Kamran Məmmədsəidov
913.048₼
Cekpotu nəyə xərclədi?
Biletlər həmin aldığım satıcı Cəfərin məntəqəsindədir. Kim istəyir, gedib baxa bilər.
Qazandığınızı necə öyrəndiniz?
Vicdanım haqqı baxmamışam. Bilet cibimdə olub. Zəng gəldi, dedilər udmusan. Çıxartdım cibimdən, nömrələri dedi. Məndə yaddaş yaxşıdır. Bax soruşsanız, indi də yadımdadır. 6, 9, 14, 20, B-də 1, 7, 13, 16. 913 mini belə aparmışam.
Sevincinizi ilk kiminlə paylaşdınız?
Qaynatam, uşaqlar evdə idi. Vermişəm bileti, inanmırlar. Deyirəm uddum da mən. Mənim üçün fərq etmir. Eyni adamam.
Uduşu necə xərclədiniz?
Bilirdim ki, mənim milyonum olacaq, qazanacam. Amma necə olacaq, necə xərcləyəcəm, bilmirdim. Mən heç vaxt maşın arzusunda olmamışam. Kim də bu var, məndə də olmalıdır. Belə şeylər istəməmişəm, istəmirəm də. Bax özü qismət oldu. Qazandığım pul vasitəsilə, demək olar ki, Azərbaycanın bütün bölgələrini gəzmişəm. Hamı da rahat olsun ki, mən dişlərimi düzəltdirmişəm. Mən həmişə uşaqlıqdan biraz dişlərimi çıxartdırmaqdan çəkinmişəm. Kim istəməz ki, normal görünsün. Sadəcə vaxt məhdudiyyəti var idi, açıq danışsaq, desəm inanmayacaqlar, mən biraz qorxurdum.
Əslində qardaşım oğlunun təkidilə “Santafe” almışam. Biraz da ucuz maşın istəyirdim, daha doğrusu. Xaçmazda bir dənə ev almışam. İki mərtəbədir, hələ təmir olunmalıdır. Kənddəki evi təmir etmişik ürəyimiz istəyən kimi. Qalanını da 200 minə kimi köməkliklər etmişəm. 500, 1000, 2500 belə. Köməklik kimi istəyiblər, onların halalıdır. Problem deyil, onlara mən özüm vermişəm. Özümün ürəyimdən gəlib. Amma hansılar ki, borc istəyiblər, borc vermişəm. Bu günə kimi heç kimə deməmişəm ki, borcumu qaytar.
Bir daha qalib olsanız, hansı arzunuzu reallaşdırarsınız?
Daş sexinin müdiri ilə birlikdə bəzi şeylər almışıq. Torpaq sahəsi almışıq, gələcəkdə özüm o işin üstündə olacam inşallah. Orada bəzi işlər quracağıq, planlaşdıracağıq, biraz biznesimizi böyütmək istəyirik. Yenə də kimlərəsə kömək edəcəm.
Mən 3-cünü də görmüşəm yuxuda. Həyat yoldaşım mənə deyir ki, udmusan. Bilirəm udacam. Allah nəsib edəcək onsuz da. Amma nə qədər, hansı lotereyadan olacaq bilmirəm.
Ən sevdiyiniz lotereya oyunu hansıdır?
“4+4” oyununu xoşlayıram. Amma oyunlar arasında ən çətinidir. “Super Keno” var ha, ən rahatı odur.
Lotereya həvəskarlarına nə məsləhət görərdiniz?
Şanslarını sınasınlar. Bir bilet də olsa, alsınlar, sınasınlar. Məsləhət görürəm ki, həmişə eyni rəqəmləri yazsınlar, dəyişməsinlər.
Məsuliyyətli oyun
Azərbaycanın şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edir və sosial məsuliyyətlərimizin fərqindəyik.