İNDİ OYNA!
“Zeppelin” virtual lotereyasının qüvvədə olan müddəti: 14 oktyabr 2022-ci il – 14 oktyabr 2024-cü il.
“Zeppelin” virtual lotereyası oyununda iştirak etmənin şərtləri:
“Zeppelin” virtual loteryası virtual mühitdə keçirilən oyundur.
“Zeppelin” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.
İştirakçı “Zeppelin” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcə də mobil tətbiqi və ya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.
“Zeppelin” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.25 manat (iyirmi beş qəpik)
“Zeppelin” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 100 (bir yüz) manat.
“Zeppelin” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən uduş məbləği 5 000 (beş min) manatdır.
Uduşların verilməsi (ödənilməsi) qaydaları:
Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.
İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.
İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından nağdsız qaydada bank vasitəsilə məxaric etməklə çıxarış edə bilər.
“Zeppelin” virtual lotereya oyununun qaydaları:
“Zeppelin” virtual lotereyasında hər turdan əvvəl oyunçu mərc etmək istədiyi məbləği daxil edir.
Oyuna başlamaq üçün “Oyna” düyməsi seçilir. “Oyna” düyməsi seçildikdə, mərc məbləği mövcud balansdan çıxılır və oyun başlayır.
Mərc edildikdən sonra ekranda qrafika üzərində yüksələn əmsal üzrə hərəkət edən “Zeppelin” görünür və təsadüfi bir nöqtəyə qədər yüksəlir. Uduş, mərc məbləğiilə dayandırılan anda olan əmsalın hasilinə bərabər olur. "Avto məbləğ çək" funksiyası əvvəlcədən müəyyən əmsalı daxil etməklə həmin əmsala çatdıqda avtomatik uduşun çəkilməsi funksiyasını yerinə yetirir.
Əmsal artması istənilən vaxt dayan bilər. (1,00 əmsal daxil). "Məbləğ çək" düyməsinə basmadan əvvəl əmsal artması dayanarsa mərc uduzmuş sayılır.
Əmsal, "Avto məbləğ çək" bölməsinə qeyd edilən əmsalı keçərsə nəticə "Avto məbləğ çək" bölməsinə girilən əmsal olaraq hesablanacaq.
"O2" cek pot 500x-dən 900x-ə qədər olan əmsallarda oynanılır. Cekpot məbləği udmuş variant sayına görə bərabər bölünür. 2x əmsala qədər çıxarış edilmiş mərclər cek pot oyununda iştirak etmir.
“Mərclərim” bölməsində oyunçu şəxsi mərclərini, “bütün mərclər” bölməsində bütün mərclərini, “ən yüksək uduşlar” bölməsində yüksək uduşlarını, “nadir uduşlar” bölməsində isə nadir uduşlarını görə bilər.
Sistem xətası olduqda bütün mərclər üçün geri ödəniş edilir.
Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.
"Zeppelin" virtual lotereyası 10 avqust 2022-ci il tarixində 226 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.