Şəxsi Məlumatların Qorunması

Şəxsi Məlumatların Qorunması
Bu məlumat “Fərdi məlumatlar haqqında” 11 may 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra mətn üzrə - “qanun”) 11.2-ci maddəsində qeyd edilən bildiriş öhdəliyinin icra edilməsi məqsədilə hazırlanmışdır.

1. Fərdi məlumatların mülkiyyətçisi

Qanunun 2.1.9-cu maddəsinə uyğun olaraq, fərdi məlumatların mülkiyyətçisi qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların informasiya sistemi və ya ehtiyatı üzərində tam sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata keçirən, fərdi məlumatların işlənilməsi məqsədini müəyyən edən dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxsdir. azerlotereya.com informasiya sistemində toplanan və işlənən fərdi məlumatların mülkiyyətçisi “Azərlotereya” ASC-dir (bundan sonra- şirkət).

İnternet adresi: https://azerlotereya.com/az

Telefon nömrəsi: *2080

Email: support@azerlotereya.com

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153, “Port Baku Tower South” binası, 5-ci mərtəbə.

Qanunun 10.1-ci maddəsinə uyğun olaraq, fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir.

2. Fərdi məlumatların işlənmə məqsədləri

Azerlotereya.com-da qeydiyyatdan keçmiş istifadəçinin (bundan sonra mətn üzrə- iştirakçı) fərdi məlumatları “Fərdi məlumatlar haqqında” 11 may 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 sentyabr 2010-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”ə uyğun olaraq işlənə bilər. Qanuna və İştirak Müqaviləsinə (azerlotereya.com-da qeydiyyatdan keçmiş iştirakçı ilə bağlanan müqavilə) uyğun olaraq, fərdi məlumatlarınız bizə yazılı, şifahi və elektron üsulla təqdim edilməklə aşağıdakı hallarda, şərtlərlə və hüquqi əsaslandırma ilə işlənə bilər:

• Qanunvericiliklə tələb edilən vəzifələrimizi yerinə yetirmək məqsədilə, o cümlədən dövlət orqanlarının tələbləri ilə fərdi məlumatların onlara verilməsi üçün (qanunun 13.2 və 13.2-1-ci maddələri, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 177.3-cü maddəsi);

• İctimai təhlükəsizliyi təmin etmək üçün, o cümlədən “Lotereyalar haqqında” 05 mart 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İştirakçının 18 yaşına çatmış olduğuna nəzarət etmək üçün;

• “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 10 fevral 2009-cu il tarixli Azərbaycan Respublikası Qanunundan irəli gələn öhdəliklərin icrası üçün;


• İştirak Müqaviləsinə uyğun olaraq, fərdi məlumatların beynəlxalq standartlara uyğun mühafizəsinin təmin edilməsi üçün məlumatların transsərhəd ötürülməsi üçün;

• İştirak müqaviləsinə uyğun olaraq, elmi və statistik tədqiqat məqsədləri üçün;

• İştirak müqaviləsinə uyğun olaraq İştirakçıya göstərilən xidmətin yaxşılaşdırılması və üstünlük verilən xidmətlərin müəyyən edilməsi üçün müxtəlif marketinq və sosioloji sorğuların və marketinq və/və ya satış kampaniyalarının keçirilməsi, ünvanlı reklam materiallarının tərtib edilməsi məqsədi ilə istifadə edilməsinə, o cümlədən eyni məqsədlərlə istifadə üçün üçüncü şəxslərə verilməsi;

• Qanunvericiliklə tələb edilən vəzifələrimizi yerinə yetirmək məqsədilə üçüncü şəxslərə verilməsi zərurəti yarandıqda;

• Bizə yazdığınız müraciət, şikayət və sorğuların araşdırılması və cavablandırılması üçün;

• azerlotereya.com-un təhlükəsiz və sağlam istifadəsini təmin etmək üçün;

• Maliyyə hesabatlılığı və risk idarəçiliyinin icrası üçün;

• Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

 

3. Fərdi məlumatların verilməsi

Fərdi məlumatlar Qanunun 13-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı qaydada verilə bilər:
• Fərdi məlumatların mülkiyyətçisi tərəfindən fərdi məlumatlar istənilən üçüncü şəxsə yalnız iştirakçının İştirak müqaviləsini qəbul etməklə həmin müqavilədə verdiyi yazılı razılığı ilə yol verilir. Qanunun 8.3-cü maddəsinə uyğun olaraq, iştirakçı vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə özü razılıq vermək iqtidarında olmadığı hallarda bu Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir;

• açıq kateqoriyalı fərdi məlumatlar verildikdə, habelə fərdi məlumatların verilməsi iştirakçının həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda, fərdi məlumatların verilməsi üçün iştirakçının yazılı razılığı tələb edilmir.

 

4. Toplanılan və işlənilən fərdi məlumatların informasiya sistemində mühafizə səviyyəsi

azerlotereya.com-da toplanan fərdi məlumatlar ISO/IEC standartlarına cavab verən “bulud”larda saxlanır və qorunur.

azerlotereya.com informasiya sistemi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş 244 nömrəli 03 mart 2021-ci il tarixli lisenziya əsasında qurulmuşdur və fəaliyyət göstərir.

 

5. Fərdi məlumatları toplanan iştirakçıların hüquqları

Fərdi məlumatları toplanan iştirakçıların aşağıdakı hüquqları var:
• azerlotereya.com-da özü barəsində fərdi məlumatların mövcudluğu, onların mülkiyyətçisi və ya operatoru haqqında məlumat almaq;

• azerlotereya.com -da özü barəsində fərdi məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin subyekt üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq;

• azerlotereya.com -da özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;

• azerlotereya.com -da özü barəsində fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını, onun fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək;

• azerlotereya.com -da özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək;

• iştirak müqaviləsinə xitam verməklə azerlotereya.com-da özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək;

• azerlotereya.com -da özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək, işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək;

• azerlotereya.com -da özü barəsində toplanılan və işlənilən fərdi məlumatların olduğu informasiya sistemlərinin lisenziyalaşdırılmış olması haqqında məlumat almaq

 

 

Məsuliyyətli oyun

Azərbaycanın şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edir və sosial məsuliyyətlərimizin fərqindəyik.

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər