2023.02.24
“Azərlotereya” ASC Gəncədə uduşlu biletlərin qəbuluna başlayır

Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin Gəncə şəhərində uduşlu bilet qəbulu başlayıb.

Fevralın 24-dən etibarən 3 000 manatdan böyük uduşlu biletlər Gəncə şəhəri, Fətullah Həsənov küçəsi 15B ünvanında qəbul olunur.

“Azərlotereya” tərəfindən təşkil olunan lotereyalar və idman mərc oyunlarında qazanılan 3000 manatdan böyük uduşlar buna qədər yalnız Bakı şəhəri Ziya Bünyadov prospekti 38C ünvanında yerləşən “Bakı KOB Evi”ndə qəbul edilirdi.

Lotereya və idman mərc oyunlarında 3000 manatdan böyük uduşlu biletlər “Azərlotereya” ASC tərəfindən qəbul edildiyi tarixdən başlayaraq 30 iş günü ərzində qalibin təqdim etdiyi bank hesabına ödənilir.

Gəncədə bilet qəbulu şöbəsinin istifadəyə verilməsində məqsəd şans oyunu iştirakçılarının rahatlığının təmin olunmasıdır. Ölkənin müxtəlif ərazilərində lotereya və idman mərc oyunlarında 3000 manatdan böyük uduş qazanan qaliblər ona daha yaxın ərazidə yerləşən ünvana yaxınlaşaraq mükafatlarını əldə edə bilərlər.

TV Yayım Təqvimi