2023.11.09
“Misli” SÜR-PRİZLƏR Mövsümü – Son tirajın nəticələri

"Misli" SÜR-PRİZLƏR MÖVSÜMÜ lotereyasında sonuncu - 8-ci tiraj keçirilib.

CBC Sport-da canlı yayımda hədiyyə qazanan 32 biletin seriya nömrələri açıqlanıb.

Sonuncu tirajda 10 ədəd “iPhone 14 Pro Max”, 10 ədəd Samsung TV, 5 ədəd 1 000 manatlıq məişət texnikası kuponu, 5 ədəd "Playstation", 1 ədəd 10 min manat dəyərində səyahət kuponu və super priz – “Audi Q7” avtomobili qazanılıb.

Tiraj 8 – NƏTİCƏLƏR

 

Sentyabrın 12-dən başlayan “SÜR-PRİZLƏR Mövsümü” noyabrın 6-sı saat 23:59-a qədər davam edib.

Lotereyada 18 yaşı tamam olan şəxslər iştirak ediblər. İki ay davam edən lotereyada ümumilikdə 8 ədəd 10 min manat dəyərində səyahət kuponu, 80 “iPhone 14 Pro Max”, 80 televizor, 40 “PlayStation 5”, 40 ədəd elektronika mağazasından 1000 manat dəyərində alış-veriş kartı və ən əsası 2 ədəd “Audi Q7 Comfort Plus” avtomobili qazanılıb.

Tirajlar həftədə 1 dəfə - cümə axşamı saat 17:00-da CBC Sport və Misli.az YouTube kanalında canlı yayımlanıb. Hər tirajdan sonra qaliblərə SMS göndərilib və onlarla əlaqə saxlanılaraq hədiyyə ilə bağlı ətraflı məlumat verilib.

TV Yayım Təqvimi