlikər yarandıqda bu müddət uzadıla bilər. İştirakçınin Virtual balansında olan və İştirakçı tərəfindən tələb edilən məbləğ, İştirakçı tərəfindən şəxsiyyəti təsdiq edən sənəd şəxsi kabinetə yükləndikdən sonra azerlotereya.com tərəfindən İştirakçıya qanunvericilikdəki müddətlərə uyğun olaraq bank vasitəsilə (köçürmə və ya “cash by code”) təqdim edilir. Təqdim məbləğ minimum 10 (on) manat təşkil etməlidir. Bu limit azerlotereya.com tərəfindən dəyişdirilə bilər. İştirakçı bununla bağlı azerlotereya.coma qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

12.4. Vergi dərəcələrində yaranan dəyişikliklər oyunlar və uduşlarda öz əksini tapacaqdır və İştirakçı bununla bağlı azerlotereya.com-a qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

 

12.5. İştirakçı Virtual balansdakı uduş məbləğlərinin bank vasitəsilə köçürülməsini tələb edə bilərlər və bu zaman zəruri bank məlumatlarını daxil etməlidirlər.

 

12.6.Uduşun alınması üçün İştirakçıların bank hesabı öz adına açılmış olmalıdır. İştirakçılara ediləcək ödəmələr üçün kart və şəxsiyyəti təsdiq edən məlumatlardan savayı əlavə məlumatlar da tələb edilə bilər.

 

12.7. Texniki və sair səhv nəticəsində İştirakçının Virtual balansına köçürülmüş məbləğlər İştirakçı tərəfindən istifadə edilə bilməz və köçürülə bilməz. Əgər İştirakçı səhv ödənişi məxaric edərsə və ya həmin məbləğə bilet alarsa, o borclu kimi nəzərdən keçiriləcəkdir. İştirakçı texniki və sair səhv nəticəsində onun Virtual balansına köçürülmüş məbləğin azerlotereya.com tərəfindən xəbərdarlıq edilmədən akseptsiz qaydada İştirakçının Virtual balansından silinə bilinəcəyinə etiraz etmir və bu halda azerlotereya.com-un çəkdiyi xərclərə görə və ya ziyan vurarsa, vurulmuş ziyana görə məsuliyyət daşıyır. İştirakçı bununla bağlı azerlotereya.com-a qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

MADDƏ 13 - MƏSULİYYƏT:

13.1. Oyun Vasitələrində baş verə biləcək hər cür rabitə kəsilməsi, oyun sistemində baş vermiş xətalar, fasilələr, sistem qəzaları, texniki səbəblərlə meydana gələn məlumatlandırma mesajlarının və s. getməməsi, gecikməsi halları daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, səhv, gecikmə ilə məlumat ötürülməsi yaxud rabitə fasilələrinə görə yaranan zərərlərə görə azerlotereya.com heç bir məsuliyyət daşımır. İştirakçı bununla bağlı Azerlotereya.com-a qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

13.2. Oyun ilə əlaqədar məlumatlandırma təşəbbüsü azerlotereya.com-un hüququdur. Oyunlar haqqında lazımi məlumatlandırmanın edilməməsini əsas göstərərək İştirakçı Azerlotereya.coma qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

13.3. İştirakçı bu Müqavilənin əhatə etdiyi xidmətlərlə əlaqədar azerlotereya.coma yazılı, şifahi, İnternet və/və ya digər elektron cihazlar vasitəsi ilə çatdırdığı məlumatların düzgün, tam və aktual olduğunu bəyan edir, bu bəyanın səhv olması və/və ya məlumatların səhv verilmiş olması səbəbi ilə yarana biləcək bütün zərərlərə görə (o cümlədən, dövlət orqanları və məhkəmələr tərəfindən tətbiq edilən sanksiyalara və cərimələrə görə) İştirakçı məsuliyyət daşıyır.

13.4. İştirakçının bildirdiyi məlumatlar istiqamətində, məlumatların səhv olması (İştirakçı tərəfindən bəyan edilən əlaqə nömrələrinin və email ünvanının düzgün olmaması və/və ya aktiv olmaması halları) yaxud texniki səbəblər (SMS göndərilən nömrənin xəttinin açıq olmaması, telefon parametrlərinin SMS qəbululuna imkan verməməsi, ötürücü şəbəkədə meydana gələn problemlər və s.) səbəbi ilə məlumatlandırma mesajlarının və s.-in getməməsinə və gecikməsinə görə yaranan dolayı və/və ya birbaşa zərərlərə görə azerlotereya.com məsuliyyət daşımır. İştirakçı bununla bağlı azerlotereya.coma qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

13.5. Bu Müqaviləyə uyğun olaraq İştirakçıya təqdim edilən oyunların və əlaqəli xidmətlərin dairəsi azerlotereya.com tərəfindən istənilən vaxt və bir tərəfli olaraq genişləndirilə yaxud azaldıla bilər və ya xidmətlər dayandırıla bilər. azerlotereya.com bu Müqavilədə qeyd edilən maddələrə dəyişiklik etmək hüququna malikdir. İştirakçı bununla bağlı Azerlotereya.coma qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

13.6. İştirakçı azerlotereya.com tərəfindən təqdim edilən xidmətlərin istifadəsi zamanı üçüncü şəxslərə və azerlotereya.com-a zərər vurması halında, həmin zərərə görə şəxsən məsuliyyət daşıdığını qəbul, bəyan və təsdiq edir. Bu halda, İştirakçının iştirak hüququ ləğv edilə bilər və şəxsi kabinetə girişi azerlotereya.com tərəfindən bağlana bilər.

13.7. azerlotereya.com Virtual Muhitində olan bütün yazılı, şəkilli, səsli, qrafik əhatə edən və/və ya əhatə etməyən bütün materialların hər cür istifadə hüququna malikdir. İştirakçı azerlotereya.com tərəfindən özünə təqdim edilən oyun və xidmətlərin, onların istifadəsi ilə əlaqədar hər cür video və audio materialların azerlotereya.com-un əqli mülkiyyətində olduğunu və bunları heç bir şəkildə azerlotereya.com-un yazılı icazəsi olmadan istifadə etməyəcəyini, bu materialları köçürərək fərdi və ümumi istifadəyə açıq İnternet səhifələrində, o cümlədən sosial şəbəkələrdə istifadə etməyəcəyini, nəşr etməyəcəyini və/və ya bunları satışa çıxarmayacağını qəbul, bəyan və təsdiq edir. İştirakçı azerlotereya.com tərəfindən xidmətin istifadəsi üçün işlətdiyi proqramların müəllif hüquqlarının azerlotereya.com-a aid olduğunu, bu proqramları heç bir şəkildə çoxaldıb paylamayacağını və yalnız xidmətdən faydalanma məqsədi ilə məhdud olaraq istifadə edəcəyini təsdiq edir. azerlotereya.com-un razılığı olmadan İştirakçılar bu materialları götürməsi və istifadə etməsi halında azerlotereya.com qarşısında məsuliyyət daşıyırlar. Bu halda, azerlotereya.com vurulmuş zərər və ziyanlar əvəzini İştirakçıdan tələb edə bilər.

13.8. azerlotereya.com ağlabatan təhlükəsizlik tədbirləri gördüyü halda, məlumat bazasına və ya azerlotereya.com saytına ediləcək hər hansı bir hücum nəticəsində, İştirakçıların məlumatlarının üçüncü şəxslərin əlinə keçməsi və bu məlumatların istifadə edilməsi halında yaranan nəticələrə görə məsuliyyət daşımır. İştirakçı bununla bağlı azerlotereya.com-a qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

13.9. Üçüncü şəxslərlə əlaqədar olaraq yaranan mübahisələr və üçüncü şəxslərin kompensasiya tələblərinə görə azerlotereya.com-un məsuliyyət daşımayacağını İştirakçı əvvəlcədən qəbul və təsdiq edir.

13.10. İştirakçıların üçüncü şəxslər vasitəsi ilə azerlotereya.com Virtual balanslarına göndərdikləri pullar ilə əlaqədar dəyən zərərlərə görə azerlotereya.com məsuliyyət daşımır.

13.11. İştirakçının vətəndaşı olduğu və ya oyunu oynadığı ölkənin qanunvericiliyi ilə oyunların keçirilməsi və ya oyunlarda iştirak qadağandırsa, buna görə İştirakçı özü məsuliyyət daşıyır. Bu səbəbdən İştirakçının qazandığı məbləğin İştirakçının bank hesabına köçürülməsi mümkün olmadıqda buna görə Azerlotereya.com məsuliyyət daşımayacaqdır.

13.12. İştirakçı azerlotereya.com tərəfindən ona təqdim edilmiş fərdi bonus və/və ya kampaniyalar haqqında məlumatların məxfiliyini qorumalıdır. Bu məlumatlar açıqlandıqda (o cümlədən sosial şəbəkələrdə) azerlotereya.com həmin bonus və kampaniyanı ləğv edərək vurulmuş zərəri akseptsiz şəkildə İştirakçının Virtual balansından silə bilər və ya zərərin İştirakçı tərəfindən ödənilməsini tələb edə bilər.

13.13. Bu Müqavilədə irəli sürülən və azerlotereya.com-un məsuliyyətini istisna edən müddəalar azerlotereya.com-un təqsirli hərəkətləri nəticəsində vurulmuş real zərər olmadığı hallarda etibarlı olacaq. Digər hallarda azerlotereya.com heç bir məsuliyyət daşımayacaqdır.

13.14. İştirakçı oyunların ehtimal əsasında keçirildiyini anlayır və bununla bağlı azerlotereya.com-a qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

13.15. Müqavilə əsasında İştirakçının məsuliyyətində olan məsələlərlə əlaqəli azerlotereya.com-un məruz qaldığı hər cür zərər İştirakçıdan tam şəkildə tutulacaq və ya tələb ediləcəkdir.

13.16. İştirakçı xəbərdar olunur ki, səlahiyyətli dövlət orqanlarının qərarı olduqda ona qarşı terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlər görülə bilər, o cümlədən uduş məbləğləri dondurula bilər.

MADDƏ 14-ÜMUMİ MÜDDƏALAR:

14.1 Bu Müqavilə üzrə oyunda iştirak hüququ virtual mühitdə meydana gəldiyi üçün İştirakçının müraciətinin azerlotereya.com tərəfindən qəbulu ilə Müqavilə bağlanılmışdır. Qarşılıqlı hüquq və öhdəliklər Müqavilənin hər iki tərəfdən qəbulu ilə qüvvəyə minir və qeyri-müəyyən müddətdə qüvvədə olur. Müqavilə tarixi Müqavilənin İştirakçı tərəfindən qəbul edildiyi gündən hesablanılır.

14.2. Bu Müqavilə İştirakçının kağız daşıyıcıda olan şəxsi imzası ilə təsdiqlənmiş müvafiq sənədlərlə və əməliyyatlarla eyni hüquqi qüvvəyə malikdir və azerlotereya.com-da şəxsi kabinetin açılması İştirakçının imzasının analoqu hesab edilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir.

14.3. İştirakçı bu Müqavilədən irəli gələn hüquq və öhdəliklərini heç bir şəkildə üçüncü şəxslərə ötürə yaxud həvalə edə bilməz.

14.4. İştirakçı qeyri-qanuni və ya bu Müqavilənin ziddinə əldə olunan hüquqları həyata keçirə bilməz. Belə hallar yarandıqda, bu Müqavilə və yaxud azerlotereya.com-un müəyyən etdiyi qaydalardan kənar xidmətə qoşulmalar ləğv edilir və İştirakçının şəxsi kabineti bağlanır. Həmçinin, hər hansı səbəbdən bu Müqavilə və yaxud azerlotereya.comın müəyyən etdiyi qaydalardan kənar əldə edilən məbləğlər azerlotereya.com tərəfindən akseptsiz şəkildə İştirakçının Virtual balansından silinir. İştirakçı həmin məbləğləri oyunda istifadə edərsə və ya çıxararsa, azerlotereya.com həmin məbləğləri İştirakçıdan tələb edəcəkdir.

14.5. İştirakçı azerlotereya.com qarşısında borcunu 30 (otuz) gün ərzində ödəməzsə, azerlotereya.com İştirakçını xəbərdar etmədən bu müqaviləni ləğv edə bilər. Bu halda bu Müqavilənin 8-ci maddəsindəki qaydalar tətbiq ediləcəkdir.

14.6 İştirakçı azerlotereya.com-in qeydlərinin etibarlılığını qəbul etdiyini, azerlotereya.com ilə arasında yaranacaq istənilən mübahisədə azerlotereya.comın hər cür qeyd və sənədlərinin, o cümlədən hər cür kompüter və səs qeydlərinin, audio və audiovizual qeydlərin tək və qəti sübut təşkil edəcəyini qəbul edir.

14.7 Tərəflər Müqavilənin tətbiq və istifadəsi nəticəsində yaranacaq mübahisələrin həllində Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tətbiq olunacağını və məhkəmə mübahisələrinə Azərbaycan Respublikaların məhkəmələri tərəfindən baxılacağını əvvəlcədən qəbul və bəyan etmişlər.

14.8 Tərəflər, əksi yazılı olaraq bildirilməyənədək, yuxarıda yazılan və müraciətlərində ifadə edilən ünvanlarının müraciət ünvanları olduğunu bəyan edir, bu ünvanlara göndəriləcək yazılı bildirişlərin etibarlı sayılacağını əvvəlcədən qəbul və bəyan edirlər.

14.9. Tərəflər, fors-major səbəblərinə görə bu Müqavilənin şərtlərinə uyğun olaraq göstərilmiş vaxtda öz öhdəliklərini tam və lazımınca təmin edə bilmədikdə, əlaqədar məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər və həmin öhdəliyin icrası müddəti və ya vaxtı baş vermiş fors-major halının müddəti və ya vaxtı qədər uzadılır. Yalnız fors-major halları bitdikdən dərhal sonra Tərəflər biri-birinə qarşı olan öhdəliklərini daşımaqda davam edirlər.

Bu maddədə “fors-major” termininin işlədilməsi təbii fəlakət, partlayışlar, yanğınlar, müharibə, hərbi müdaxilə, inqilablar, vətəndaş iğtişaşları və s. analoji hadisələr, dövlətin, bələdiyyənin və digər səlahiyyətli orqanların aktları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli ölkə tərəfindən qeyri-mümkün ola bilən hadisələri, bu göstərilən və ya digər hər hansı səbəblərdən xidmətlərdən istifadənin mümkün olmaması və/və ya Tərəflərin ağlabatan şəkildə nəzərə ala bilməyəcəkləri digər öncədən görülməsi mümkün olmayan və/və ya Tərəflərin nəzarəti xaricində olan (o cümlədən texniki səbəblərdən irəli gələn hallar da daxil olmaqla) hallar və/və ya adi şəraitdə ağlabatan tədbirlər sayəsində aradan qaldırıla bilməyən və sair halları özündə cəmləşdirir.

14.10. Bu Müqavilənin hər hansı maddəsinin etibarsızlığı digər maddələrin və Müqavilənin etibarsızlığına səbəb olmur.

14.11. Bu Müqaviləyə edilmiş bütün əlavə və dəyişikliklər azerlotereya.com media, o cümlədən azerlotereya.com saytı və digər yayım formaları) vasitəsi ilə bildirildikdən sonra, 10 (on) iş günü ərzində İştirakçı tərəfindən azerlotereya.coma yazılı surətdə etiraz bildirilməzsə, onun tərəfindən qəbul edilmiş sayılır və Tərəflər arasındakı münasibətlərə tətbiq olunur. Media ilə bildirişlə yanaşı azerlotereya.com Müqaviləyə edilmiş əlavə və dəyişikliklər barədə İştirakçıya digər üsullarla da (SMS, email və s) bildiriş göndərə bilər. azerlotereya.com tərəfindən media ilə bildirilən dəyişikliklərə İştirakçı tərəfindən 10 (on) iş günü ərzində yazılı etiraz bildirilərsə, Bu Müqaviləyə xitam verilir və İştirakçının şəxsi kabineti bağlanır. İştirakçı əvvəlcədən qəbul və təsdiq edir ki, azerlotereya.com tərəfindən əlavə və dəyişiklik edilməsi bərədə İştirakçıya hər hansı mediada (o cümlədən, azerlotereya.com saytında) bildirilməsi İştirakçının dəyişikliklər barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsi hesab edilir.

14.12. Əgər Müqaviləyə edilmiş əlavə və dəyişiklik mətndəki orfoqrafik və qrammatik səhvlərin düzəldilməsini, habelə azerlotereya.com-a aid texniki məlumatların dəqiqləşdirilməsini nəzərdə tutursa və İştirakçının hüquq və vəzifələrinə təsir etmirsə, belə əlavə və dəyişikliklər 14.11-ci maddədə qeyd edilən prosedur tətbiq edilmədən qüvvəyə minir.

14.13. Bu Müqavilə üzrə Azerlotereya.com-un malik olduğu hər hansı səlahiyyətin, hüququn, müdafiə vasitəsinin, ixtiyarın və digər maraqların həyata keçirilməməsi və ya həyata keçirilməsində gecikmə onların təkrarən, yaxud gələcəkdə həyata keçirilməsinin qarşısını almır və Müqavilə üzrə hər hansı digər hüquqlardan imtina sayıla bilməz.

14.14. Bu Müqavilə 5 mart 2004-cü il tarixli, 594-IIQ nömrəli "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanununun və lotereya oyunları ilə bağlı digər qanunvericilik aktlarının əsasında hazırlanmışdır. İştirakçı bu Müqaviləni qəbul etməklə, lotereya ilə bağlı bütün qanun, fərman, Nazirlər Kabineti qərarları, digər qanunvericilik aktlarında göstərilən qaydaları və Azerlotereya.com saytında yerləşdirilən oyun qaydaları və şərtlərini qəbul edir, bununla razılaşır və şərtsiz qəbul edir. Bu Müqavilə 14 (on dörd) bənddən ibarətdir. İştirakçı olmaq istəyən şəxslər bu Müqavilənin bəndlərinin hamısını oxuduğunu və razılaşdığıını əvvəlcədən təsdiq edir.

Əlaqə Məlumatları:

Lotereya təşkilatçısı: “Azərlotereya” ASC

Təşkilatçının ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153, “Port Baku Tower South” binası, 5-ci mərtəbə.

Telefon: *2080
Email ünvanı: 
support@azerlotereya.com

Sayt: www.azerlotereya.com