2022.07.08
“Azərlotereya” ASC yay təcrübə proqramına start verdi!

“Azərlotereya” ASC 2022-ci il üçün Yay Təcrübə Proqramını açıq elan edir.

Təcrübə imkanlarımız sizə öyrənmək, biliklərinizi artırmaq və əvəzolunmaz iş təcrübəsindən yararlanmaq imkanı verəcək.

Kimlər müraciət edə bilər?

Təcrübə Proqramına Universiteti 2022-ci ildə yenicə bitirmiş namizədlər və ya aşağıda qeyd olunan fakültələrin magistr dərəcəli proqramlarının tələbələri müraciət edə bilərlər.

  • Marketinq/PR
  • Maliyyə
  • Biznesin İnkişafı
  • PMO/Testinq
  • Rəqəmsal
  • İT

Şərtlər və Qaydalar:

  • İş qrafiki: tam iş günü
  • Müddət: 2 ay (15 iyul – 15 sentyabr 2022-ci il)
  • Təcrübəçilər təqaüdlə təmin olunacaqlar.
  • 2 ay ərzində müvəffəqiyyət qazananlar şirkətdə tam iş imkanları üçün nəzərdən keçirilə bilərlər.

Tələblər:

  • Güclü təşkilatçılıq, "multitasking" və vaxtı idarə etmə bacarıqları
  • Detallara diqqət yetirmək və problem həll etmək
  • Tez öyrənmək, analitik düşünmə bacarığı
  • Yaxşı kompüter bacarıqları, o cümlədən "MS Office"də işləmə bacarığı

Təcrübə imkanından yararlanmaq üçün CV-nizi 15 iyul 2022-ci il tarixinədək hr@azerlotereya.com ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Mövzu hissəsində “Yay Təcrübə Proqramı” yazılmayan müraciətlər nəzərə alınmayacaq.

TV Yayım Təqvimi