2022.08.31
Avqustda “10X”da 200.000, “5X” və “Zümrüd”dən 100.000 AZN uduldu
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın təşkil etdiyi ani lotereyalar üzrə avqust ayında ümumilikdə 7 böyük uduş qazanılıb. Onlardan “10X” 200.000, “5X” 100.000, “Zümrüd” 100.000, “Uğurlu 7” 50.000, “Qızıl” ani lotereyası isə 3 dəfə 25.000 manatlıq mükafatla şanslı qaliblərini sevindirib.
İki bilet alaraq “10X” ani lotereyasının ilk böyük uduşu - 200.000 manata sahib olan Bakı sakini Kifayət Vəliyeva mükafatı ehtiyacları üçün xərcləyəcəyini bildirib. Gədəbəy sakini Elmir Nəbiyev də Beyləqan rayonundan aldığı “5X” bileti ilə 100.000 manata sahib olub. Ara-sıra lotereya oyunlarında şansını sınayan qalib qazandığı böyük mükafata ev alacağını söyləyib.
Bakı sakini Əfrail Cəbrayılov və Zaqatala sakini Baxış Məmmədov isə adlarını “Qızıl” lotereyasının şanslı qalibləri sırasına yazdırıblar.
Qeyd edək ki, “Azərlotereya”nın ani lotereya biletlərində 200.000, 100.000, 50.000 və 25.000 manatlıq böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Ani lotereya biletlərini lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri və “Misli” məntəqələrindən əldə edə bilərsiniz.