2021.09.03
“5/36” tirajlı lotereyasında “Cek Pot” uduldu!
“Azərlotereya” ASC-nin təşkil etdiyi “5/36” tirajlı lotereyasında “Cek Pot” uduldu.
3 sentyabr 2021-ci tarixində “Azərlotereya” ASC tərəfindən təşkil olunan “5/36” lotereyasının növbəti tirajı keçirlib. “5/36” tirajlı lotereyasının 3317-ci tirajı iştirakçılardan biri üçün çox şanslı olub. Toplanan “Cek Pot” məhz bu dəfə öz sahibini tapıb. 35 655 (Otuz beş min altı yüz əlli beş) manat təşkil edən “Cek Pot” pul mükafatı “053873” nömrəli bilet tərəfindən qazanılıb.
"5/36" tirajlı lotereyasında “Cek Pot” axırıncı dəfə 06 avqust 2021-ci ildə keçirilən 3297 - ci tirajda udulmuşdu. O zaman udulan pul mükafatı 36 512 (Otuz altı min beş yüz on iki) manat təşkil etmişdir.
Xatırladaq ki, “5/36” tirajlı lotereyasının biletlərini lotereya satış məntəqələrindən və www.azerlotereya.com internet səhifəsindən əldə etmək olar.
Lototrona 1-dən 36-dək işarələnmiş şarlar (çəllək) yerləşdirilir.Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən 5 (beş) ədəd şar (çəllək) çıxarılır. Çıxarılmış 5 (beş) şarın (çəllək) nömrələri lotereya biletində əks olunan sətrdəki nömrələrin 5(beş) -i, 4(dörd) -ü və 3(üç)-ü ilə uyğun gələrsə bilet uduşlu sayılır. Yalnız 5(beş) nömrəsi uyğun gələn variant “Cek Pot” oyununda iştirak edir. Bu halda lototrona yenidən 1-dən–36-dək nömrələnmiş şarlar daxil edilir və bir ədəd şar çıxarılır. Çıxarılmış şarın nömrəsi birinci kateqoriyanı udan variantın (variantların) nömrələrinin biri ilə uyğun gəlsə “Cek Pot” udulmuş hesab olunur.
18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.