2021.08.06
“Azərlotereya” ASC-nin Çağrı Mərkəzi istifadəyə verildi

“Azərlotereya” ASC-nin Çağrı Mərkəzi *2080 qısa nömrəsi ilə xidmətə başlayıb.

“Azərlotereya” ASC-nin işinin səmərəli təşkili, lotereya həvəskarları, satış dilerləri və biznesini “Azərlotereya” ilə inkişaf etdirmək istəyənlərin suallarının cavablandırılması, daxil olan müraciətlərə operativ baxılması məqsədi ilə Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

Stasionar və mobil telefonlardan *2080 nömrəsini yığmaqla Çağrı Mərkəzinə zəng etmək və sizə maraqlı olan suallara cavab almaq olar. Çağrı Mərkəzinə edilən zənglər xidmət səviyyəsinin ölçülməsi və göstərilən xidmətin yaxşılaşdırılması məqsədi ilə qeyd alınır.

Çağrı Mərkəzi həftənin 7 günü, 09.00-dan 22.00-a qədər zənglərə cavab verir. Çağrı Mərkəzində çalışan əməkdaşlar müvafiq təlimlər keçiblər, bu sahədə yerli və beynəlxalq təcrübədən yararlanaraq daxil olan zənglərin emalını həyata keçirirlər.

TV Yayım Təqvimi