Misli.az ilə Avropaya

Lotereyanın keçirilmə müddəti: 06 may 2024-cü il - 02 iyun 2024-cü il.

Stimullaşdırıcı lotereya iştirakçıları (bundan sonra-iştirakçı): 18 yaşına çatmış, könüllü surətdə stimullaşdırıcı lotereyada iştirak edən və Təşkilatçı tərəfindən www.misli.az virtual mühitində təşkil edilən idman mərc oyunlarında stimullaşdırıcı lotereyanın keçirildiyi tarixlərdə oynanılmış ən azı 5 (beş) manat dəyərində elektron biletlərə sahib olan şəxslər.

Digər oyun növləri, o cümlədən ani, tirajlı və virtual lotereya biletləri və satış məntəqələrində satılmış idman mərc biletləri bu stimullaşdırıcı lotereyada iştirak etmirlər.

18 yaşına çatmamış şəxslər və Təşkilatçının əməkdaşları lotereyada iştirak edib uduş ala bilməz.

Stimullaşdırıcı lotereyada iştirak 06 May 2024-cü il tarixindən başlanır. Stimullaşdırıcı lotereyada ancaq stimullaşdırıcı lotereya başladıqdan sonra alınmış biletlər iştirak edə bilər.

Stimullaşdırıcı lotereyada iştirak hüququ aşağıdakı qaydada yaranır:

Stimullaşdırıcı lotereyada iştirak edəcək bilet(lər) yalnız www.misli.az virtual mühitində alınmış idman mərc biletləri olacaq. misli.az-da oynanılmış ən azı 5 (beş) manat məbləğində bilet avtomatik olaraq stimullaşdırıcı lotereyada iştirak hüququ verir. İştirakçının misli.azda əldə etdiyi, stimullaşdırıcı lotereyada iştirak haqqı verən bütün biletlərin dəyəri cəmlənir. Stimullaşdırıcı lotereyada iştirak edən oyun biletlərinin məbləği 5 (beş) manata bölünür və iştirakçıya stimullaşdırıcı lotereyada iştirak ilə bağlı SMS və stimullaşdırıcı lotereyada iştirak edəcək eyniləşdirmə nömrələri (kodları) göndərilir. Nömrələr (kodlar) 9 rəqəmdən ibarət ardıcıl gələn nömrələr şəklində generasiya olunur. Məsələn, bir iştirakçı beş ədəd eyniləşdirmə nömrəsi (kodu)  əldə etmək hüququna malikdirsə, ona bu nömrələr (kodlar) 120000001-120000005 formatında generasiya olunacaq). Hər tiraj tamamlandıqdan sonra generasiya olunan nömrələr sıfırlanır və növbəti tirajdan başlayaraq eyni rəqəmlərdən ibarət olan nömrələr (kodlar) generasiya oluna bilər.

İştirakçı stimullaşdırıcı lotereyada iştirak üçün istifadə etdiyi rabitə xidmətləri (o cümlədən, internet xətti) xərclərini özü ödəyir.

Hər bir iştirakçının misli.azda əldə etdiyi cəmi 5 (beş) manat dəyərində lotereya biletləri ona stimullaşdırıcı lotereyada iştirak haqqı verən bir eyniləşdirmə nömrəsi (kod) əldə etmək imkanı verir. Daha böyük məbləğlə iştirak edildikdə, həmin məbləğin hər 5 (beş) manatına görə iştirakçı bir nömrə (kod) əldə edir. Məsələn, 75 (yetmiş beş) manat dəyərində bilet 15 (on beş) ədəd nömrə (kod) qazandırır. 5 (beş) manata çatmayan biletlər nömrə (kod) qazandırmır. Məsələn, 78 (yetmiş səkkiz) manat dəyərində bilet də 15 (on beş) ədəd nömrə (kod) qazandırır.

Lakin eyni gündə və hər növbəti gün oynanılan biletlərin dəyəri toplanır və 5 (beş) manata çatan məbləğlər 1 (bir) ədəd nömrə (kod) qazandırır. Yəni, iştirakçı 1-ci gün 8 (səkkiz) manatlıq bilet oynayıbsa, o bir ədəd nömrə (kod), 2-ci gün 7 (yeddi) manatlıq bilet oynayıbsa, o iki ədəd nömrə (kod) qazanmış olur. Hər tiraj müddətində oynanılan və 5 (beş) manata çatmayan məbləğlər həftəlik deyil, gündəlik əsasla cəmlənir və cəmi məbləğ  5 (beş) manata çatan gün kod təqdim olunur.

Təşkilatçının bonus olaraq verdiyi məbləğlər hesabına alınmış biletlər stimullaşdırıcı lotereyada iştirak etmək hüququ vermir.

Stimullaşdırıcı lotereyada iştirak etmək üçün məlumatları göndərilən bilet ləğv edilmişdirsə, həmin bilet üzrə uduş haqqı yaranmır və uduş ödənilmir.

Sonuncu tirajda iştirak etmək üçün bilet nömrələri 02.06.2024-cü il tarixində saat 23:59-dək oynanlan biletlərə aid olacaq. Bu tarixdən sonra oynanılmış biletlər stimullaşdırıcı lotereyada iştirak etməyəcəkdir.

Uduş fondunun tərkibi aşağıdakı kimidir:

4 (dörd) tirajdan ibarət olacaq lotereyada hər tiraj üzrə həftəlik uduş fondu:

N

Uduş növü

Həftəlik uduş sayı (ədədlə)

1.

2024 Avropa çempionatına bütün xərclər daxil tur paket

3

2.

Apple Iphone 15 Pro Max 256 GB Black

3

Cəmi:

  1. 2024 Avropa çempionatına bütün xərclər daxil tur paket – 12 (on iki) ədəd
  2. Apple Iphone 15 Pro Max 256 GB Black – 12 (on iki) ədəd

Təşkilatçı tərəfindən uduş fonduna əlavə vəsait qoyulması nəzərdə tutulmur.

Stimullaşdırıcı lotereyanın hər tiraj dövründə generasiya olunan eyniləşdirmə nömrələri (kodları) ancaq həmin tiraj dövrü üzrə tiraj çəkilişində iştirak edə bilər. Tiraj dövrü və tiraj çəkiliş tarixləri aşağıdakı kimidir:

 

Tiraj dövrü

 

Tiraj

Tirajda iştirakın başlanğıc tarixi

Tirajda iştirakın bitmə tarixi

Həftəlik tiraj çəkiliş tarixi

Tiraj 1

06.05 00:00:00

12.05 23:59:59

14.05.2024

Tiraj 2

13.05 00:00:00

19.05 23:59:59

21.05.2024

Tiraj 3

20.05 00:00:00

26.05 23:59:59

28.05.2024

Tiraj 4

27.05 00:00:00

02.06 23:59:59

04.06.2024

 

Qaliblərin seçilməsi iştirakçılar arasından qalibi göndərilmiş eyniləşdirmə nömrələrini təsadüfi (random seçmə) yolla seçən müvafiq proqram (misli.az platformasına aid olan “Fortuna” təsadüfi seçim proqramı) təminatından istifadə edilməklə həyata keçiriləcəkdir. Hər tirajda iştirak etmək haqqı qazanan eyniləşdirmə nömrələrinin  siyahısı sözügedən random proqrama əlavə ediləcəkdir və təsadüfi yolla nömrələr seçiləcəkdir.

Stimullaşdırıcı lotereya 4 tirajdan ibarətdir. 1-ci tiraj 14 May 2024-cü ildə, 2-ci tiraj 21 May 2024-cü ildə, 3-cü tiraj 28 May 2024-cü ildə, 4-cü tiraj 04 İyun 2024-cü ildə oynanılacaqdır.

Stimullaşdırıcı lotereya elektron üsulla keçirildiyi üçün Tiraj Komissiyasının yaradılması nəzərdə tutulmur (“Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”nın 7.1-ci bəndi).

Hər bir tiraj TV və/və ya internet vasitəsilə yayımlanacaqdır.

Hər bir tirajın nəticələri haqqında məlumat, o cümlədən qalib gəlmiş eyniləşdirmə nömrələri (kodları) uduşların oynanılmasından sonra ən geci 3 (üç) iş günü ərzində “Azərlotereya” ASC-nin www.azerlotereya.com  və   www.misli.az  internet səhifələrində dərc ediləcək. Bundan əlavə, Təşkilatçı tərəfindən qalib gəlmiş iştirakçıya SMS göndəriləcəkdir.

Lotereyaya dair hər bir yenilik və əlavələr haqqında  www.azerlotereya.com  və   www.misli.az  veb saytları vasitəsilə iştirakçılara əvvəlcədən məlumat veriləcəkdir.

Uduşlu lotereya biletlərinin qəbulu həmin tirajın uduş fondu oynanıldığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq başlayır və 150 (bir yüz əlli) təqvim günü ərzində davam edir. Bu müddət bitdikdən sonra lotereya qalibinə uduş təqdim edilmir. Uduş Təşkilatçı tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq təqdim edilir.

Qeyri-pul uduşlarının əvəzinə onların pul dəyərinin tələb edilməsinə yol verilmir.

Uduşun alınması üçün lotereyanın qalibi öz şəxsiyyət vəsiqəsini, mobil telefon nömrəsini, eyniləşdirmə nömrəsi (kodunun) qeyd edildiyi SMS-i və/və ya onun uduş qazanması barədə SMS-i təqdim etməlidir.

Uduşun alınması hüququ üçüncü şəxslərə güzəşt edilə bilməz. Uduşun alınması üçün etibarnamə ilə nümayəndə təyin edilə bilər.

Uduşu qazanan şəxsə uduş ancaq şəxsi kabinet təsdiqləndikdən sonra veriləcəkdir. Uduşun alınması üçün müraciət edən şəxsə uduş şəxsiyyət vəsiqəsi məlumatları yoxlanıldıqdan sonra təqdim edilir.

Uduş qarşılıqlı imzalanan sənəd əsasında və qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlərə riayət edilməklə veriləcəkdir.

Uduşlar qaliblərə verildikdən sonra uduşların zədələnməsi və onların istismarı halları ilə bağlı hər hansı bir riskə görə, zəmanət xidmətinə görə, habelə səyahət zamanı baş verən fors-major hallara görə (viza verilməməsi, uçuş tarixinin dəyişməsi, hava şəraiti, pandemiya ilə bağlı məhdudiyyətlər və sair fors-major hallar) Təşkilatçı məsuliyət daşımır.

Uduşların qaliblərə verilməsi media, audio yazı, foto və video çəkilişlərinin cəlb edilməsi ilə ictimai tədbir kimi təşkil edilə bilər. İştirakçı qalib olduğu və yazılı razılıq verdiyi halda Təşkilatçı ödəniş etmədən onun adını, foto/video şəkillərini və audio yazılarını audio, foto və video materiallarda və reklam materiallarında ictimailəşdirə və istifadə edə bilər.

Lotereyanın təşkili və keçirilməsi ilə bağlı digər məsələlər “Lotereyalar haqqında” 05 mart 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 5 dekabr tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası” və digər qanunvericilik aktları ilə  tənzimlənir.

“Misli ilə Avropaya” elektron stimullaşdırıcı tirajlı lotereyası 30.04.2024-cü il tarixində AR İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

Kampaniyada iştirak üçün Misli.az-da qeydiyyatdan keç.

TV Yayım Təqvimi