2021.08.06
“5/36” tirajlı lotereyasında “Cek Pot” uduldu

“Azərlotereya” ASC-nin təşkil etdiyi “5/36” tirajlı lotereyasında “Cek Pot” qazanıldı.

06 avqust 2021-ci ildə “Azərlotereya” ASC tərəfindən təşkil olunan “5/36” lotereyasının 3297-ci tirajında 36512 (otuz altı min beş yüz on iki) manat təşkil edən “Cek Pot”-a Şəki şəhərində satılan 050774 saylı bilet sahib olub. Qalibi təbrik edirik.

“5/36” tirajlı lotereyasının biletlərini lotereya satış nöqtələrindən əldə etmək mümkündür. Bir biletin qiyməti bir manat təşkil edir.

“5/36” tirajlı lotereyasının qaydaları:

Lototrona  1-dən  36-dək  işarələnmiş  şarlar  (çəllək) yerləşdirilir.Şarlar qarışdırılır və  təsadüf prinsipinə əsasən  5 (beş) ədəd şar (çəllək) çıxarılır. Çıxarılmış 5 (beş) şarın (çəllək) nömrələri lotereya biletində əks olunan sətrdəki nömrələrin 5(beş) -i,  4(dörd) -ü   və 3(üç)-ü   ilə uyğun gələrsə bilet uduşlu sayılır. Yalnız 5(beş) nömrəsi uyğun gələn variant “Cek Pot” oyununda iştirak edir. 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

TV Yayım Təqvimi