2023.07.08
"4+4" lotereyasında 530 359 manatlıq cekpot uduldu

"4+4" tirajlı lotereyasında 530 359 manatlıq cekpot udulub.

Uduş 08.07.2023-cü il tarixində keçirilən 23276 nömrəli tirajda qeydə alınıb.

Şanslı qalib ona yarım milyon manatdan böyük cekpot qazandıran bileti Saatlıda yerləşən Misli məntəqəsindən alıb.

Xatırladaq ki, 4 ay əvvəl "4+4" lotereyasında Azərbaycanda lotereya tarixinin ən böyük uduşu  913 072 manatlıq tarixi cekpot qazanılmışdı.

“4+4” oyunu həftənin 1, 3, 5 və 6-cı günləri saat 19:45-də keçirilir və “Xəzər” TV, eləcə də “Azərlotereya TV” Youtube kanalı ilə canlı yayımlanır. Növbəti tirajda cekpot məbləği 250 000 AZN olacaq.

TV Yayım Təqvimi