"Qızıl Ekstra" ani lotereyasının oyun qaydaları

WOLT-DAN SİFARİŞ ET!

“Qızıl Ekstra” ani lotereya biletinin qiyməti: 3 (üç) manat.

“Qızıl Ekstra” ani lotereyasının qüvvədə olan müddəti: 5 may 2023-cü il – 1 may 2025-ci il.

Uduş fondunun oynanılması qaydası:

Lotereya biletinin üzərində "üstüörtülü" “OYUN 1” və “OYUN 2” lövhələri, “UDUŞLU SİMVOL” və 2 (iki) “BONUS” xanası əks olunmuşdur. “Üstüörtülü" lövhələrdəki xanaların qoruyucu səthlərini pozduqdan sonra “OYUN 1” lövhəsində 3 (üç) ədəd eyni məbləğ əks olunarsa, bilet uduşlu sayılır və həmin məbləği qazanır.

“OYUN 2” lövhəsindəki xanaların qoruyucu səthlərini pozduqdan sonra “UDUŞLU RƏQƏM” xanasında əks olunan rəqəm “RƏQƏMLƏRİNİZ” xanasındakı rəqəmlərdən hər hansı biri (bir neçəsi) ilə uyğun gələrsə, bilet uduşlu sayılır və uyğun rəqəmin (rəqəmlərin) altındakı məbləği (məbləğləri) qazanır.

“UDUŞLU SİMVOL” və "BONUS" xanalarının qoruyucu səthlərini pozduqdan sonra “UDUŞLU SİMVOL” xanasında əks olunan simvol “BONUS” xanasında (xanalarında) aşkarlanan simvolla üst-üstə düşərsə, bilet müvafiq məbləği (məbləğləri) qazanır. “BONUS 30 ₼” xanası üçün bu məbləğ 30 (otuz) manat, “BONUS 50 ₼” xanası üçün isə 50 (əlli) manat təşkil edir.

“Üstüörtülü” xanaların hər hansı başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir.

 

Uduş fondunun tərkibi:

Uduşların ümumi məbləği (manatla)

10 faiz dərəcə ilə vergi tutulduqdan sonra ödəniləcək məbləğ (manatla)

Uduşlu biletlərin sayı (ədədlə)

Uduşların ümumi məbləği (manatla)

3

3,00

2 599 800

7 799 400

5

5,00

990 400

4 952 000

10

10,00

799 600

7 996 000

30

30,00

389 900

11 697 000

50

50,00

99 900

4 995 000

100

100,00

10 000

1 000 000

10 000

9 050,3

86

860 000

75 000

67 550,3

4

300 000

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı – 20 000 000 (iyirmi milyon iyirmi min) ədəddir. Uduşlu biletlərin sayı – 4 889 690 (dörd milyon səkkiz yüz səksən doqquz min altı yüz doxsan) ədəd, uduş fondunun məbləği – 39 599 400 (otuz doqquz milyon beş yüz doxsan doqquz min dörd yüz) manat (66%).

Hər bir yenilik və əlavələr haqqında KİV-lə (www.azerlotereya.com) əhaliyə əvvəlcədən məlumat veriləcəkdir.

“Qızıl Ekstra” ani lotereyasında uduşlu lotereya biletinin "Azərlotereya" ASC tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlayır və lotereyanın keçirilməsi başa çatdığı tarixdən ən azı 150 (bir yüz əlli) təqvim günü davam edir. Uduş "Azərlotereya" ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir).

3 000 (üç min) manatadək (daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3 000 (üç min) manatdan böyük məbləğlər isə www.azerlotereya.com vebsaytında qeyd edilmiş qaydada və ünvanda ödənilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Eyniləşdirilməsi mümkün olmayan, o cümlədən tam və ya qismən zədələnmiş bilet etibarsız sayılır və həmin biletlərə uduş ödənilmir.

18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

“Qızıl Ekstra” ani lotereyası 19 aprel 2023-cü il tarixdə 240 nömrə ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

TV Yayım Təqvimi