2022.07.18
Zaqatala sakini lotereyada 50 000 manat qazandı!

Ölkənin rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin “Uğurlu 7” ani lotereyasında növbəti böyük uduş – 50 000 manat qazanılıb.

“Uğurlu 7”nin böyük mükafatı lotereya oyunlarında tez-tez şansını yoxlayan Zaqatala sakini Müslümov İlqar Sabir oğluna qismət olub.

Zaqatala sakini qazandığı məbləği evinin təmirinə xərcləyəcəyini bildirib: “Tez-tez lotereya biletləri alır, şansımı yoxlayıram. Qazandığım pulla evimi təmir etdirəcəyəm”.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin digər ani lotereya biletlərində 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir.

TV Yayım Təqvimi