İNDİ OYNA!
“Sür Qazan” Poz-Qazan tipli virtual ani lotereyadır.
Yalnız 18 yaşdan yuxarı şəxslər oynaya bilərlər.
Bir oyun üçün ödəniş məbləği: 20 qəpik – 30 manat aralığı.
Böyük uduş məbləği: 75 000 manat.
Oyunun nəti̇cəsi̇ kompüter alqoritmləri ilə müəyyənləşir.
Necə oynanılır?
- Oyun parametrləri oyun başlandıqda seçilir və oyun zamanı dəyişiklik etmək mümkün deyil.
- Oyna düyməsi̇ seçi̇ldi̇kdə yeni̇ oyun başlayır. Bir oyun oynamaq üçün Oyna, 20 oyuna qədər avtomatik oynamaq üçün Avto Oyun düyməsi seçilir.
- Oyun UDUŞLU SİMVOLLAR və SƏNİN SİMVOLLARIN adlı 2 oyun sahəsindən ibarətdir.
- UDUŞLU SİMVOLLARdan biri və ya bir neçəsi SƏNİN SİMVOLLARINdan biri və ya bir neçəsi ilə üst-üstə düşərsə, SƏNİN SİMVOLLARINın altında göstərilən müvafiq uduş qazanılır.
- Bir oyun turu ərzində 3 CEKPOT simvolu aşkar olunduqda, CEKPOT MƏBƏDİ oyunu başlayır.
- Simvol ixtiyari vəziyyətdə yerləşdirilir və istiqamətlər seçimi ilə təqdim edilir. Hər hərəkət yeni istiqamət seçimini açır. Əgər yolun sonunda mükafata çatılarsa, uduş məbləği balansa əlavə edilir və CEKPOT MƏBƏDİ oyunu bitir. CEKPOT işarəsinə çatdıqda CEKPOT MƏBƏDİ oyununun yekun səviyyəsinə daxil olunur. Yekun səviyyədə mövcud totemlərin biri seçilir və onun arxasında gizlənmiş uduş qazanılır.
- İkinci oyun sahəsi 7 cüt rəqəmdən ibarətdir. Cütlərdən hər hansısa biri üst-üstə düşən rəqəmlərdən ibarət olarsa, cütdən sağda aşkar edilən uduş qazanılır.
- Oyun sahəsində 3 KUBOK simvolu aşkar olunduqda, BONUS OYUNU başlayır. 5, 10 və ya 15 BONUS OYUNU qazanıla bilər. BONUS OYUNU zamanı bütün oyunlar bir anda deyil, bir-birinin ardınca oynanılır. Qazanılan ümumi uduş məbləği oyunlar bitdikdən sonra göstərilir.
Uduşların verilməsi:
- Uduşlardan ödəniş məbləği və 500 manat çıxıldıqdan sonra qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
- Ödəniş oyun sessiyası başa çatdıqdan sonra oyunçunun balansına yüklənir.
17.09.2024-cü il tarixində 279 nömrə ilə Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmış “Sür qazan” virtual ani lotereyasının qüvvədə olan müddəti: 27 sentyabr 2024-cü il – 27 sentyabr 2026-cı il.