2024.02.22
Novruza özəl yeni “Papaq at” lotereyası satışa çıxdı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ilə hər kəs sevincindən papağını göyə atacaq. Novruz bayramına özəl, yepyeni Poz-Qazan oyunu “Papaq at” ilə böyük uduş və digər bayram uduşları yolunuzu gözləyir.

Qiyməti 3 manat olan lotereya biletlərinin ümumi sayı 4 000 000 ədəddir. Ən böyük uduş 75 000 manatdır. Bu məbləğdə uduş olan biletlərin sayı 2 ədəddir. 25 biletdə isə 10 000 manat qazanmaq şansı var.

Qaydalara gəlincə, oyun lövhələrində “UDUŞLU SİMVOLLAR”dan hər hansı biri “SİMVOLLARINIZ” ilə uyğun olduqda, müvafiq uduş qazanılır. Bilet bir neçə simvol üzrə uduşlu ola bilər, bu halda uduşlar cəmlənir. “Simvollarınız” lövhəsindən isə “Səməni” simvolu tapılanda altındakı uduş qazanılır.

Biletlər Novruza özəl limitli sayda olduğu üçün elə indi şansınızı yoxlayın, Novruz sevincində sizin də payınız olsun.

Şans oyunlarında yalnız 18 yaşı tamam olan şəxslər iştirak edə bilərlər. “Azərlotereya”nın digər “Poz-Qazan ”biletlərində 200 000, 100 000, 75 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar şanslı qaliblərini axtarır.

Biletləri “Misli” və “Azərlotereya” satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.

TV Yayım Təqvimi