2021.09.29
Bakı sakini ani lotereyada böyük uduş - 25000 manat qazandı
Bakı sakini “Qızıl” ani lotereyasında böyük uduş 25000 manat qazandı. Növbəti böyük uduşlar öz şanslı sahiblərini gözləyir.
“Azərlotereya” ASC tərəfindən təşkil olunan “Qızıl” ani lotereyasında böyük uduşlardan biri - 25000 manat qazanıldı. Uduşlu bilet Azərpoçt MMC-nin 22 saylı şöbəsində satılıb. Şanslı biletin sahibi Bakı şəhər sakini Fərəcov Emin Nurəddin oğlu olub.
Emin Fərəcov əvvəllər lotereya həvəskarı olmadığını söyləyir. “Azərpoçt şöbələrində yeni ani lotereyalar satışa çıxarıldıqdan sonra bu lotereyalar diqqətimi cəlb etdi. Ani lotereyaları ara-sıra almağa başladım. Adətən kiçik məbləğləri udurdum. Son dəfə 7 lotereya bileti aldım və evə gətirdim. 25000 manat uduş çıxdıqda hamımız sevindik. Udduğum məbləği oğlumun xaricdə təhsilinə xərcləmək fikrim var” – deyə Fərəcov söyləyir.
Qeyd edək ki, “Qızıl” ani lotereyasında böyük uduşun məbləği 25000 manat təşkil edir. Azərpoçt MMC-nin şöbəsindən udulmuş ilk böyük məbləğdən başqa minlərlə uduş öz şanslı sahibini gözləyir.
Yeni ani lotereyaları satış nöqtələrində, eləcə də Azərpoçt MMC-nin şöbələrində əldə etmək mümkündür. “Qızıl”, “Şans ulduzu” və “Brilliant” ani lotereyalarını əldə edərək “Azərlotereya” ilə şansınızı gözlətməyin.