“100 000 000 Pul Yağışı” ani lotereyasının qaydaları

“100 000 000 Pul Yağışı” ani lotereyasının qaydaları

 “100 000 000 Pul Yağışı” ani lotereya biletinin qiyməti: 10 (on) manat.

 “100 000 000 Pul Yağışı” ani lotereyasının qüvvədə olan müddəti: 01 aprel 2022-ci il – 01 aprel 2024-cü il.

Uduş fondunun oynanılması qaydası:

Lotereya biletinin üzərində “UDUŞLU RƏQƏMLƏR” lövhəsi və 20 (iyirmi) xanadan ibarət “RƏQƏMLƏRİNİZ” lövhəsi əks olunmuşdur. “UDUŞLU RƏQƏMLƏR” və “RƏQƏMLƏRİNİZ” lövhələrinin qoruyucu səthlərini pozmaq lazımdır. Oyunun mahiyyəti: “üstüörtülü” lövhələri pozduqdan sonra “UDUŞLU RƏQƏMLƏR” lövhəsində əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) “RƏQƏMLƏRİNİZ” lövhəsində  əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) ilə üst üstə düşərsə bilet uduşlu sayılır və uyğun uduşlu xananın altındakı məbləği qazanmış olur. Əgər bilet bir neçə oyun xanası üzrə uduşlu olarsa uduşlar cəmlənir.

- “RƏQƏMLƏRİNİZ” lövhəsindəki “üstüörtülü” xanaları pozduqdan sonra “X2” simvolu əks olunan bilet avtomatik olaraq uduşlu sayılır və “X2” simvolunun altındakı məbləğin 2 (iki) qatına sahib olur.

 - “RƏQƏMLƏRİNİZ” lövhəsindəki “üstüörtülü” xanaları pozduqdan sonra “ÜZÜK” simvolu əks olunan bilet avtomatik olaraq uduşlu sayılır və 100 (bir yüz) manat məbləğində pul mükafatına sahib olur.

- “RƏQƏMLƏRİNİZ” lövhəsindəki “üstüörtülü” xanaları pozduqdan sonra        “MANAT” simvolu əks olunan bilet avtomatik olaraq uduşlu sayılır və “RƏQƏMLƏRİNİZ” lövhəsində qeyd olunmuş bütün məbləğləri qazanmış olur. Toplam uduş – uduşa düşmüş xanaların altındakı məbləğlərin cəmi ilə müəyyən olunur. “RƏQƏMLƏRİNİZ” lövhəsində olan rəqəmlərin “UDUŞLU RƏQƏMLƏR” lövhəsində olan rəqəmlərə uyğun olmayan hər hansı bir başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir.

“Azərlotereya” ASC tərəfindən uduş fonduna əlavə vəsaitin qoyulması nəzərdə tutulmamışdır.

 

Uduş fondunun tərkibi:

 

Uduşların məbləği (manatla)

10 faiz dərəcə ilə vergi tutulduqdan sonra ödəniləcək məbləğ (manatla)

Uduşlu biletlərin sayı (ədədlə)

Uduşların ümumi məbləği (manatla)

10 (on)

10,00

1 875 000

18 750 000

20 (iyirmi)

20,00

1 612 500

32 250 000

50 (əlli)

50,00

412 500

20 625 000

100 (bir yüz)

100,00

150 000

15 000 000

200 (iki yüz)

200,00

54 375

10 875 000

1 000 (bir min)

951,00

1 150

1 150 000

10 000 (on min)

9 051,00

35

350 000

200 000 (iki yüz min)

180 051,00

15

3 000 000

 

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı – 15 000 000 (On beş milyon) ədəddir. Uduşlu biletlərin sayı – 4 105 575 ədəd, uduş fondunun məbləği – 102 000 000 manat (68,00%).

Hər bir yenilik və əlavələr haqqında KİV-lə (www.azerlotereya.com) əhaliyə əvvəlcədən məlumat veriləcəkdir.

 “100 000 000 Pul Yağışı” ani lotereyasında uduşlu lotereya biletinin "Azərlotereya" ASC  tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlayır və lotereyanın keçirilməsi başa çatdığı tarixdən 150 (bir yüz əlli) təqvim günü davam edir. Uduş "Azərlotereya" ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir).

3 000 (üç min) manatadək (daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3 000 (üç min) manatdan böyük məbləğdə olan uduşlar “Azərlotereya” ASC tərəfindən bank vasitəsi ilə ödənilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı  ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.  

Lotereya biletlərinin üzərində əks olunan, uduşlu olub olmamasının təyin edildiyi məlumatlar zədələndiyi halda bilet etibarsız sayılır və həmin biletlərə uduş ödənilmir.

18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

“100 000 000 Pul Yağışı ” ani lotereyası 14 mart 2022 – ci il tarixində 208 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

TV Yayım Təqvimi