2023.02.17
"Azərlotereya" ilk humanitar yardım tırını Türkiyəyə yola saldı

“Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” deyən böyük lider Mustafa Kamal Atatürkün dəyərli kəlamlarına sığınaraq, “Türkiyənin kədəri Azərbaycanın kədəridir” şüarı ilə “Azərlotereya” ASC olaraq qardaş ölkə - Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı qardaş və bacılarımızın yaşadığı faciənin sarsıntılarının açdığı yaraların acısını dərin kədər və acı hissi ilə paylaşırıq.
Heyətimiz ilk gündən zərərçəkənlərin əsas ehtiyaclarının qarşılanması məqsədilə müvafiq qurumlara dəstək göstərərək yardım aksiyasına qoşulub.
Vacib ehtiyac siyahısı üzrə - generator, poverbank, qızdırıcı avadanlıqlar, yorğan, üst geyimləri, gigiyenik məhsullar, uşaq qidaları və digər zəruri əşyalar alınıb, əməkdaşların iştirakı ilə çeşidlənərək qablaşdırılıb. Artıq ilk humanitar yardım tırı yola salınıb.
“Azərlotereya” ailəsi olaraq hər kəsin yardıma tələsdiyi bu ağır və məşəqqətli günlərdə yaranıza birgə məlhəm olmaq üçün bundan sonra da əlimizdən gələni edəcəyik.
Var gücümüzlə, dualarımızla, yanınızdayıq, Türkiyə!

TV Yayım Təqvimi