2023.07.03
İyun ayında “Azərlotereya” 11 böyük uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin təşkil etdiyi lotereyalar üzrə iyun ayında ümumilikdə 11 böyük uduş qazanılıb.

Son zamanlar tez-tez böyük uduşlara şahid olan  Xaçmaz şəhərində bu dəfə “Ekspress Keno”da 100 000 manat udulub.  

Çoxlarının sevimlisi - “Poz-Qazan” oyunları da qazandırmağa davam edib. Onlardan yeni satışa çıxmış “Qızıl Ekstra”da düz 8 ədəd 10 000 manatlıq bilet şanslı qaliblərini tapıb. Uduşlu biletlər Bakı, Gəncə, Yevlax, Biləsuvar və Ağdaş şəhərlərindən alınıb. “Qızıl Ekstra” qaliblərindən Cəmşid Məmmədov və Nurlan Məmmədova 10 000 manat qismət olub.

Gəncədə daha bir böyük uduş – 25 000 manat “Qızıl” lotereyasında qazanılıb. “Ani 50” lotereyasında isə 10 000 manat udulub.

Qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi lotereya oyunlarında 25 000-dən 1 000 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Lotereya biletlərini lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri və “Misli” məntəqələrindən əldə edə bilərsiniz.

 

 

TV Yayım Təqvimi