“Misli” stimullaşdırıcı lotereyanın şərtləri

"Azərlotereya" ASC SÜR-PRİZLƏR MÖVSÜMÜ sloqanı altında stimullaşdırıcı lotereya keçirir.

21 sentyabrdan başlayaraq hər həftənin 4-cü günü, saat 18:00-da “CBC Sport”un canlı efirində “Misli”nin stimullaşdırıcı lotereyasında qiymətli hədiyyələr uğrunda bəxtinizi sınaya bilərsiniz.

Lotereyada 18 yaşı tamam olan şəxslər iştirak edə bilərlər.

Lotereyada necə iştirak etmək olar?

  • Ad, soyadFİN kodu doğru və düzgün şəkildə yazıb 2090 nömrəsinə SMS ilə göndər - Məsələn, Həsənov Həsən 1A2345B
  • Daha sonra Misli.az“Misli” məntəqələrində hər hansı bir oyunu hissə-hissə və ya bütöv şəkildə minimum 5 AZN dəyərində oyna.
  • Misli məntəqəsində aldığın bilet nömrəsinin ilk 16 rəqəmini 2090 nömrəsinə göndər. Bilet nömrələri arasında mütləq boşluq burax. (Məsələn: 1234567890123456 boşluq 1234567890123456);
  • Əgər misli.azda oynayırsansa, heç nə etmək lazım deyil, 5 AZN dəyərində bütün biletləriniz lotereyada oynayacaq. Bonus məbləğləri lotereyada iştirak haqqı verməyəcək.
  • 1 SMS-də ən çox 5 ədəd bilet nömrəsi yazmaq mümkündür.
  • Kampaniya 12.09.2023 tarixində saat 00:00-dan sonrakı oyunlarla aktiv ediləcək və 06.11.2023 tarixində saat 23:59-da başa çatacaq.
  • Ani lotereyalar (poz-qazan oyunları) bu lotereyada iştirak etmir.

Həftəlik tirajın uduş fondu:

N

Uduş növü

Həftəlik tiraj üzrə uduş sayı (ədədlə)

1.

10 min manat dəyərində iki nəfərlik səyahət kuponu

1

2.

Apple Iphone 14 Pro Max 128 GB

10

3.

“Samsung” markalı 65 düym ekranlı televizor

10

4.

PlayStation 5 825 Gb. Rəng: ağ

 

5

5.

“Kontakt Home” mağazasına 1000 manat dəyərində alış-veriş kartı

5

Hər dördüncü tiraj, yəni 4-cü və 8-ci tirajlar iki turdan ibarət olmaqla keçiriləcək. Birinci turda yuxarıdakı cədvəldə olan uduşlar, “Misli Cekpot” adlanan ikinci turda isə 1 ədəd Audi Q7 Comfort Plus avtomobili oynanılacaq.

Tiraj dövrü və tiraj çəkiliş tarixləri:

 

Tiraj dövrü

 

 

Tiraj

Tirajda iştirakın başlanğıc tarixi

Tirajda iştirakın bitmə tarixi

Həftəlik tiraj çəkiliş tarixi

Misli Cekpot tiraj çəkilişi tarixləri

Tiraj 1

12.09 00:00:00

18.09 23:59:59

21.09.2023

 

Tiraj 2

19.09 00:00:00

25.09 23:59:59

28.09.2023

 

Tiraj 3

26.09 00:00:00

02.10 23:59:59

05.10.2023

 

Tiraj 4

03.10 00:00:00

09.10 23:59:59

12.10.2023

12.10.2023

Tiraj 5

10.10 00:00:00

16.10 23:59:59

19.10.2023

 

Tiraj 6

17.10 00:00:00

23.10 23:59:59

26.10.2023

 

Tiraj 7

24.10 00:00:00

30.10 23:59:59

02.11.2023

 

Tiraj 8

31.10 00:00:00

06.11 23:59:59

09.11.2023

09.11.2023

1-ci, 2-ci, 3-cü və 4-cü tirajlarda iştirak edən şans nömrələri 4-cü tirajın “Misli Cekpot” adlanan ikinci turunda iştirak edir. 5-ci, 6-cı, 7-ci və 8-ci tirajlarda iştirak edən şans nömrələri 8-ci tirajın “Misli Cekpot” adlanan ikinci turunda iştirak edir.

Hər tirajın nəticələri www.azerlotereya.com və www.misli.az internet səhifələrində dərc ediləcək.

Tirajdan sonra qaliblərə SMS göndərilir və onlarla əlaqə saxlanılaraq hədiyyə ilə bağlı ətraflı məlumat verilir.

 

Uduşlar necə ödənilir?

Uduşların təqdim olunması 150 gün ərzində davam edir.

Qalib uduşu götürmək üçün öz şəxsiyyət vəsiqəsini, mobil telefon nömrəsini, eyniləşdirmə nömrəsi (kodunun) qeyd edildiyi SMS-i və onun uduş qazanması barədə SMS-i təqdim etməlidir.

Uduşun alınması hüququ üçüncü şəxslərə güzəşt edilə bilməz.

Məlumat qəbul edildikdən sonra mükafat 30 iş günündən gec olmayaraq ona təqdim olunur.

Qalibin (misli.az-da şəxsi kabineti olanlar istisna olmaqla) SMS-lə göndərdiyi məlumatlarda cüzi fərq olarsa (ad və ya soyadda ən çoxu iki hərf səhvi, FİN kodda bir simvol səhvi) uduş həmin şəxsə təqdim ediləcək.

Qalib misli.az oyunçusudursa, uduş şəxsi kabineti təsdiqləndikdən və şəxsiyyət vəsiqəsi məlumatları yoxlanıldıqdan sonra təqdim ediləcək.

Qeyd: Uduşlar qaliblərə verildikdən sonra onların zədələnməsi və istismar halları ilə bağlı hər hansı bir riskə görə, zəmanət xidmətinə görə, habelə səyahət zamanı baş verən fors-major hallara görə (uçuş tarixinin dəyişməsi, hava şəraiti, pandemiya ilə bağlı məhdudiyyətlər və s. fors-major hallar) təşkilatçı məsuliyət daşımır.

Lotereya 12.09.2023 – 09.11.2023-cü il tarixlərində aktivdir. “Misli” stimullaşdırıcı lotereyası 08.09.2023-cü il tarixində AR İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti tərəfindən qeydiyyata alınıb.

Lotereya şərtlərinin tam mətni: QAYDALAR

TV Yayım Təqvimi