2023.03.29
Zaqatala sakini "Qızıl" ani lotereyasında 25 000 manat qazandı
“Azərlotereya”nın “Poz-Qazan” biletləri böyük uduşlarla sevindirməyə davam edir.
Bu dəfə “Qızıl 7” ani lotereyasında 25 000 manat qazanılıb. Şanslı qalib Zaqatala rayon sakini Kahayev Murad Harun oğlu olub. Murad bəyə aldığı 1 bilet 25 000 manat qazandırıb.
Qeyd edək ki, Azərbaycanın yeganə qanuni lotereya təşkilatçısı “Azərlotereya” ASC-nin hazırda satışda olan “Poz-Qazan” biletlərində 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduş, eləcə də milyonlarla irili-xırdalı uduşlar qazanmaq şansı var.