“Şans Ulduzu 4” ani lotereyasının qaydaları

“Şans Ulduzu 4” ani lotereyasının şərtləri

 “Şans Ulduzu 4” ani lotereya biletinin qiyməti: 2 (iki) manat.

 “Şans Ulduzu 4” ani lotereyasının qüvvədə olan müddəti: 15.03.2022 – 15.03.2027.

Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir. “Şans Ulduzu 4” ani lotereyasının biletlərinin satışı lotereya satış məntəqələrində həyata keçirilir.

Uduş fondunun oynanılması qaydası:

Lotereya biletinin üzərində 7 (yeddi) oyun zonası və 1 (bir) ədəd “BONUS OYUNU” xanası yerləşir. Oyunun mahiyyəti: “üstüörtülü” Oyun 1, Oyun 2, Oyun 3, Oyun 4, Oyun 5, Oyun 6, Oyun 7 xanalarının qoruyucu səthlərini pozduqdan sonra, bir oyun zonasında üfüqi xətt üzrə 3 (üç) ədəd eyni “simvol” əks olunarsa, bilet “Mükafat Cədvəli”nə uyğun olaraq uduşlu sayılır. Üstüörtülü” “BONUS OYUNU” xanasını pozduqdan sonra * PUL* işarəsi əks olunarsa bilet uduşlu sayılır və bilet “BONUS OYUNU” xanasının altındakı məbləği qazanmış olur.

Bilet bir neçə oyun zonası üzrə uduşlu olarsa, uduşlar cəmlənir.

Örtülü xanaların hər hansı bir başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir. Toplam uduş – uduşa düşmüş oyun zonası (zonaları) ilə “BONUS OYUNU” xanasındakı məbləğlərin cəmi ilə müəyyən olunur.

“Azərlotereya” ASC tərəfindən uduş fonduna əlavə vəsaitin qoyulması nəzərdə tutulmamışdır.

Uduş fondunun tərkibi:

Uduşların ümumi məbləği (manatla)

10 faiz dərəcə ilə vergi tutulduqdan sonra ödənilən məbləğ (manatla)

Uduşlu biletlərin sayı (ədədlə)

Uduşların ümumi məbləği (manatla)

2

2,00

2 288 000

4 576 000

4

4,00

1 872 000

7 488 000

5

5,00

1 300 000

6 500 000

10

10,00

650 000

6 500 000

20

20,00

273 000

5 460 000

40

40,00

61 880

2 475 200

100

100,00

5 472

547 200

1 000

950,20

136

136 000

10 000

9 050,20

24

240 000

50 000

45 050,20

8

400 000

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı – 26 000 000 ədəddir. Uduşlu biletlərin sayı – 6 450 520 ədəd, uduş fondunun məbləği – 34 322 400 manat (66,00%).

"Şans Ulduzu 4" ani lotereyasında uduşlu lotereya biletinin "Azərlotereya" ASC  tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlayır və lotereyanın keçirilməsi başa çatdığı tarixdən 90 (doxsan) iş günü davam edir. Uduş "Azərlotereya" ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir).

3 000 (üç min) manatadək (daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3 000 (üç min) manatdan böyük məbləğdə olan uduşlar “Azərlotereya” ASC tərəfindən bank vasitəsi ilə ödənilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı  ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.  

Lotereya biletlərinin üzərində əks olunan, uduşlu olub olmamasının təyin edildiyi məlumatlar zədələndiyi halda bilet etibarsız sayılır və həmin biletlərə uduş ödənilmir.

18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

“Şans Ulduzu 4 ” ani lotereyası 28 fevral 2022 – ci il tarixində 199 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

TV Yayım Təqvimi