2023.02.22
“Azərlotereya” ASC Türkiyəyə 15 000 000 TL ianə etdi

“Azərlotereya” ASC qardaş ölkə - Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ağır fəsadlarının aradan qaldırılması ilə bağlı dəstəyini davam etdirir.

Şirkətimiz Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) fonduna 15 000 000 TL ianə edib.

Heyətimiz ilk gündən zərərçəkənlərin əsas ehtiyaclarının qarşılanması məqsədilə yardım aksiyasına qoşulub. “Qardaş köməyi” platforması çərçivəsində vacib ehtiyac siyahısı üzrə ilk humanitar yardım tırı yola salınıb. Əməkdaşlarımız yardım aksiyası çərçivəsində növbəti ehtiyac siyahısı üzrə məhsulların alınması prosesinə davam edirlər.

“Azərlotereya” ailəsi olaraq təbii fəlakət nəticəsində həyatını itirən qardaş və bacılarımıza Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.

Yanındayıq, Türkiyə!

TV Yayım Təqvimi