“4+4”də 530 359 manatlıq cekpotu Saatlı sakini qazandı

  1. Lotereya
  2. 4+4
Image Default Alt

Ölkənin qanuni və yeganə lotereya təşkilatçısı "Azərlotereya” ASC-nin təşkil etdiyi "4+4” tirajlı lotereyasında 530 359 manatlıq cekpot Saatlı sakini Sakin Hüseynova qismət olub.

43 yaşlı Sakin Hüseynov ustadır. Ara-sıra lotereyada bəxtini yoxlayan Sakin bəyə qonaq getdiyi Saatlıda şans üzünə gülüb. O, "Misli" məntəqəsindən aldığı biletlə “4+4” lotereyasında 530 359 manatlıq cekpotun sahibi olub. 

O, böyük həyəcan hissilə cekpotu əldə etmək üçün “Azərlotereya”nın uduşlu biletlərin qəbul edildiyi “Bakı KOB Evi”nə yollanıb. Daha sonra cekpot sahibi “Azərlotereya”nın baş ofisinə gələrək İdarə Heyətinin sədri Osman Karakuşla görüşüb.

Sevincini bölüşən şanslı qalib qazandığı pulla özünə ev və avtomobil alacağını, övladının velosipet arzusunu yerinə yetirəcəyini bildirib.

Qeyd edək ki, təxminən 4 ay öncə 913 072 manatlıq tarixi cekpot da “4+4” tirajlı lotereyasında qazanılmışdı. Növbəti cekpot məbləği isə 250 000 manatdır.

Paylaş:
Subscribe Card Image
Ən son yeniliklərə abunə ol

Oxşar mövzular

Məsuliyyətli oyun

Azərbaycanın şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edir və sosial məsuliyyətlərimizin fərqindəyik.

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər