2021.08.26
“6/40” tirajlı lotereyasında “Cek Pot” uduldu!

“Azərlotereya” ASC-nin təşkil etdiyi “6/40” tirajlı lotereyasında “Cek Pot” uduldu. 26 avqust 2021-ci tarixində “Azərlotereya” ASC tərəfindən təşkil olunan “6/40” lotereyasının növbəti tirajı keçirlib. “6/40” tirajlı lotereyasının 2906-cı tirajı iştirakçılardan biri üçün çox şanslı olub. Toplanan “Cek Pot” məhz bu dəfə öz sahibini tapıb. 29 603,00 (İyirmi doqquz min altı yüz üç) manat təşkil edən “Cek Pot” pul mükafatı “Azərlotereya” ASC-nin “102742” nömrəli hazır bileti tərəfindən qazanılıb. "6/40" tirajlı lotereyasında “Cek Pot” axırıncı dəfə 27 iyul 2021-ci ildə keçirilən 2884-cü tirajda udulmuşdu. O zaman udulan pul mükafatı 194 843,00 (Bir yüz doxsan dörd min səkkiz yüz qırx üç) manat təşkil etmişdir. Xatırladaq ki, “6/40” tirajlı lotereyasının biletlərini lotereya satış məntəqələrindən və www.azerlotereya.com internet səhifəsindən əldə etmək olar.

“6/40” tirajlı lotereyasının oyun qaydaları: Lototrona 1-dən 40-dək işarələnmiş şarlar (çəllək) yerləşdirilir. Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən 6 (altı) ədəd şar (çəllək) çıxarılır. Çıxarılmış 6 (altı) şarın (çəllək) nömrələri lotereya biletindəki variantın nömrələrinin 6 (altı)-sı, 5 (beş)-i, 4 (dörd)-ü və 3 (üç)-ü ilə uyğun gələrsə bilet uduşlu sayılır. 6 (altı) rəqəmi uyğun gələn biletin variantı “Cek Pot” - a sahib olur. 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

TV Yayım Təqvimi