Məsulliyətli açıqlama siyasəti

Azərlotereya olaraq öz məhsullarımızı WLA-SCS: 2020 standartına və ISO 27001:2013
Məlumat təhlükəsizliyi idarəetmə sistemi standartına uyğun şəkildə dizayn edilməsini təmin edirik.
Fərdi məlumatların yüksək səviyyədə qorunması üçün milli qanunvericilik və beynəlxalq standartların
tələblərinə uyğun davranırıq.

 

Bu "Məsuliyyətli açıqlama siyasəti"ni hazırlamaqla biz sizi veb-saytlarımızda və ya
xidmətlərimizdə mövcud ola biləcək zəifliklərlə bağlı məlumat verməyə cəsarətləndirmək istəyirik. Əgər
Azərlotereya məxsus olan veb-saytlarda və ya Azərlotereyanın təqdim etdiyi xidmətlərdə zəiflik
aşkar etdiyinizi düşünürsünüzsə, aşağıdakı imeylla yazmaqla bu barədə bizə məlumat verə bilərsiniz:

 

info@azerlotereya.com

 

Bu məlumatda aşağıdakılar öz əksini tapmalıdır:
- Zəifliyin aşkar edildiyi veb-sayt, IP və ya məhsul;
- Zəifliyin qısa təsviri;
- Zəifliyin aşkar edilməsi üçün atılmış addımlar;
- Aşkarladığınız zəifliyi bizə göstərmək üçün minimal datadan istifadə edin. Azərlotereya sistem
və şəbəkələrinin fərdi məlumatlarına müdaxilə etməməyi tövsiyə edirik. Əks halda, etdikləriniz
cinayət məsuliyyətinə səbəb ola bilər;
- Zəiflik barədə məlumat verərkən kommersiya sirrinin və fərdi məlumatların qorunmasına dair
qanunvericiliyə riayət edin;
- Biz zəifliyi aradan qaldıranadək onun barəsində üçüncü şəxslərə məlumat verməyin;
- Zəifliyin aradan qaldırılması üsulları sizə məlumdursa, onları bizimlə də bölüşün.

 

Biz sizin verdiyiniz məlumatla nə edəcəyik?

 

Aşkarladığınız zəiflik barədə bizə xəbər verdiyiniz üçün və məlumatların məxfiliyini qoruduğunuz
üçün sizə təşəkkür edirik. Biz də öz növbəmizdə sizin fərdi məlumatlarınızı heç kimlə bölüşməyəcək və
zəifliyi aradan qaldıran kimi sizə məlumat verəcəyik.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər