
Kampaniya haqqında
14-27 aprel tarixləri ərzində Azerlotereya.com-da ilk dəfə qeydiyyatdan keçən yeni istifadəçiləri sürpriz gözləyir. Belə ki, balansına ən azı 10 ₼ yükləyərək oynayan və hesabını təsdiq edən ilk 10.000 istifadəçi 10 ₼ əlavə balans əldə edəcək.
Necə qoşula bilərəm?
1-ci addım:
Qeydiyyatdan keç
14-27 aprel tarixləri ərzində Azerlotereya.com-da qeydiyyatdan keç.
2-ci addım:
Balansını artır
Yeni yaratdığın hesabına minimum 10 ₼ pul yüklə.
3-cü addım:
10 manat oyna
Lotereya, ePoz-Qazan və Digital Oyunlar bölmələrindəki oyunları istədiyin kimi oyna.
4-cü addım:
Hesabı təsdiqlə
Ən azı 10 ₼ oynadıqdan sonra hesabını şəxsiyyət vəsiqəsini yükləyərək təsdiqlə.
5-ci addım:
10 manat qazan
Oyunların nəticələri tam yekunlaşdıqdan və tiraj başa çatdıqdan sonrakı gün 10 ₼ əlavə balans qazan.
Kampaniya şərtləri
1) Kampaniya dövrü ərzində Azerlotereya.com-da ilk dəfə qeydiyyatdan keçdikdən sonra hesabına minimum 10 AZN yükləyərək minimum 10 AZN oynayan və hesabını təsdiq edən hər bir istifadəçi 10 AZN əlavə balans əldə edəcək.
2) Kampaniyadan müvafiq dövr ərzində Azerlotereya.com-da yeni qeydiyyatdan keçən və bütün şərtləri doğru yerinə yetirən ilk 10.000 istifadəçi yararlana bilər.
3) Hər bir istifadəçi kampaniyadan yalnız 1 dəfə yararlana bilər.
4) Kampaniya dövrü ərzində əldə edilə biləcək maksimum əlavə balans 10 AZN-dir.
5) Kampaniya 14 aprel 10:00-dan 27 aprel saat 23:59-dək keçərlidir. Bu dövr ərzində istifadəçi qeydiyyatdan keçməli, hesabına pul köçürməli, oynamalı, biletlərinin nəticələri yekunlaşmalı və hesabını təsdiq etməlidir.
6) Misli.az-dakı hesabı ilə Azerlotereya.com-a keçid edən istifadəçilər bu kampaniyadan yararlana bilməyəcək.
7) Kampaniya dövrü ərzində istifadəçi hesabına yüklədiyi məbləği Azerlotereya.com-da yer alan Lotereya, ePoz-Qazan və Digital Oyunlar bölmələrində istədiyi kimi oynaya bilər.
8) Bütün oyunların nəticələri tam yekunlaşdıqdan və tiraj başa çatdıqdan sonra əlavə balans istifadəçinin balansında növbəti gün ərzində əks olunacaq.
9) İstifadəçi hesabına yüklənən əlavə balans məbləğini dövriyyə şərti olmadan istədiyi kimi oynaya bilər.
10) İstifadəçi hesabına yüklədiyi məbləği və ya əlavə balans məbləğinin istifadə olunmayan istənilən hissəsini Pul Götür ilə şəxsi kartına köçürmək istədikdə minimum 5 AZN olmaqla 30% komissiya tətbiq olunacaq.
11) İstifadəçi qazandığı uduşları şəxsi kartına köçürmək istədikdə heç bir komissiya tətbiq olunmur.
12) Azerlotereya.com lazımi təqdirdə kampaniyanı vaxtından əvvəl başa çatdıra, uzada və ya hər hansı bir istifadəçini kampaniyadan kənarlaşdırmaq hüququnu öz əlində saxlayır.