ONLAYN OYNA!
“Super Keno” tirajlı lotereyası hər gün saat 19:45-də “Xəzər” TV-də canlı yayımla keçirilir.
Yalnız 18 yaşına çatmış şəxslər oyunda iştirak edə bilərlər.
Necə oynanılır?
- Oynamaq üçün mümkün 70 nömrədən 10-nu və nə qədər ödəniş edəcəyini seç.
- Lototrondan çıxan 20 nömrə əsasında 7 kateqoriya üzrə uduş müəyyənləşir.
- Bilet alarkən kuponda “Şablon” xanasını işarələməklə 9 rəqəmli ŞABLON yarada bilərsən.
- Yaratdığın “Şablon İD” ilə həmin bileti növbəti tirajlarda oyna.
- Misli xanasında müvafiq rəqəmləri işarələyərək uduş məbləğini 2, 5 və ya 10 dəfə artıra bilərsən.
- Hər biletin qiyməti minimum 1 manatdır.
- “Super Keno” lotereya biletlərini istənilən vaxt misli.az saytından, həmçinin MİSLİ məntəqələri, “Azərpoçt” şöbələri və lotereya satış nöqtələrindən əldə edə bilərsən.
- Oyun qaydalarında dəyişiklik olarsa, əvvəlcədən KİV-lə məlumat veriləcək.
BÖYÜK UDUŞ nədir?
Bir tiraj üçün təyin olunan böyük uduşun məbləği 1.000.000 manatdır. Qalib sayı 1-dən çox olduqda böyük uduş qalib biletlər arasında bərabər şəkildə bölünür.
Oyunun nəticələri tiraj bitdikdən sonra www.azerlotereya.com səhifəsində yerləşdirilir.
Uduşlar 7 kateqoriya üzrə bölünür:
Kateqoriya | Uyğunluq | Uduş (manatla) |
I | 20 nömrədən 10 nömrənin uyğunluğu | 100 000 |
II | 20 nömrədən 9 nömrənin uyğunluğu | 1 500 |
III | 20 nömrədən 8 nömrənin uyğunluğu | 150 |
IV | 20 nömrədən 7 nömrənin uyğunluğu | 15 |
V | 20 nömrədən 6 nömrənin uyğunluğu | 5 |
VI | 20 nömrədən 5 nömrənin uyğunluğu | 2 |
VII | 20 nömrədən 1 nömrənin uyğunluğu | 1 |
Uduşların verilməsi
- Uduşlu biletlərin qəbulu həmin tirajın keçirildiyi tarixdən sonra 150 gün davam edir.
- Udulan məbləğ uduşlu bilet “Azərlotereya” tərəfindən qəbul edildiyi tarixdən etibarən 30 iş günündən gec olmayaraq ödənilir.
- 3 000 manatadək uduşlar satış yerlərində nağd, 3 000 manatdan yuxarı uduşlar nağdsız qaydada ödənilir.
- Uduş məbləğindən biletin qiyməti və 500 manat çıxıldıqdan sonra 10% vergi tutulur.
- Uduşların verilmə prosesinə dair ətraflı məlumat: Uduşlu biletlərin qəbulu
Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir.
“Super Keno” tirajlı lotereya 25 yanvar 2022-ci il tarixdə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 196 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.