“Brilliant 4” ani lotereyasının qaydaları

“Brilliant 4” ani lotereya biletinin qiyməti: 5 (beş) manat.

 “Brilliant 4” ani lotereyasının qüvvədə olan müddəti: 01 aprel 2022-ci il – 01 aprel 2024-cü il.

Uduş fondunun oynanılması qaydası:

Lotereya biletinin üzərində “UDUŞLU RƏQƏMLƏR” lövhəsi və 15 (on beş) xanadan ibarət “RƏQƏMLƏRİNİZ” lövhəsi əks olunmuşdur. “UDUŞLU RƏQƏMLƏR” və “RƏQƏMLƏRİNİZ” lövhələrinin qoruyucu səthlərini pozmaq lazımdır. Oyunun mahiyyəti: “üstüörtülü” lövhələri pozduqdan sonra “UDUŞLU RƏQƏMLƏR” lövhəsində əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) “RƏQƏMLƏRİNİZ” lövhəsində  əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) ilə üst üstə düşərsə bilet uduşlu sayılır və uyğun uduşlu xananın altındakı məbləği qazanmış olur. Əgər bilet bir neçə oyun xanası üzrə uduşlu olarsa uduşlar cəmlənir.

 - “RƏQƏMLƏRİNİZ” lövhəsindəki “üstüörtülü” xanaları pozduqdan sonra “ÜZÜK” simvolu əks olunan bilet avtomatik olaraq uduşlu sayılır və anında 100 (bir yüz) manata sahib olur sahib olur.

- “RƏQƏMLƏRİNİZ” lövhəsindəki “üstüörtülü” xanaları pozduqdan sonra “HƏDİYYƏ QUTUSU” simvolu əks olunan bilet avtomatik olaraq uduşlu sayılır və və “RƏQƏMLƏRİNİZ” lövhəsində qeyd olunmuş bütün məbləğləri qazanmış olur.

 “RƏQƏMLƏRİNİZ” lövhəsində olan rəqəmlərin “UDUŞLU RƏQƏMLƏR” lövhəsində olan rəqəmlərə uyğun olmayan hər hansı bir başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir.

Uduş fondunun tərkibi:

Uduşların məbləği (manatla)

10 faiz dərəcə ilə vergi tutulduqdan sonra ödəniləcək məbləğ (manatla)

Uduşlu biletlərin sayı (ədədlə)

Uduşların ümumi məbləği (manatla)

5 (beş)

5,00

3 225 000

16 125 000

10 (on)

10,00

2 475 000

24 750 000

15 (on beş)

15,00

1 575 000

23 625 000

50 (əlli)

50,00

495 000

24 750 000

100 (bir yüz)

100,00

63 000

6 300 000

1 000 (bir min)

950,50

500

1 500 000

10 000 (on min)

9 050,50

45

450 000

100 000 (bir yüz min)

90 050,50

30

3 000 000

 

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı – 30 000 000 ədəddir. Uduşlu biletlərin sayı – 7 834 575 ədəd, uduş fondunun məbləği – 100 500 000 manat (67,0%).

"Brilliant 4" ani lotereyasında uduşlu lotereya biletinin "Azərlotereya" ASC  tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlayır və lotereyanın keçirilməsi başa çatdığı tarixdən 150 (bir yüz əlli) təqvim günü davam edir. Uduş "Azərlotereya" ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir).

3 000 (üç min) manatadək (üç min manat daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3 000 (üç min) manatdan böyük məbləğdə olan uduşlar “Azərlotereya” ASC tərəfindən bank vasitəsi ilə ödənilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı  ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.  

Lotereya biletlərinin üzərində əks olunan, uduşlu olub olmamasının təyin edildiyi məlumatlar zədələndiyi halda bilet etibarsız sayılır və həmin biletlərə uduş ödənilmir.

18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

“Brilliant 4” ani lotereyası 04 mart 2022 – ci il tarixində 201 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

TV Yayım Təqvimi