2023.08.28
Tirajlı lotereya oyunlarını sevənlərə əla xəbər!

İndi “Super Keno”, “Meqa 5/36” və “4+4” tirajlı lotereyalarını ŞABLON-la daha rahat oynaya biləcəksiniz.

Artıq bilet alma prosesi 9 rəqəmli ID kodla çox asandır. Hər tirajda oynamaq istədiyiniz rəqəmlər eynidirsə, bilet alarkən kuponda “Şablon” xanasını işarələyin və ya satıcıdan ŞABLON yaratmasını istəyin. Yaradılan 9 rəqəmli “Şablon İD” ilə satış nöqtəsinə yaxınlaşaraq həmin rəqəmlərdən ibarət bileti ala bilərsəniz.

ŞABLON rəqəmlərdən ibarət bileti, İD kodla “Azərlotereya” satış nöqtələri, “Misli” məntəqələri və "Azərpoçt" şöbələrindən əldə etmək mümkündür.

Hər gün saat 19:45-də “Xəzər TV”, eləcə də “Azərlotereya TV” yutub kanalında canlı yayımlanan “Super Keno”da 1 000 000 manat böyük uduş, “MEQA 5/36”da 200 000, həftənin 1, 3, 5 və 6-cı günləri isə “4+4” oyununda 250 000 manatdan böyük cekpota sahib ola bilərsiniz. Eyni zamanda, “Meqa 5” oyununda hər gün 1 000 manat uduş şanslı qalibini gözləyir. 

Qeyd edək ki, 18 yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyunlarında iştirak edə bilərlər.  

TV Yayım Təqvimi