2022.07.26
“Misli” ölkənin ən böyük idman yay festivalının sponsoru olub

Azərbaycanda idman mərc oyunlarının ünvanı - “Misli” ölkəmizdə idmanın inkişafına dəstək məqsədilə keçirilən “Goal+ Summer Festival”ın sponsoru olub.

“Azərlotereya” ASC-yə məxsus olan “Misli” brendi hər zaman idmanın inkişafına diqqət və qayğı göstərərək bu istiqamətdə həyata keçirilən layihələrin icrasında uğurla təmsil olunur. Məqsəd sağlam həyat tərzinin təbliği və futbola olan marağın artırılması ilə yanaşı, gənclərin asudə vaxtının səmərəli təmini və idmanla məşğul ola biləcəkləri əyləncə platformasının yaradılmasına dəstək olmaqdır.

Gündəlik 300 nəfərdən çox azarkeş dövriyyəsinə malik olan festivalda “Misli” U-20 futbol, basketbol və çimərlik volleybolu turnirlərinin təşkilində iştirakçılar arasında mehriban və məhsuldar mühitin yaradılmasına töhfə verib.

Festival çərçivəsində iştirakçılar əyləncə və idmanla yanaşı intellektual tədbirlərə də qatıla bilərlər. Növbəti həftələrdə “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun, istedad şousu və xaricdə yaşayan tələbələr arasında kommunikasiya yönümlü tədbirlər təşkil olunacaq.

Qeyd edək ki, 9 iyulda başlanan “Goal+ Summer Festival”ı avqustun 15-dək davam edəcək.

TV Yayım Təqvimi