2021.12.23
“Qızıl 2” ani lotereyasında iki böyük uduş öz sahibini tapıb!

“Azərlotereya” ASC tərəfindən təşkil olunan “Qızıl 2” ani lotereyasında iki böyük uduş qazanılıb. Hər biri 25000 manat olan böyük uduşlar öz şanslı qaliblərinə bölgələrdə nəsib olub.

Böyük uduşa Ordubad şəhərində sahib olan Saleh İbrahimov ani lotereyanı rayon mərkəzində köşkdən aldığını deyir. “Biletləri bir gün qalib olacağıma inanaraq alsam da mənə bu xoş xəbəri verəndə təəccübdən qalib olduğuma inana bilmirdim. Bundan sonra bilet almağa davam edəcəyəm. Hər kəsə tövsiyə edirəm ki, ani lotereya biletlərini əldə edərək şanslarını sınasınlar”, - deyə Saleh İbrahimov sevincini bölüşüb.

“Qızıl 2” ani lotereyasında qazanılan ikinci böyük uduş isə Beyləqanda qeydə alınıb. Beyləqan sakini Tarzan Ağayev isə hər kəsi ani lotereyaları almağa, şansın bir gün mütləq onların da üzünə güləcəyinə inandığını söyləyib.

Qeyd edək ki, “Azərlotereya” ASC tərəfindən təşkil olunan “Brilliant”, “Şans ulduzu” və “Qızıl” ani lotereya biletlərini lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri və “Maxi.az” mağazalar şəbəkəsindən, dekabrın 17-dən etibarən isə “Optimal” mağazalarında əldə etmək mümkündür.

TV Yayım Təqvimi