2024.02.16
“Misli” və PFL-in təşkilatçılığı ilə futbol ictimaiyyəti “Qarabağ”ın tarixi qələbəsini izlədi

“Misli” və Peşəkar Futbol Liqası Avropa liqasının pley-off mərhələsində çıxış edən “Qarabağ” futbol klubuna dəstək məqsədilə futbol ictimaiyyətini bir araya gətirib.

Ölkə futbolu üçün tarixi bir oyun – Portuqaliyanın ən köklü klublarından biri olan “Braqa” ilə qarşılaşma paytaxtda yerləşən kino zallarından birində böyük ekranda qonaqlara təqdim edilib. Qonaqlar arasında “Azərlotereya” ASC, AFFA, PFL, Premyer Liqa, eləcə də 1-ci və 2-ci Liqa klublarının rəsmiləri, tanınmış veteran futbolçular, media nümayəndələri, “İmarət” və “Qarabağ Ordu” fanklublarının üzvləri yer alıblar. Böyük ekran qarşısında “Qarabağ”ın mükəmməl oyununun əvəzsiz dəstəyi ilə özünü sanki tribunada hiss edən qonaqlar zalda möhtəşəm ab-hava yaradıblar.

Ardıcıl qolların və yekunda tarixi qələbənin sevincini bölüşdükləri anları telefonlarının yaddaşına köçürərək xatirə paylaşımları edən tamaşaçılar məmnunluqlarını bildiriblər. Sonda qonaqlar təşəbbüsə və dəvətə görə “Misli” və Peşəkar Futbol Liqasına təşəkkürlərini ifadə ediblər.

TV Yayım Təqvimi