“Qızıl 6” ani lotereyasının qaydaları

“Qızıl 6” ani lotereya biletinin qiyməti: 1 (bir) manat.

“Qızıl 6” ani lotereyasının qüvvədə olan müddəti: 01.04.2022 – 01.04.2027.

Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir. “Qızıl 6” ani lotereyasının biletlərinin satışı lotereya satış məntəqələrində həyata keçirilir.

Uduş fondunun oynanılması qaydası:

Lotereya biletinin üzərində 6 (altı) ədəd “QIZIL” və 1 (bir) ədəd “BONUS OYUNU” xanası əks olunmuşdur. Oyunun mahiyyəti: “Üstüörtülü” “qızıl külçə”-lərin qoruyucu səthini pozduqdan sonra, 3 (üç) ədəd eyni məbləğ əks olunarsa, bilet uduşlu sayılır və bilet həmin məbləği qazanmış olur. “Üstüörtülü” “BONUS OYUNU” xanasını pozduqdan sonra *PUL* işarəsi əks olunarsa bilet uduşlu sayılır və  bilet “BONUS OYUNU” xanasının altındakı məbləği qazanmış olur. Örtülü xanaların hər hansı bir başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir. Toplam uduş – oyun xanalarındakı uduş məbləği ilə “BONUS OYUNU” xanasındakı uduş məbləğinin cəmi ilə müəyyən olunur.

“Azərlotereya” ASC tərəfindən uduş fonduna əlavə vəsaitin qoyulması nəzərdə tutulmamışdır.

Uduş fondunun tərkibi:

Uduşların ümumi məbləği (manatla)

10 faiz dərəcə ilə vergi tutulduqdan sonra ödənilən məbləğ (manatla)

Uduşlu biletlərin sayı (ədədlə)

Uduşların ümumi məbləği (manatla)

1

1,00

7 076 700

7 076 700

2

2,00

5 940 000

11 880 000

5

5,00

2 959 200

14 796 000

10

10,00

934 200

9 342 000

20

20,00

172 800

3 456 00

40

40,00

5 400

216 000

100

100,00

5 285

528 500

1 000

950,10

135

135 000

25 000

22 550,10

15

375 000

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı – 75 600 000 ədəddir. Uduşlu biletlərin sayı – 17 093 735 ədəd, uduş fondunun məbləği – 47 805 200 manat (63,23%).

"Qızıl 6" ani lotereyasında uduşlu lotereya biletinin "Azərlotereya" ASC  tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlayır və lotereyanın keçirilməsi başa çatdığı tarixdən 90 (doxsan) iş günü davam edir. Uduş "Azərlotereya" ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir).

3 000 (üç min) manatadək (daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3 000 (üç min) manatdan böyük məbləğdə olan uduşlar “Azərlotereya” ASC tərəfindən bank vasitəsi ilə ödənilir.

  1. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Lotereya biletlərinin üzərində əks olunan, uduşlu olub olmamasının təyin edildiyi məlumatlar zədələndiyi halda bilet etibarsız sayılır və həmin biletlərə uduş ödənilmir.

  1. 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

“Qızıl 6 ” ani lotereyası 28 fevral 2022 – ci il tarixində 200 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

TV Yayım Təqvimi