"Azərlotereya" ASC SÜR-PRİZLƏR MÖVSÜMÜ sloqanı altında stimullaşdırıcı lotereya keçirir.
Lotereyanın keçirilmə müddəti: 12 sentyabr 2023-cü il - 09 noyabr 2023-cü il.
- Stimullaşdırıcı lotereya iştirakçıları (bundan sonra-iştirakçı): 18 yaşına çatmış, könüllü surətdə stimullaşdırıcı lotereyada iştirak edən və stimullaşdırıcı lotereyanın keçirildiyi tarixlərdə oynanılmış cəmi minimum 5 (beş) manat dəyərində Təşkilatçı tərəfindən təşkil edilən (həm satıcılar tərəfindən satış məntəqələrində, həm mısli.az vırtual mühitində online üsullarla iştirak) aşağıdakı oyunlar üzrə alınmış biletlərə (o cümlədən, elektron biletlər) sahib olan şəxslər:
- idman mərc oyunları;
- Virtual lotereya oyunları, o cümlədən virtual idman;
- Tirajlı lotereyalar.
Ani lotereyalar bu stimullaşdırıcı lotereyada iştirak etmirlər.
18 yaşına çatmamış şəxslər və Təşkilatçının əməkdaşları lotereyada iştirak edib uduş ala bilməz.
Stimullaşdırıcı lotereyada iştirak 12 sentyabr 2023-cü il tarixindən başlanır. Stimullaşdırıcı lotereyada ancaq stimullaşdırıcı lotereya başladıqdan sonra alınmış biletlər iştirak edə bilər.
Stimullaşdırıcı lotereyada iştirak etmək istəyən iştirakçılar aşağıdakı şəkildə qeydiyyatdan keçməlidirlər:
Satış məntəqələrində biletləri əldə edənlər:
İştirakçı stimullaşdırıcı lotereyada iştirak etmək üçün xüsusi qısa nömrəyə öz adını, soyadını və FİN kodu göndərir. Ona lotereyada iştirakın qeydə alınmasına dair cavab SMSi gəldikdən sonra stimullaşdırıcı lotereyada iştirak etmək üçün ancaq bilet nömrələrinin göndərilməsi kifayətdir. İştirakçı stimullaşdırıcı lotereya başladıqdan sonra əldə etdiyi ən azı 5 (beş) manat məbləğində lotereya biletlərinin nömrələrini SMSlə həmin qısa nömrəyə göndərir. Bir SMSlə ən çoxu beş ədəd bilet nömrəsi göndərmək mümkündür. Ən geci növbəti gün ərzində iştirakçıya stimullaşdırıcı lotereyada iştirak edəcək 9 rəqəmli eyniləşdirmə nömrəsi (kodu) göndərilir. Stimullaşdırıcı lotereyada iştirak edəcək eyniləşdirmə nömrələri (kodları) ardıcıllıqla generasiya olunur. Məsələn, bir iştirakçı beş ədəd eyniləşdirmə nömrəsi (kodu) əldə etmək hüququna malikdirsə, bu nömrələr 120000001-120000005 formatında generasiya olunacaq. 4-cü tirajdan sonra generasiya olunan nömrələr sıfırlanır və növbəti tirajdan başlayaraq eyni rəqəmlərdən ibarət olan nömrələr (kodlar) generasiya oluna bilər.
Əgər stimullaşdırıcı lotereyada iştirak edəcək bilet(lər) misli.az-da alınmışdırsa, misli.az-da oynanılmış ən azı 5 (beş) manat məbləğində bilet avtomatik olaraq stimullaşdırıcı lotereyada iştirak hüququ verir. İştirakçının misli.azda əldə etdiyi, stimullaşdırıcı lotereyada iştirak haqqı verən bütün biletlərin dəyəri cəmlənir. Stimullaşdırıcı lotereyada iştirak edən oyun biletlərinin məbləği 5 (beş) manata bölünür və iştirakçıya stimullaşdırıcı lotereyada iştirak ilə bağlı SMS və stimullaşdırıcı lotereyada iştirak edəcək eyniləşdirmə nömrələri (kodları) göndərilir. Nömrələr (kodlar) ardıcıl gələn nömrələr şəklində generasiya olunur. Məsələn, bir iştirakçı beş ədəd eyniləşdirmə nömrəsi (kodu) əldə etmək hüququna malikdirsə, ona bu nömrələr (kodlar) 120000001-120000005 formatında generasiya olunacaq). 4-cü tirajdan sonra generasiya olunan nömrələr sıfırlanır və növbəti tirajdan başlayaraq eyni rəqəmlərdən ibarət olan nömrələr (kodlar) generasiya oluna bilər.
Əgər stimullaşdırıcı lotereyada iştirak edəcək biletlərin bir qismi satış məntəqəsində, bir qismi misli.azda alınmışdırsa, bu biletlərin ümumi məbləği birləşdirilmir və əgər dəyəri 5 (beş) manatdan çoxdursa, ayrı-ayrılıqda iştirak haqqı verir. Məsələn, satış məntəqəsindən alınmış 7 (yeddi) manat dəyərində bilet bir ədəd eyniləşdirmə nömrəsi (kodu) qazanır, misli.azda alınmış 13 (on üç) manat dəyərində bilet iki ədəd eyniləşdirmə nömrəsi (kodu) qazanır.
Tirajlı lotereya biletləri üçün iştirak haqqı biletin aid olduğu tirajın çəkilişinin stimullaşdırıcı lotereya üçün nəzərdə tutulan tiraj dövrünün içində olması və tirajlı lotereya üzrə tirajın oynanılmış olması şərtilə iştirak haqqı verir. Əgər tirajlı lotereya bileti bir neçə tirajda iştirak etmək haqqı verirsə, ilk tiraj oynanıldıqdan sonra həmin bilet stimullaşdırıcı lotereyada iştirak haqqı verir. Əgər iştirakçının əldə etdiyi tirajlı lotereya bileti bir neçə gün sonra oynayacaqsa, iştirak haqqı həmin tiraj oynanıldıqdan sonra yaranır.
İştirakçı stimullaşdırıcı lotereyada iştirak üçün istifadə etdiyi rabitə xidmətləri (internet xətti, SMS) xərclərini özü ödəyir.
Hər bir iştirakçının satış nöqtələrində və ya Misli.az-da əldə etdiyi cəmi 5 (beş) manat dəyərində lotereya biletləri ona stimullaşdırıcı lotereyada iştirak haqqı verən bir eyniləşdirmə nömrəsi (kod) əldə etmək imkanı verir. Daha böyük məbləğlə sadalanan oyunlarda iştirak edildikdə, həmin məbləğin hər 5 (beş) manatına görə iştirakçı bir nömrə (kod) əldə edir. Məsələn, 75 (yetmiş beş) manat dəyərində bilet 15 (on beş) ədəd nömrə (kod) qazandırır. 5 (beş) manata çatmayan biletlər nömrə (kod) qazandırmır. Məsələn, 78 (yetmiş səkkiz) manat dəyərində bilet də 15 (on beş) ədəd nömrə (kod) qazandırır.
Lakin eyni gündə və hər növbəti gün göndərilən biletlərin dəyəri toplanır və 5 (beş) manata çatan məbləğlər 1 (bir) ədəd nömrə (kod) qazandırır. Yəni, iştirakçı 1-ci gün 8 (səkkiz) manatlıq bilet göndəribsə, o bir ədəd nömrə (kod), 2-ci gün 7 (yeddi) manatlıq bilet göndəribsə, o iki ədəd nömrə (kod) qazanmış olur.
Təşkilatçının bonus olaraq verdiyi məbləğlər hesabına alınmış biletlər stimullaşdırıcı lotereyada iştirak etmək hüququ vermir.
Stimullaşdırıcı lotereyada iştirak etmək üçün məlumatları göndərilən bilet ləğv edilmişdirsə, həmin bilet üzrə uduş haqqı yaranmır və uduş ödənilmir.
Sonuncu tirajda iştirak etmək üçün bilet nömrələri 06.11.2023-cü il tarixində saat 23:59-dək göndərilməlidir. Bu tarixdən sonra göndərilən bilet nömrələri və misli.azda oynanılmış biletlər stimullaşdırıcı lotereyada iştirak etməyəcəkdir.
Əgər iştirakçının stiimullaşdırıcı lotereyada iştirak etmək üçün göndərdiyi bilet nömrələri arasında mövcud olmayan (uydurulmuş) bilet nömrələri olarsa və bu mexaniki səhvlə bağlı deyilsə, ikinci belə cəhddən sonra iştirakçının stimullaşdırıcı lotereyada iştirakı məhdudlaşdırılacaq və bununla bağlı ona Zəng Mərkəzi və ya sms vasitəsilə məlumat veriləcəkdir. Lotereyada iştirakı məhdudlaşdırılmış iştirakçının belə məhdudlaşdırma tətbiq edilənədək göndərdiyi doğru bilet nömrələri lotereyada iştirak edəcəkdir.
Uduş fondunun tərkibi aşağıdakı kimidir:
Həftəlik tirajın uduş fondu:
N | Uduş növü | Həftəlik tiraj üzrə uduş sayı (ədədlə) |
1. | 10 min manat dəyərində iki nəfərlik səyahət kuponu | 1 |
2. | Apple Iphone 14 Pro Max 128 GB | 10 |
3. | “Samsung” markalı 65 düym ekranlı televizor | 10 |
4. | PlayStation 5 825 Gb. Rəng: ağ | 5 |
5. | “Kontakt Home” mağazasına 1000 manat dəyərində alış-veriş kartı | 5 |
Hər dördüncü tiraj, yəni 4-cü və 8-ci tirajlar iki turdan ibarət olmaqla keçiriləcəkdir. Birinci turda 9.1-ci bənddəki cədvəlin 1-5-ci bəndlərindəki uduşlar, “Misli Cekpot” adlanan ikinci turda isə 1 (bir) ədəd Audi Q7 Comfort Plus avtomobili (stimullaşdırıcı lotereya üzrə cəmi – 2 (iki) ədəd) oynanılacaqdır.
Təşkilatçı tərəfindən uduş fonduna əlavə vəsait qoyulması nəzərdə tutulmur.
Stimullaşdırıcı lotereyanın hər tiraj dövründə generasiya olunan eyniləşdirmə nömrələri (kodları) ancaq həmin tiraj dövrü üzrə tiraj çəkilişində iştirak edə bilər. Tiraj dövrü və tiraj çəkiliş tarixləri aşağıdakı kimidir:
| Tiraj dövrü | | |
Tiraj | Tirajda iştirakın başlanğıc tarixi | Tirajda iştirakın bitmə tarixi | Həftəlik tiraj çəkiliş tarixi | Misli Cekpot tiraj çəkilişi tarixləri |
Tiraj 1 | 12.09 00:00:00 | 18.09 23:59:59 | 21.09.2023 | |
Tiraj 2 | 19.09 00:00:00 | 25.09 23:59:59 | 28.09.2023 | |
Tiraj 3 | 26.09 00:00:00 | 02.10 23:59:59 | 05.10.2023 | |
Tiraj 4 | 03.10 00:00:00 | 09.10 23:59:59 | 12.10.2023 | 12.10.2023 |
Tiraj 5 | 10.10 00:00:00 | 16.10 23:59:59 | 19.10.2023 | |
Tiraj 6 | 17.10 00:00:00 | 23.10 23:59:59 | 26.10.2023 | |
Tiraj 7 | 24.10 00:00:00 | 30.10 23:59:59 | 02.11.2023 | |
Tiraj 8 | 31.10 00:00:00 | 06.11 23:59:59 | 09.11.2023 | 09.11.2023 |
1-ci, 2-ci, 3-cü və 4-cü tirajlarda iştirak edən eyniləşdirmə nömrələri (kodları) 4-cü tirajın “Misli Cekpot” adlanan ikinci turunda iştirak edir. 5-ci, 6-cı, 7-ci və 8-ci tirajlarda iştirak edən eyniləşdirmə nömrələri (kodları) 8-ci tirajın “Misli Cekpot” adlanan ikinci turunda iştirak edir.
Qaliblərin seçilməsi iştirakçılar arasından qalibi göndərilmiş eyniləşdirmə nömrələrini təsadüfi (random seçmə) yolla seçən müvafiq proqram təminatından istifadə edilməklə həyata keçiriləcəkdir. Hər tirajda iştirak etmək haqqı qazanan eyniləşdirmə nömrələrinin siyahısı sözügedən random proqrama əlavə ediləcəkdir və təsadüfi yolla nömrələr seçiləcəkdir.
Stimullaşdırıcı lotereya 8 tirajdan ibarətdir. 1-ci tiraj 21 sentyabr 2023-cü ildə, 2-ci tiraj 28 sentyabr 2023-cü ildə, 3-cü tiraj 05 oktyabr 2023-cü ildə, 4-cü tiraj (o cümlədən, “Misli Cekpot” tirajı) 12 oktyabr 2023-cü ildə, 5-ci tiraj 19 oktyabr 2023-cü ildə, 6-cı tiraj 26 oktyabr 2023-cü ildə, 7-ci tiraj 02 noyabr 2023-cü ildə, 8-ci tiraj (o cümlədən, “Misli Cekpot” tirajı) 09 noyabr 2023-cü ildə oynanılacaqdır.
Stimullaşdırıcı lotereya elektron üsulla keçirildiyi üçün Tiraj Komissiyasının yaradılması nəzərdə tutulmur (“Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”nın 7.1-ci bəndi).
Hər bir tiraj TV və/və ya internet vasitəsilə yayımlanacaqdır.
Hər bir tirajın nəticələri haqqında məlumat, o cümlədən qalib gəlmiş eyniləşdirmə nömrələri (kodları) uduşların oynanılmasından sonra ən geci 5 (beş) iş günü ərzində “Azərlotereya” ASC-nin www.azerlotereya.comvə www.misli.az internet səhifələrində dərc ediləcək. Bundan əlavə, Təşkilatçı tərəfindən qalib gəlmiş iştirakçıya SMS göndəriləcəkdir.
Lotereyaya dair hər bir yenilik və əlavələr haqqında www.azerlotereya.com və www.misli.az vebsaytları vasitəsilə iştirakçılara əvvəlcədən məlumat veriləcəkdir.
Uduşlu lotereya biletlərinin qəbulu həmin tirajın uduş fondu oynanıldığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq başlayır və 150 (bir yüz əlli) təqvim günü ərzində davam edir. Bu müddət bitdikdən sonra lotereya qalibinə uduş təqdim edilmir. Uduş Təşkilatçı tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq təqdim edilir.
Qeyri-pul uduşlarının əvəzinə onların pul dəyərinin tələb edilməsinə yol verilmir.
Uduşun alınması üçün lotereyanın qalibi öz şəxsiyyət vəsiqəsini, mobil telefon nömrəsini, eyniləşdirmə nömrəsi (kodunun) qeyd edildiyi SMS-i və onun uduş qazanması barədə SMS-i təqdim etməlidir.
Uduşun alınması hüququ üçüncü şəxslərə güzəşt edilə bilməz.
Uduşun alınması üçün müraciət edən şəxsin (misli.az virtual mühitində şəxsi kabineti olanlar istisna olmaqla) SMS-lə göndərdiyi ad, soyad və FİN kod şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatlardan cüzi fərqlənərsə (ad və ya soyadda ən çoxu iki hərf səhvi, FİN kodda bir simvol səhvi), uduş həmin şəxsə təqdim ediləcəkdir.
Uduşun alınması üçün müraciət edən şəxsin (misli.az virtual mühitində şəxsi kabineti olanlar istisna olmaqla) SMS-lə göndərdiyi ad, soyad və FİN kod məlumatlarından hər hansı biri və ya ikisi şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatlardan fərqlənirsə uduş həmin şəxsə verilməyə bilər.
Uduşun alınması üçün müraciət edən şəxs (misli.az virtual mühitində şəxsi kabineti olanlar istisna olmaqla) SMS-lə başqa şəxsin ad, soyad və FİN kod məlumatlarını göndərmişsə və ya göndərdiyi ad, soyad və FİN koda dair məlumatların şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatlarla üst-üstə düşmədiyi halda, habelə həmin şəxs ona göndərilmiş eyniləşdirmə nömrəsi (kodunun) qeyd edildiyi SMS-i və ya uduşu təsdiq edən SMSi göstərə bilmədiyi halda həmin şəxs üçüncü şəxs kimi dəyərləndiriləcək və uduş ona təqdim edilməyəcəkdir.
Əgər uduşu qazanan şəxs misli.az-da şəxsi kabinet sahibidirsə, uduş ancaq şəxsi kabinet təsdiqləndikdən sonra veriləcəkdir. Uduşun alınması üçün müraciət edən şəxs misli.az virtual mühitində şəxsi kabineti olan şəxsdirsə və uduşu qazanan eyniləşdirmə nömrəsi misli.az virtual mühitində oynanılmış oyunlarla bağlı generasiya edilmişdirsə, həmin şəxsə uduş şəxsiyyət vəsiqəsi məlumatları yoxlanıldıqdan sonra təqdim edilir.
Uduş qarşılıqlı imzalanan sənəd əsasında və qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlərə riayət edilməklə veriləcəkdir.
Uduşlar qaliblərə verildikdən sonra uduşların zədələnməsi və onların istismarı halları ilə bağlı hər hansı bir riskə görə, zəmanət xidmətinə görə, habelə səyahət zamanı baş verən fors-major hallara görə (uçuş tarixinin dəyişməsi, hava şəraiti, pandemiya ilə bağlı məhdudiyyətlər və sair fors-major hallar) Təşkilatçı məsuliyət daşımır.
Uduşların qaliblərə verilməsi media, audio yazı, foto və video çəkilişlərinin cəlb edilməsi ilə ictimai tədbir kimi təşkil edilə bilər. İştirakçı qalib olduğu və yazılı razılıq verdiyi halda Təşkilatçı ödəniş etmədən onun adını, foto/video şəkillərini və audio yazılarını audio, foto və video materiallarda və reklam materiallarında ictimailəşdirə və istifadə edə bilər.
Lotereyanın təşkili və keçirilməsi ilə bağlı digər məsələlər “Lotereyalar haqqında” 05 mart 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 5 dekabr tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası” və digər qanunvericilik aktları ilə tənzimlənir.
“Misli” elektron stimullaşdırıcı tirajlı lotereyası 08.09.2023-cü il tarixində AR İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.