“6/40” lotereyasının biletlərini lotereya satış məntəqələrinnən elektron lotereya terminalları vasitəsi ilə çap olunmuş formada və hazır mətbəədə çap olunmuş bilet formasında əldə etmək olar.Bir biletin qiyməti 1 manat müəyyən olunmuşdur.
Elektron lotereya biletləri lotereya terminalları vasitəsi ilə və yaxud pulsuz paylanılan blanklarda nömrələri qeyd etməklə əldə edilir. Bir variantin qiyməti 25 qəpik müəyyən olunmuşdur.
Hazır bilet
↓
Lototrona 1-dən 40-dək işarələnmiş şarlar (çəllək) yerləşdirilir. Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən 6 (altı) ədəd şar (çəllək) çıxarılır. Çıxarılmış 6 (altı) şarın (çəllək) nömrələri lotereya biletindəki variantın nömrələrinin 6 (altı)-sı, 5 (beş) -i, 4 (dörd) -ü və 3 (üç)-ü ilə uyğun gələrsə bilet uduşlu sayılır.
6 (altı) rəqəmi uyğun gələn variantın bileti “Cek Pot”a sahib olur.
I kateqoriya → 6 (altı) rəqəm uyğun gələn biletlər “Cek Pot”a sahib olur
II kateqoriya → 5 (beş) rəqəm uyğun gələn biletlər uduş fondunun 5 – 15 %-ni qazanır
III kateqoriya → 4 (dörd) rəqəm uyğun gələn biletlər uduş fondunun 20 – 40 %-ni qazanır
IV kateqoriya → 3 (üç) rəqəm uyğun gələn biletlər uduş fondunun 40 – 60% - ni qazanır
MƏSƏLƏN:
Lototrondan çıxan rəqəmlər: 1, 16, 26, 32, 28, 22 “Cek Pot”a sahib olan bilet
Bu halda yuxardakı şəkildə "000000" nömrəli bilet “Cek Pot”u qazanır. Bir neçə bilet uduşlu olarsa məbləğ bu biletlər arasında bərabər olaraq bölüşdürülür.
Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 10 (on) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər
Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir.