“Gənclər və Türk Dünyası Mədəniyyəti” adlı tədbir keçirilib

11/02/2025
Image

Mədəniyyət Nazirliyi, Dünya Türk İş Konseyi, TÜRSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Baku Media Center, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərlotereya” ASC-nin dəstəyi ilə keçirilən "Gənclər və Türk Dünyası Mədəniyyəti" tədbiri çərçivəsində “Əmanətə Sədaqət” layihəsinin iştirakçıları ilə görüş təşkil edilib. Məqsəd zəngin Türk dünyası mədəniyyətini gənclərə tanıtmaq, onların bu irsin qorunaraq gələcək nəsillərə ötürülməsində fəal iştirakını təşviq etməkdir.Tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Səadət Yusifova Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və gənclər arasında mədəniyyət mübadiləsinin önəmini diqqətə çatdırıb. O, belə təşəbbüslərin gələcəkdə daha geniş miqyasda davam etdirilməsinin vacibliyini vurğulayıb.Sonra "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş çıxışında dünyada türk mədəniyyətinin tanınması, dəyərlərimizin yaşadılmasında gənclərin böyük rolundan bəhs edərək “Əmanətə Sədaqət” layihəsindən bəhs edib. Bildirib ki, “Azərlotereya”nın dəstəyi ilə 3 ildir həyata keçirilən layihə hazırda 150 şəhid əmanətini əhatə edir. Layihə çərçivəsində Türkiyədə və Azərbaycanda təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşam xərcləri qarşılanır. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə də gənclərin türk dünyası mədəniyyəti ilə daha yaxından tanış olması baxımından tədbirin mahiyyətini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova və TÜRKSOY-un nümayəndəsi Melik Özsöz çıxış edərək türk dünyasının zəngin mədəni irsi və ortaq dəyərlərin qorunmasının əhəmiyyətindən danışıblar. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tələbələrin iştirakı ilə “Tağıyev: Neft” bədii filminin nümayişi olub. 

Paylaş:
Subscribe Card Image
Ən son yeniliklərə abunə ol

Oxşar mövzular

Məsuliyyətli oyun

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik. 
 

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər