2023.06.07
“Azərlotereya” 2022-ci ildə 54.7 milyon vergi ödəyib

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru - “Azərlotereya” ASC 2022-ci il üzrə maliyyə hesabatını təqdim edib.

2022-ci ildə “Azərlotereya” ASC-nin satışdan gəlirləri ötən ilə nisbətən 487 faiz artaraq 258,2 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda da xeyli artım müşahidə olunub. Bu göstərici 2021-ci illə müqayisədə 642 faiz artıb.

Bununla yanaşı, şirkətin ümumi mənfəəti 225 faiz artaraq 20,9 milyon manatdan 67,8 milyon manata yüksəlib, xalis mənfəəti isə 442 faiz artaraq 41,1 milyon manata çatıb.

2022-ci il ərzində şirkət 16,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 6,7 milyon manatdan 23,5 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya” ASC-nin 2022-ci ilin sonu cəmi aktivləri 87,7 milyon manat təşkil edib. Şirkətin 2021-ci ilin sonunda cəmi aktivləri 31,9 milyon manat olub.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin cəmi kapitalı 63 faiz artaraq, 15,8 milyon manata çatıb.

“Azərlotereya” ASC-nin 2022-ci il hesabat dövrünə aid hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 54.7 milyon manat təşkil edib. 2021-ci ildə mənfəət vergisi ödəyicisi olaraq büdcəyə 5.1 milyon manat mənfəət vergisi ödəmişdir.

Hesabatla daha ətraflı “Azərlotereya” ASC-nin saytından tanış ola bilərsiniz.

TV Yayım Təqvimi