“40 000 000 Pul Yağışı” ani lotereyasının qaydaları

Lotereya biletinin qiyməti: 10 (on) manat.

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı: 6 000 000 (altı milyon) ədəd. Biletin nömrəsi biletin aşağı hissəsində qeyd olunmuşdur.

Lotereya biletlərinin satışı satış məntəqələrində həyata keçirilir.

Uduş fondunun tərkibi:

 

Uduşların ümumi məbləği (manatla)

10 faiz dərəcə ilə vergi tutulduqdan sonra ödəniləcək məbləğ (manatla)

Uduşlu biletlərin sayı (ədədlə)

Uduşların ümumi məbləği (manatla)

10 (on)

10,00

750 000

7 500 000

20 (iyirmi)

20,00

645 000

12 900 000

50 (əlli)

50,00

165 000

8 250 000

100 (bir yüz)

100,00

60 000

6 000 000

200 (iki yüz)

200,00

21 750

4 350 000

1 000 (bir min)

951,00

457

457 000

10 000 (on min)

9 051,00

14

140 000

200 000 (iki yüz min)

180 051,00

6

1 200 000

 

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı – 6 000 000 (altı milyon) ədəddir. Uduşlu biletlərin sayı – 1 642 227 ədəd, uduş fondunun məbləği – 40 797 000 manat (67,99%).

“40 000 000 Pul Yağışı” ani lotereyasının qüvvədə olan müddəti: 10 fevral 2022-ci il – 10 fevral 2025-ci il.

Uduş fondunun oynanılması qaydası:

Lotereya biletinin üzərində “UDUŞLU RƏQƏMLƏR” lövhəsi və 20 (iyirmi) xanadan ibarət “RƏQƏMLƏRİNİZ” lövhəsi əks olunmuşdur. “UDUŞLU RƏQƏMLƏR” və “RƏQƏMLƏRİNİZ” lövhələrinin qoruyucu səthlərini pozmaq lazımdır. Oyunun mahiyyəti: “üstüörtülü” lövhələri pozduqdan sonra “UDUŞLU RƏQƏMLƏR” lövhəsində əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) “RƏQƏMLƏRİNİZ” lövhəsində  əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) ilə üst üstə düşərsə bilet uduşlu sayılır və uyğun uduşlu xananın altındakı məbləği qazanmış olur. Əgər bilet bir neçə oyun xanası üzrə uduşlu olarsa uduşlar cəmlənir.

- “RƏQƏMLƏRİNİZ” lövhəsindəki “üstüörtülü” xanaları pozduqdan sonra “X2” simvolu əks olunan bilet avtomatik olaraq uduşlu sayılır və “X2” simvolunun altındakı məbləğin 2 (iki) qatına sahib olur.

 - “RƏQƏMLƏRİNİZ” lövhəsindəki “üstüörtülü” xanaları pozduqdan sonra “ÜZÜK” simvolu əks olunan bilet avtomatik olaraq uduşlu sayılır və 100 (bir yüz) manat məbləğində pul mükafatına sahib olur.

- “RƏQƏMLƏRİNİZ” lövhəsindəki “üstüörtülü” xanaları pozduqdan sonra        “MANAT” simvolu əks olunan bilet avtomatik olaraq uduşlu sayılır və “RƏQƏMLƏRİNİZ” lövhəsində qeyd olunmuş bütün məbləğləri qazanmış olur. Toplam uduş – uduşa düşmüş xanaların altındakı məbləğlərin cəmi ilə müəyyən olunur. “RƏQƏMLƏRİNİZ” lövhəsində olan rəqəmlərin “UDUŞLU RƏQƏMLƏR” lövhəsində olan rəqəmlərə uyğun olmayan hər hansı bir başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir.

"40 000 000 Pul Yağışı" ani lotereyasında uduşlu lotereya biletinin "Azərlotereya" ASC  tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlayır və lotereyanın keçirilməsi başa çatdığı tarixdən ən azı 90 (doxsan) iş günü davam edir. Uduş "Azərlotereya" ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir).

3 000 (üç min) manatadək (daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3 000 (üç min) manatdan böyük məbləğdə olan uduşlar “Azərlotereya” ASC tərəfindən bank vasitəsi ilə ödənilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı  ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.  

Lotereya biletlərinin üzərində əks olunan, uduşlu olub olmamasının təyin edildiyi məlumatlar zədələndiyi halda bilet etibarsız sayılır və həmin biletlərə uduş ödənilmir.

18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

“40 000 000 Pul Yağışı ” ani lotereyası 16 dekabr 2021 – ci il tarixində 191 qeydiyyat nömrəsi ilə AR MB tərəfindən qeydiyyata alınmışdır.

 

TV Yayım Təqvimi