“Ekspres Keno” virtual lotereyasının qaydaları

“Ekspres Keno” oynamaq üçün iştirakçılar mümkün 80 nömrədən maksimum 10-nu seçməli və nə qədər ödəniş edəcəklərini seçməlidirlər. Onlayn oynadıqda, iştirakçılar seçdikləri nömrələri verilmiş müvafiq xanalara daxil etməli olacaqlar, ya da satış nöqtəsində oynadıqda, seçilmiş nömrələri kuponda işarələməli və ya lotereya terminalından avtomatik bilet əldə etməli olacaqlar.

Çarpan bonus oyunu: “Ekspres Keno” virtual lotereyası başladıqda, ilkin olaraq kompyuter alqoritmi vasitəsi ilə təsadüfi prinsipinə əsasən “Çarpan” təyin olunur (1X, 2X, 5X və ya 10X). Təyin olunmuş “Çarpan” unikal uduşları 2, 5 və ya 10 dəfə artırmaq imkanı verir. Çarpan Bonus oyununda iştirak etmək üçün kuponda və ya onlayn oynadıqda “Çarpan” xanasını işarələmək lazımdır. Çarpan “oyun növü 10” üçün 10 manat ödənişlərə şamil edilmir. Çarpan bonus oyununda iştirak etmək üçün işarələdikdə biletin ödəniş məbləği 2 dəfə artırılır.

 “Ekspres Keno” oyununda iştirak etmək üçün minimum ödəniş 1 AZN və biletin maksimum qiyməti 1 000 AZN olaraq müəyyənləşdirilmişdir.

Lotereya iştirakçıları tərəfindən təqdim olunmuş oyun variantı (variantları) lotereya terminalı vasitəsi ilə mərkəzləşdirilmiş bazaya daxil olduqdan sonra lotereya bileti xüsusi termokağızda çap olunur. Lotereya terminalları vasitəsi ilə çap olunmuş lotereya bileti lotereya oyununun iştirakçısında qalır və uduş fondu oynanıldıqdan sonra uduşun sahibinin hüququnu təsdiq edir.

İnternet vasitəsi ilə əldə olunan biletlərlə də (və ya elektron kod) həmçinin  lotereya oyununda iştirak edəcəkdir. Bunun üçün lotereya iştirakçısı öz hesabına daxil olaraq lotereya bileti (elektron kod) əldə edə biləcəklər. Onlayn oynadıqda, iştirakçılar seçdikləri nömrələri verilmiş müvafiq xanalara daxil etməli olacaqlar. İnternet vasitəsi ilə əldə olunan biletlər (elektron kod) uduşlu olduğu zaman qalib şəxsin hesabına avtomatik olaraq yüklənəcəkdir.

Kompüter alqoritmi (Təsadüfi Nömrələrin Generasiyası) vasitəsi ilə nömrələnmiş 1-dən 80-ə qədər nömrədən 20 nömrə  təsadüfi şəkildə təyin olunur, nəticədə təyin olunmuş 20 nömrə əsasında uduş kombinasiyaları təyin olunur.

 „Çarpan“sız oyun üçün ayrılmış yüksək uduşun maksimum məbləği 100 000 manatdır. İstisna hallarda 1-dən çox variant yüksək mükafata sahibi olduqda, yüksək mükafatın məbləği 100 000 manat bu oyunun qalib variantlarının sayı arasında (ödəniş məbləği qalib variant sayı olaraq qəbul ediləcəkdir) proporsional şəkildə bölünür və variant üzrə uduş alınan məbləğin hər bir qalib variantın ödəniş etdiyi məbləğə hasili ilə hesablanacaqdır.

Çarpan Bonus oyununda iştirak halında və 10X təyin olunduğu halda hər hansı bir tiraj üçün yüksək mükafatların maksimum dəyəri 1 000 000 AZN-dir.

İstisna hallarda 1-dən çox variant yüksək mükafata sahibi olduqda, yüksək mükafatın maksimum məbləği 100 000 manat bu oyunun qalib variantların sayı arasında (ödəniş məbləği qalib variant sayı olaraq qəbul ediləcəkdir) proporsional şəkildə bölünür və kateqoriya üzrə uduş alınan məbləğin hər bir qalib variantın oynadığı məbləğə hasili ilə hesablanacaqdır. Çarpan Bonus oyununda iştirak edən variantlar üçün yekun uduş isə kateqoriya üzrə alınan uduşun „Çarpan“ın hasilinə bərabər olacaqdır.

Seçilmiş „oyun növü“nə uyğun olaraq uduşlar aşağıdakı şəkildə bölünmüşdür:

Oyun növü seçimi

Uyğunluq

Oyun  növü 1 (1 rəqəm seçimi)

20 nömrədən 1 rəqəmin uyğunluğu

Oyun  növü 2 (2 rəqəm seçimi)

20 nömrədən 2 nömrənin uyğunluğu

Oyun  növü 3 (3 rəqəm seçimi)

20 nömrədən 2 və ya 3 nömrənin uyğunluğu

Oyun  növü 4 (4 rəqəm seçimi)

20 nömrədən 2, 3 və ya 4 nömrənin uyğunluğu

Oyun  növü 5 (5 rəqəm seçimi)

20 nömrədən 3, 4 və ya 5 nömrənin uyğunluğu

Oyun  növü 6 (6 rəqəm seçimi)

20 nömrədən 3, 4, 5 və ya 6 nömrənin uyğunluğu

Oyun  növü 7 (7 rəqəm seçimi)

20 nömrədən 4, 5, 6, 7 və ya 8 nömrənin uyğunluğu

Oyun  növü 8 (8 rəqəm seçimi)

20 nömrədən 4, 5, 6, 7 və ya 8 nömrənin uyğunluğu

Oyun  növü 9 (9 rəqəm seçimi)

20 nömrədən 4, 5, 6, 7, 8 və ya 9 nömrənin uyğunluğu

Oyun  növü 10 (10 rəqəm seçimi)

20 nömrədən 0, 5, 6, 7, 8, 9 və ya 10 nömrənin uyğunluğu

 

“Ekspres Keno” üçün uduşlar “Azerlotereya” ASC tərəfindən müəyyən edilmişdir. Kateqoriya üzrə unikal uduşlar aşağıdakı cədvəl üzrə müəyyən olunur:

   

Ekspres Keno uduş cədvəli

 

 

Oyun növü

 

 

10

9

8

7

6

5

4

3

2­­

1

Nömrələrin uyğunluğu

10

100 000

 

 

 

 

 

 

 

 

 

9

10 000

20 000

               

8

500

2 000

10 000

             

7

50

200

1 000

5 000

           

6

10

25

50

150

1 500

         

5

5

5

10

15

50

500

       

4

 

1

2

2

5

15

50

     

3

 

 

 

1

1

2

5

25

   

2

 

 

 

 

 

 

1

2

10

 

1

 

 

 

 

 

 

 

 

 

2

0

1

 

 

 

 

 

 

 

 

 

 

Uduşlar uduşlu variantın yalnız bir kateqoriyası üzrə müəyyən olunur.

2 AZN, 5 AZN və 10 AZN qoyulan pul vəsaiti üçün uduş məbləği qoyulan məbləğin uyğun kateqoriyaya uyğun unikal uduş məbləğinin hasilinə bərabərdi.

İştirakçı qalib olduğu zaman yalnız ən yüksək kateqoriyalı  mükafatı ala bilər.

Əgər oyunçunun bir neçə tirajda iştirak edən uduşlu bileti varsa, o zaman biletin hüququ son tiraja qədər qalır və son tirajdan sonra ödənilir.

Oyunun nəticələri haqqında məlumat uduşların oynanılmasından sonra “Azərlotereya” ASC-nin www.azerlotereya.com rəsmi internet səhifəsində yerləşdirilir.

Uduşlu lotereya biletlərinin qəbulu həmin tirajın uduş fondu oynanıldığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq başlayır və 150 (bir yüz əlli) təqvim günü ərzində davam edir. Uduş “Azərlotereya” ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir). 3 000 (üç min) manatadək (daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3 000 (üç min) manatdan böyük məbləğdə olan uduşlar “Azərlotereya” ASC tərəfindən bank vasitəsi ilə ödənilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı  ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.       

18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir.

“Ekspres Keno” virtual lotereyası AR İqtisadiyyat Nazirliyinin yanında Vergi Dövlət Xidməti tərəfindən 19 yanvar 2022-ci il tarixində 193 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

 

TV Yayım Təqvimi