2021.07.27
“6/40” tirajlı lotereyasında “Cek Pot” uduldu! “Azərlotereya” ASC-nin təşkil etdiyi “6/40” tirajlı lotereyasında “Cek Pot” udulub. 27 iyul 2021-ci ildə “Azərlotereya” ASC tərəfindən təşkil olunan “6/40” lotereyasının növbəti tirajı keçirlib. Lotereyanın 2884-cü tirajı iştirakçılardan biri üçün çox şanslı olub. Toplanan “Cek Pot” məhz bu dəfə öz sahibini tapıb. 194843 (Bir yüz doxsan dörd min səkkiz yüz qırx üç) manat təşkil edən “Cek Pot” pul mükafatı “Azərlotereya” ASC-nin rəsmi saytından onlayn alınan 200566 nömrəli bilet tərəfindən qazanılıb. "6/40" lotereyasında “Cek Pot” son dəfə 19 mart 2021-ci ildə keçirilən 2792-ci tirajda udulmuşdu. O zaman udulan pul mükafatı 171396 (Bir yüz yetmiş bir min üç yüz doxsan altı) manat təşkil etmişdi. Xatırladaq ki, “6/40” tirajlı lotereyasının biletlərini lotereya satış məntəqələrindən əldə etmək olar. Bir biletin qiyməti 1 (bir) manat təşkil edir. “6/40” tirajlı lotereyasının oyun qaydaları: Lototrona 1-dən 40-dək işarələnmiş şarlar (çəllək) yerləşdirilir. Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən 6 (altı) ədəd şar (çəllək) çıxarılır. Çıxarılmış 6 (altı) şarın (çəllək) nömrələri lotereya biletindəki variantın nömrələrinin 6 (altı)-sı, 5 (beş)-i, 4 (dörd)-ü və 3 (üç)-ü ilə uyğun gələrsə bilet uduşlu sayılır. 6 (altı) rəqəmi uyğun gələn variantın bileti “Cek Pot”-a sahib olur. 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər. "6/40" tirajlı lotereyasında “Cek Pot”-un udulmasına “Azərlotereya” ASC-nin rəsmi Youtube səhifəsində baxa bilərsiniz. https://www.youtube.com/watch?v=mGjS1xoE32g
TV Yayım Təqvimi