2021.10.08
“Azərlotereya” ASC-nin təşkil etdiyi tirajlı lotereyaların yayım saatları dəyişdirildi

“Azərlotereya” ASC tərəfindən təşkil olunan “5/36”, “6/40” və “4+4” tirajlı lotereyalarının yayım saatları dəyişdirilib.

 Şirkətin təşkil etdiyi tirajlı lotereyaların yayım saatlarındakı dəyişiklik 2021-ci ilin 11 oktyabrından etibarən qüvvədə olacaqdır. 11 oktyabrdan etibarən Space TV kanalında “Azərlotereya” ASC tərəfindən təşkil olunan tirajlı lotereyalar həftənin 7 günü, saat 19:50-də canlı yayımlanacaq.

 Qeyd edək ki, “5/36” və “6/40” tirajlı lotereyaları həftənin yeddi günü, “4+4” tirajlı lotereyası isə həftədə dörd gün (bazar ertəsi, çərşənbə, cümə və şənbə) olmaqla keçirilir.

TV Yayım Təqvimi