"Azərlotereya" ASC tərəfindən keçirilən "Şahmat 2" ani lotereyasının oyun qaydaları: Lotereya biletinin üzərində şahmat lövhəsi və bonus xanası əks olunub. Şahmat lövhəsində 9 (doqquz) xana (3 üfüqi sıra və 3 şaquli sütun) var. Lotereya biletinin uduşlu olması, eyni fiqurun təsvirinin üfüqi, şaquli və ya diaqonal xətt üzrə müəyyən olunmasından ibarətdir. Oyun lövhəsinin və “bonus” xanasının qoruyucu səthlərini pozmaq lazımdır. Oyunun mahiyyəti “üstüörtülü” oyun xanalarını pozduqdan sonra üfüqi, şaquli və ya diaqonal xətt üzrə 3(üç) ədəd eyni şahmat fiqurunun təsviri əks olunarsa bilet uduşlu sayılır və uyğun xətdə göstərilən uduş məbləğini qazanmış olur. Bilet bir neçə oyun zonası üzrə uduşlu olarsa, uduşlar cəmlənir. “Bonus” xanası, oyun zonalarında udulan məbləği dəfələrlə artırmaq şansını verir (x1, x2, x4, x5).
Uduşların məbləği (manatla)
Uduşlu biletlərin sayı (ədədlə)
Uduşların ümumi məbləği(manatla)
10 faiz dərəcə ilə vergi tutulduqdan sonra ödənilən məbləğ (manatla)
1 (bir)
630 000
1,00
630 000
2 ( iki )
180 000
2,00
360 000
5 ( beş )
60 000
5,00
300 000
10 (on)
12 000
10,00
120 000
20 (iyirmi)
2 400
19,10
48 000
50 (əlli)
900
46,10
45 000
100 (bir yüz)
300
91,10
30 000
500 (beş yüz)
54
451,10
27 000
1 000 (bir min)
30
901,10
30 000
5 000 (beş min)
12
4 501,10
60 000
25 000 (iyirmi beş min)
6
22 501,10
150 000
Cəmi
885 702
28 528,70
Lotereya biletinin üz tərəfində əks olunan "Pozmaq olmaz" yazısı pozulduğu halda bilet etibarsız sayılır və həmin bilet üzrə uduş ödənilmir.
"Şahmat 2" ani lotereyası 07.11.2019-cu il tarixində AR MBNP tərəfindən qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi 170.
Aşağıda yerləşən müqaviləmizi diqqətlə oxumanızı xaiş edirik
Maddə 1 - Tərəflər Bu Müqavilə Təbriz küçəsi 79 yerləşən “Azərlotereya” ASC-ilə (bundan sonra “Təşkilatçı”) və Adı /Soyadı www.azerlotereya.com saytının “Qeydiyyat” hissəsində göstərilən şəxsin (bundan sonra “İştirakçı”nın) arasında aşağıdakı şərtlər əsasında tərtib olunmuşdur. Maddə 2 -Terminlər Aşağıdakı terminlər bu Müqavilədə istifadə edilmişdir: “Təşkilatçı” (Virtual satıcı) - müqaviləyə əsasən fəaliyyət göstərən və virtual şəraitdə (internet, mobil telefon şəbəkəsi və s. vasitələlrə) lotereya oyunlarının iştirakçıları ilə bütün əlaqələri təmin edən hüquqi şəxs. “İştirakçı” - “Azərlotereya” ASC-nin www.azerlotereya.com saytı vasitəsi ilə onlayn lotereya oyunlarında iştirak etmək üçün bu Müqaviləni qəbul etmiş fiziki şəxs. “Onlayn lotereya oyunları”- “Azərlotereya”ASC tərəfindən www.azerlotereya.com saytında təşkil olunan onlayn lotereya oyunları. www.azerlotereya.com saytı vasitəsi ilə onlayn lotereya oyunlarında Bilet Satışının Təsdiqi - İştirakçıların www.azerlotereya.com virtual mühitində seçib işarələmək şərti ilə satın alındıqları bilet qarşılığında və ya oynadıqları oyun qarşılığında tələb etdikləri təqdirdə göndərilən oyun/satın alınan bilet məlumatlarını və lazım olan digər əlaqəli məsələləri əhatə edən məlumat və ya bu məlumatı əhatə edən e-poçt və ya sms və ya oxşar yollarla göndərilən virtual sənəd. Hesabın menyusu - www.azerlotereya.com internet səhifəsindən daxil olunan, İştirakçıların virtual mühitdə Şəxsi Kabinet Hesabında reallaşdırdıqları pul köçürmələrinin hesab hərəkətlərinə baxa bildiyi, bank köçürmə ehtiyaclarını reallaşdıra bildikləri və bir sıra icazə verilən əməliyyatları icra edə bildikləri fərdi sahə. Maddə 3 - Onlayn lotereyalarda iştirak etmənin şərtləri 3.1. 18 yaşı tamam olmuş hər bir şəxs bu Müqavilə şərtlərini qəbul etmək şərti ilə “Azərlotereya” ASC-nin onlayn lotereya oyunlarının iştirakçısı ola bilər. 3.2. Onlayn lotereya oyunlarında iştirak etmək istəyən şəxs lotereya oyunlarının qaydaları ilə tanış olmalı və bu qaydaları qəbul etməlidir; 3.3. Onlayn lotereya oyunlarında iştirak etmək istəyən şəxs Qeydiyyat formasını doldurduqdan sonra ən qısa müddətdə elektron poçt vasitəsi ilə məlumat alacaq. Məlumat alındıqdan sonra, həmin şəxs İştirakçı qismində Onlayn lotereyalarda iştirak edə bilər. Maddə 4 - Məsuliyyət: 4.1 İştirakçının Parolunun hər hansı bir üçüncü şəxs tərəfindən istifadə edilməsi nəticəsində baş verənlərə görə özünün cavabdeh olduğunu, bu əməliyyatlar özü tərəfindən icra edilmədiyi halda “Azərlotereya” ASC-yə qarşı etiraz və iddia hüquqlarından əvvəlcədən imtina etdiyini, bu kimi qaydalara zidd istifadə edən şəxslərin kim olduqlarını araşdırmağa görə “Azərlotereya” ASC-nin öhdəlik daşımadığını qəbul və təsdiq edir. Parolunun hər hansı bir üçüncü şəxs tərəfindən istifadə edildiyini bilən İştirakçı, bu məlumatı dərhal “Azərlotereya” ASC-yə bildirməlidir. 4.2 İştirakçının Hesabının bağlanılması halında İştirakçı Təşkilatçıdan heç bir kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul, bəyan və təsdiq edir. 4.3 İştirakçı Şəxsi Kabinetindəki Hesabına köçürdükləri məbləğlərə görə şərtsiz cavabdehlik daşıyır. İştirakçı tərəfindən edilən səhv əməliyyatlara görə Təşkilatçı heç bir məsuliyyət daşımır. 4.4 Onlayn Lotereya Oyunlarda, İştirakçı tərəfindən Oyunla əlaqəli daxil edilən məlumatlar Təşkilatçı tərəfindən düzgün hesab edilərək istifadə olunacaqdır. 4.5 İştirakçı tərəfindən satın alınan lotereya bileti heç bir şəkildə ləğv edilə və dəyişdirilə bilməz. 4.6 İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği əlavə bir əməliyyatın həyata keçirilməsinə ehtiyac olmadan ən gec 24 (iyirmi dörd) saat ərzində Təşkilatçı tərəfindən abunəçinin virtual hesabına əlavə edilir. İştirakçının hesabında olan və İştirakçı tərəfindən tələb edilən məbləğ, Təşkilatçı tərəfindən İştirakçının bank hesabına ən gec 2 (iki) bank günü ərzində köçürülür. 4.7 Onlayn Lotereya oyunlarının keçirilməsi zamanı baş verə biləcək hər cür rabitə kəsilməsi, fasilələr, sistem qəzaları, texniki səbəblərlə meydana gələn məlumatlandırma mesajlarının və s. getməməsi, gecikməsi halları daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, səhv gecikməli məlumat ötürülməsi yaxud rabitə fasilələrinə görə yaranan zərərlərə görə Təşkilatçı heç bir məsuliyyət daşımır. 4.8 İştirakçı bu Müqavilənin əhatə etdiyi xidmətlərlə əlaqədar Təşkilatçıya yazılı, Şifahı, İnternet və/ya digər elektron cihazlar vasitəsi ilə çatdırdığı məlumatların düzgün, tam və aktual olduğunu bəyan edir, bu bəyanın səhv olması və/və ya məlumatların səhv verilmiş olması səbəbi ilə yarana biləcək bütün zərərlərə görə İştirakçı məsuliyyət daşıyır. 4.9 İştirakçının bildirdiyi məlumatlar istiqamətində, məlumatların səhv olması yaxud texniki səbəblər ilə məlumatlandırma mesajlarının və.s-in getməməsinə və gecikməsinə görə yaranan dolayı və/və ya birbaşa zərərlərə görə Təşkilatçı məsuliyyət daşımır. 4.10 İştirakçı, Təşkilatçı tərəfindən təqdim edilən xidmətlərin istifadəsi zamanı üçüncü şəxslərə və “Azərlotereya” ASC-yə zərər vurması halında, həmin zərərə görə şəxsən cavabdeh olduğunu qəbul, bəyan və təsdiq edir. 4.11 “Azərlotereya” ASC-nin məlumat bazasına və ya İnternet saytına ediləcək hər hansı bir hücüm nəticəsində, İştirakçı məlumatların pis niyyətli istifadəçilərin əlinə keçməsi və bu məlumatların istifadə edilməsi halında yaranan nəticələrə görə məsuliyyət daşımır. Maddə 5 - Mübahisəli məsələlərin həlli 5.1 Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən həll edilməlidir. 5.2 İştirakçı olmaq istəyən şəxslər bu Müqavilənin bəndlərinin hamısını oxuduğunu, məzmundakı bütün maddələri şərtsiz qəbul etdiyini və razılaşdığını əvvəlcədən təsdiq edir.
Əlaqə Məlumatları Azərlotereya" ASC Təbriz küçəsi 79, Bakı, Azərbaycan Tel: +994502511199, +994125144701, +994125144702 Texniki dəstək: support@azerlotereya.com Email: office@azerlotereya.com