2023.12.14
“Azərlotereya” 3 beynəlxalq standart üzrə sertifikat aldı

“Azərlotereya” ASC qanunlara uyğun və şəffaf fəaliyyət göstərən şirkət olaraq təkcə milli qanunvericiliyin deyil, həm də sahəvi standartların tələblərinə uyğun fəaliyyət göstərmək öhdəliyi daşıyır. 2023-cü ilin noyabr ayında keçirilmiş sertifikasiya auditi nəticəsində şirkətin üç standart üzrə sertifikat uyğunluğu təsdiq edilib.

İlk standart İSO 27001:2013 Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemi standartıdır. Bu standart şirkətin fəaliyyətinin və təklif etdiyi lotereya və idman mərc oyunlarının təhlükəsizliyini, etibarlılığını və davamlılığını təsdiq edir. Standartın tələblərinə uyğun olaraq, şirkət öz dəyərlərini müəyyənləşdirir, məlumat təhlükəsizliyi siyasətlərini təsdiq edir və məlumat təhlükəsizliyi sistemini qurur və tətbiq edir.

Növbəti standart Dünya Lotereyalar Assosiasiyasının SCS - Təhlükəsizlik Nəzarəti Standartıdır. Bu sahəvi standart sahənin ən yaxşı təcrübələrinin ümumiləşdirildiyi “qaydalar toplusu”dur və həm müxtəlif lotereya növlərinə, həm də idman mərc oyunlarına şamil edilir. Məsələn, hər bir lotereya biletinin unikal nömrəsinin olması, kriptoqrafik nəzarətlərin tətbiq edilməsi, tirajlı lotereyaların təşkilinin addım-addım yazılmış təlimatının olması, hər bir oyun iştirakçısının ancaq bir aktiv oyun hesabının ola bilməsi kimi tələblər bu standartdan irəli gəlir.

Şirkətin fəaliyyətinə təsir edən üçüncü standart Avropa Lotereyaları Assosiasiyasının “Məsuliyyətli Oyun” standartıdır. Bu standart lotereya və idman mərc oyunlarının marketinqi və satışı zamanı tətbiq edilən məsuliyyətli oyun tələblərini müəyyən edir.

TV Yayım Təqvimi