Qoşa Şans 6


 "Azərlotereya" ASC tərəfindən keçirilən "Qoşa Şans 6" ani lotereyasının oyun qaydaları: Lotereya biletinin üzərində yerləşən üstüörtülü "Şans 1", "Şans 2" və "oyun xətləri"nin qoruyucu səthini pozmaq lazımdır. "Şans 1" və ya "Şans 2" zonalarında yazılan rəqəm "oyun xətləri"nin üzərində olan rəqəmlərdən biri ilə üst-üstə düşərsə, bilet həmin xətdə göstərilən məbləği udmuş olur. Bilet bir neçə xətt üzrə uduşlu olarsa, uduşlar cəmlənir.  Örtülü zonalarda olan rəqəmlərin hər hansı başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir.


 Lotereya biletinin üz tərəfində əks olunan "Pozmaq olmaz" yazısı pozulduğu halda bilet etibarsız sayılır və həmin bilet üzrə uduş ödənilmir.

Lotereya Azərbaycan respublikasının ərazisini əhatə edir.  "Qoşa Şans 6" ani lotereyası  00.00.2020-cu il tarixində AR MB tərəfindən qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi 000.